Məhkəmə qərarları › İş №2(008)-1189/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1189/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1189/2020 21.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı “xxxxxxxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx” ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, VAZ 2106 markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 1475 manat sığorta ödənişini və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Opel Vectra” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X6 tərəfindən AB 331656 nömrəli şəhadətnamə ilə xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır.Həmin avtomobili Cavabdeh etibarnamə ilə idarə edərək 02.03,2014-cü il tarixdə saat 04:00 radələrində Q.Qarayev prospekti ilə hərəkət edərkən hərəkətin intensivliyini nəzərə almamış, ara məsafə saxlamayıb nəticədə özündən qabaqda dayanmış VAZ 2106 markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, nəticədə həmin avtomobiliə ziyan dəymişdir. Hadisə yerindən cavabdeh uzaqlaşmışdır.Hadisə Bakı şəhəri, Nizami RPİ DYPŞ tərəfindən qeydə alınmış araşdırmanın nəticəsi olaraq Cavabdeh inzibati xətanın törədilməsində təqsirli bilinərək, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsi ilə nəzərdə tutulmuş PYP 740702 nömrəli inzibati xəta haqqında tərtib edilərək, 80 manat məbləğində cərimə olunmuşdur. VAZ 2106 markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər “xxxxxxxxx” MMC tərəfindən 1475 manat məbləğində müəyyən edilmiş və həmin məbləği İddiaçı ASC xx xxxxx 2014-cü il tarixli 2587 nömrəli ödəniş tapşırığı ilə avtomobilin sahibi X3 bank hesabına köçürmüşdür. İddiaçı xxxxxxxxx ASC məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 1407/CML-0890/2014 saylı Sığorta Aktının surətindən görünür ki, sığorta olunmuş "Opel Vectra" markalı **-CJ-*** dövlət nömrə nişanlı avtomobil 5000 manat məbləğində sığorta edilmişdir. xx.xx.2014-cü il tarixdə X2 idarə etdiyi "Vaz 2106" markalı ** FE *** dövlət nömrə nişanlı avtomobillə baş vermiş sığorta hadisəsinin nəticəsində X4 dəymiş ziyana görə sığorta ödənişinin məbləği 1475 manat təşkil edir; - xx.xx.2014-cü il tarixli 2587 saylı Sığorta Ödəniş tapşırığının surətindən görünür ki, baş vermiş sığorta hadisəsi nəticəsində 1475 manat sığorta ödənişi X4 ödənilmişdir; - AB 331656 saylı X1 surətindən görünür ki, X5 məxsus Opel Vectra markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xxxxxxxxx ASC-də xx.xx.2013-cü il tarixdən xx.xx.2014cü il tarixədək sığortalanmışdır; - Dəymiş zərərə dair hesabatdan görünür ki, VAZ 2106 markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1475 manat hesablanmışdır; - xx.xx.2014-cü il tarixli BYP 740702 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh etibarnamə əsasında idarə etdiyi Opel Vectra markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Q,Qarayev prospektində hərəkət edən zaman ara məsafəsini saxlamadığından qarşısında dayanmış "Vaz 2106" markalı ** FE *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və hadisə yerindən yayınaraq oradan uzaqlaşmışdır. Cavabdeh inzibati xətalar məcəlləsinin 151.3-cü maddəsinə əsasən təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən zərərdən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi) öhdəsinə götürür. Həmin məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.3, 25.1.8ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.8-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tərəfindən icbari sığorta ilə sığortalanmış, Cavabdeh tərəfindən iddarə edilən “Opel Vectra” markalı, **-CF- *** dövlət qeydiyyat nişanlı avtomobilin “VAZ 2106” markalı, **-FE-*** dövlət qeydiyyatlı avtomobili vurması və bunun nəticəsində göstərilən avtomobilə zərər dəyməsi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə sübut olunur. Sığortalanmış “Opel Vectra” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində vurulmuş ziyan iddiaçı «xxxxxxxxx» ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçıya keçmişdir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1475 (min dörd yüz yetmiş beş) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat məbləğində dövlət rüsumu «xxxxxxxxx” ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar