Məhkəmə qərarları › İş №2(007)-998/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-998/2022

30.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-998/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X11 Mirzəyevin sədrliyi, X6 Qurbanovun katibliyi, İddiaçılar X3 və İddiaçı2, Cavabdeh iştirakı ilə İddiaçılar X3 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar X7 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X7 iddia tələbi onunla əsaslandırdı ki, Cavabdeh qızı Aytəkinin həyat yoldaşı olub. Cavabdeh müxtəlif bəhanələrlə onlardan pul alıb.Belə ki,ondan 3500 manat borc alıb. Qızı Aytəkindən isə bank kartı vasitəsi ilə 1521,16 manat pul alıb.Həmin kart qızının adına olsa da qızı həmin məbləğdə pulu hissə-hissə çıxarıb cavabdehə verir. Onların ailə münasibətləri alınmamışdır.Bu səbəbdən cavabdehə verdikləri pulu geri tələb etsələr də cavabdeh pulu qaytarmaqdan imtina edir.Qeyd olunanlara əsasən Cavabdeh 3500 manat və qızının adına götürdüyü kart üzrə hesablanmış 1521,16 manat, ümumilikdə 5021,16 manat pulun və ödənilmiş 71 manat dövlət rüsumunun əvəzinin alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı2 da eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, X2 3500 manat borc aldığını etiraf edir.Lakin həmin borcu artıqlaması ilə qaytarmışdır. İddiaçı2 iddiasına gəlincə tamamilə əsassız bir iddiadır.Aytəkinin kartından heç bir məlumatı yoxdur. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Azərbaycab Respublikası DİN-nin X13 alayının komandiri polis general moyory Sahil Babayevin “Vətəndaş İddiaçı2 müraciətinə baxılmasının nəticəsi barədə” rəyindən görünür ki,həmin müraciət zamanı Cavabdeh X2 3300 manat borc aldığını etiraf etmiş və tezliklə qaytaracağını bildirmişdir. İddiaçı2 kartından istifadə etdiyini inkar etmişdir. Ödəniş qəbzindən görünür ki,işə baxılması ilə əlaqədar 70 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin araşdırılan hallarından görünür ki, X7 ilə Cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmış, X7 Cavabdeh 3500 manat borc vermişdir. Cavabdeh məhkəmə iclasında 3500 manat pulu artıqlaması ilə qaytardığını bildirsə də bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Pulun qaytarılmasını sübutetmə yükü cavabdehin üzərinə düşdüyündən və cavabdeh bunu sübuta yetirə bilmədiyindən iddia həmin hissədə əsaslı hesab olunmalı və təmin edilməlidir. İddiaçı2 Cavabdeh özünə məxsus kart vasitəsi ilə 1521,16 manat pul verdiyini iddia etsə də öz tələbi üzrə istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Ona görə də həmin hissədə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 3500 alınaraq X4 verilməlidir. Məhkəmə 70 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia yalnız X4 aid olan hissədə təmin edildiyindən, dövlət rüsumu isə müştərək ödənildiyindən,dövlət rüsumunun yarısı,yəni 35 manat 50 qəpik Cavabdeh alınaraq X4 verilməlidir. Qalan 35 manat 50 qəpik dövlət rüsumu İddiaçı2 aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh 3500 borc və 35 manat 50 qəpik ödənilmiş dövlət rüsumu alınaraq X4 verilsin. Qalan hissədə iddia təmin olunmasın. 35 manat 50 qəpik dövlət rüsumu İddiaçı2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar