Məhkəmə qərarları › İş №2(008)-1024/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1024/2021

22.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1024/2021 22.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhuəmə islas katibi X9, Ərizəçi İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Maraqlı şəxsin nümayəndəsi X7 iştirakları ilə Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilməklə bağ sahəsi üzərində 1976-cı ildən sahiblik faktının müəyyən edilməsi və bağ sahəsinin istifadəçisi (icarəçisi) hesab edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilməklə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa bağ massivində yerləşən 0,25 ha sahəsi olan 16 saylı bağ sahəsi üzərində 1976cı ildən sahiblik faktının müəyyən edilməsi və bağ sahəsinin istifadəçisi (icarəçisi) hesab edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maştağa qəsəbəsi icra nümayəndəliyi ilə aralarında olan razılaşmaya əsasən adıçəkilən bağ sahəsi onun və ailəsinin istifadəsinə verilmişdir. Bağ sahəsinin əvvəlki sahibi olan X8 ilə aralarında şifahi müqavilə bağlanmış, o, bağ sahəsinin onun adına keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bağ sahəsi üzərində 44 illik bir sahiblik hüququ var. Məhkəmə iclasında ərizəçi İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X11 izahatında qeyd etdi ki, daşınmaz əmlakın baza məlumatlarına əsasən adıçəkilən bağ sahəsi X5 istifadəsində görünür. Odur ki, ərizənin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. İşin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Bakı şəhəri İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti ilə X6 arasında Maştağa qəsəbəsi 0,25 ha ərazisi olan 26 №-li bağ sahəsinə dair 35/5 №-li 28.11.1969-cu il tarixli uzunmüddətli icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilədə X2 aşağıdakı tərkibdə ailə üzvləri qeyd edilmişdir - Şahverdiyeva Tubi, Şahverdiyeva (ad sərbəst oxunmur), Şahverdiyev Vəli. Ərizəçi tərəfindən məhkəməyə X1 və X3 ölüm haqqında şəhadətnaməlirinin kserosurətləri təqdim edilmişdir. Bununla ərizəçi bağ sahəsinin qanuni istifadəçiləri ilə alqəsinin olduğunu göstərmək istəmişdir. Maştağa Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş 07.11.2001-ci il tarixlə akta əsasən adıçəkilən bağ sahəsinə ərizəçinin anası X4 (1676770 №-li doğlum haqqında şəhadətnamə) sahiblik və istifadə edir. Sabunçu rayon İcra Hakimiyyəti Maştağba qəsəbəsi üzrə Nümayəndlik və üç şəxs ərizəçinin həmin bağda qeydiyyatsız yaşamağını təsdiq edirlər. Hazırda ərizəçi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa bağ massivində yerləşən 0,25 ha sahəsi olan 16 saylı bağ sahəsi üzərində 1976-cı ildən sahiblik faktının müəyyən edilməsi və bağ sahəsinin istifadəçisi (icarəçisi) hesab edilməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ərizənin rədd edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin izahatından göründüyü kimi, daşınmaz əmlakın baza məlumatlarına əsasən adıçəkilən bağ sahəsi X5 istifadəsində olduğu görünür. Şahverdiyev Əzizxanın vərəsələri həmin bağ sahəsinə hüquqlarını həyata keçirtmək istəyə bilərlər. Bağ sahəsinin onların qanuni istifadələrindən çıxmasına və ərizəçinin qanuni istifadəsinə verilməsinə dair ərizəçi tərəfindən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa bağ massivində yerləşən 0,25 ha sahəsi olan 16 saylı bağ sahəsi üzərində 1976-cı ildən sahiblik faktının müəyyən edilməsi və bağ sahəsinin istifadəçisi (icarəçisi) hesab edilməsi faktının müəyyən edilməsi faktınının təsdiq edilməsi barədə ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar