Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1203/2024 05.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarını itirmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi onun və ailə üzvlərinin sahibliyində və istifadəsindədir. Həmin fərdi yaşayış evinə dair mərhum babası Rüstəm Nəsrulla oğlunun adına texniki pasport var. Babası xx.xx.1962ci ildə vəfat etmişdir. Babasının vəfatından sonra adıçəkilən fərdi yaşayş evinə atası X1 etmiş və ailə üzvləri ilə birlikdə ondan istifadə etmişdir. Atası Z.Rüstəmov xx.xx.1997-ci ildə vəfat etmişdir. xx.xx.1988-ci ildə dünyaya gələn vaxtdan hal-hazırkı dövrədək adıçəkilən fərdi yaşaış evində yaşayır. Son 15 il ərzində fərdi yaşayış evinə sahiblik edir. Fərdi yaşayış evindən ondan başqa həyat yoldaşı, iki azyaşlı uşağı və onunla eyni təsərrüfat aparan anası istifadə edir. Onun, anasının və iki azyaşlı uşağının pasport qeydiyyatı sözügedən fərdi yaşayış evinədir. Bununla belə, istifadəsində olub, sahiblik etdiyi ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində uzun müddət ərzində yaşamayan şəxslərin pasport qeydiyyatı var. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ASAN-4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ******* №-li arayışa əsasən istifadəsində olan fərdi yaşayış evimdə faktiki olaraq yaşamayan cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. Adları qeyd olunan şəxslər sahibliyində və istifdəsində olan fərdi yaşayış evindən uzun illər əvvəl köçüb gediblər. Bu şəxslərin harada yaşamaları ona məlum deyil, çünki onlarla uzun müddətdir əlaqəsi yoxdur. Sahibliyində və istifadəsində olan fərdi yaşayış evində yaşamayan şəxslərin qeydiyyatda olmaları ona əlavə problemlər və xərclər yaradır. Hesab edirəm ki, cavabdehlər 15 il bundan əvvəl yaşadığım mənzildən çıxıb başqa yerə daimi yaşamağa getdikləri üçün istifadəsində və sahibliyində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarını itirmişlər. Cavabdehlərin sahiblik və istifadə etdiyi fərdi yaşayış evindən 15 il bundan əvvəl köçüb getmələrini şahid qonşular - X2, X5, X7 və digərləri təsdiq edə bilərlər. Adlarını qeyd etdiyim şəxslər cavabdehlərin 15 il bundan əvvəl köçüb getmələrinə dair akt tərtib edib öz imzaları ilə təsdiq etmişər. Yaranmış vəziyyət cavabdehlərin sahibliyimdə və istifadəmdə olan fərdi yaşayış evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsini mülki məhkəmə icraatı qaydasında həyata keçirilməsini zəruri etmişdir. Nə qədər ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 15 ildən çox bir müddət ərzində sahiblik və istifadə etdiyi ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxıb getmişlər, o zaman onların mənzildən istifadə hüquqlarına xitam verilməsi məsələsi xx.xx.2009-cu ilədək qüvvədə olmuş köhnə Mənzil Məcəlləsi ilə nizama salınmalıdır. İstinad olunan maddi hüquq normalarına və işin faktiki hallarına əsasən sahibliyində və istifadəmdə olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində faktiki yaşamayan Cavabdeh2 və Cavabdeh1nm sözügedən evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin üzürlü səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Az-İİ 346401 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Rüstəm Nəsrulla oğlu xx.xx.1962-ci il tarixdə sol ağ ciyər xərçəngindən ölmüşdür. V- ЖГ-290531nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1997-ci il tarixdə xərçəngdən ölmüşdür. X2, X5, X7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Balxanı qəsəbəsi, R.Qədimov ev 22 ünvanda Cavabdeh1 və Cavabdeh2, 15 ildir artıqdır ki, yaşamırlar. 35 nömrəli Şəxsi mülkiyyət hüququ ilə evləri texniki invertarizasiya və qiymətləndiliməsinə aid pasportundan görünür ki, Balaxanı qəsəbəsi, Mustafa Sübhü 22 küçəsində yerləşən evin hüququ sahibi Rüstəm Nəsrulla oğludur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdraəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-3xx/xx/2023 **********8-73 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13088/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarın surətindən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə qarşı, Cavabdeh1 və Cavabdeh2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Balaxanı qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 5-182/2770/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktuba əsasən doğulduğu gündən qeydiyyatda olan xx.xx.1988-ci il tarixdə anadan olmuş Cavabdeh1 və xx.xx.1988-ci ildə anadan olmuş Cavabdeh2 hal-hazırda qeyd olunan ünvanda yaşamırlar. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X8 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o iddiaçının qonşusdur. 2002-ci ildən bu vaxtadək o Balaxanı rayon, V.Qədimov küçəsi 22 ünvanında yaşayır. Tamara ilə Sara iddiaçının ekiz bacılarıdır. Onlar əvvəllər internatda yaşayıblar, sonra isə bir müddətdə anaları ilə yaşasalarda, 2008-ci ildə Aidənin toyu olan vaxtdan o bacılar həmin ünvanda yaşamamışlar. Həmin vaxtdan bacılar həmin ünvanda yaşamamışdır. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X4 məhkəmədə ifadə verərək bildirmişdir ki, iddiaçı onun qonşusudur. O 2007-ci il tarixdən iddiaçının yaşadığı həyətdən torpaq almış, 2009-cu il tarixdən tikilmiş evə köçmüşlər. Hal-hazırda ünvanda Aidə xanım, uşağları, yoldaşı və anası yaşayır. 2007-ci ildən iddiaçının bacılarını Nə Saranı və Tamaranı həmin ünvanda görməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsinə istifadə hüququ altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüququ itirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə mülki iş matriallarınaı araşdıraraq qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin onun babasına məxsus olması, babası öldükdən sonra miras əmlakı kimi həmin evin atası tərəfindən qəbul edilməsini, daha sonra atası vəfat etdikdən sonra sözügedən evin miras əmlakı kimi onun tərəfindən qəbul edilməsini bildirəsədə məhkəmə araşdırılması zamanı iddiaçının həmin evə dair sübyektiv hüququnun olması müəyyən edilmədi. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdraəsinin sorğuya vermiş olduğu cavab məktubundan da görünür ki, sözügedən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər mövcud deyildir. Bundan başqa iddiaçı məhkəməyə 35 nömrəli Şəxsi mülkiyyət hüququ ilə evləri texniki invertarizasiya və qiymətləndiliməsinə aid pasportu təqdim edərək həmin evin sahibinin babası Rüstəm Nəsirulla oğlu olduğu qeyd edilsədə, məhkəmə iddiaçının diqqətinə qeyd edir ki, sözügedən texniki pasporta mülkiyyət hüququnu təsdiq edən sənəd deyildir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, sözügedən sənəd ilə Rüstəm Nəsrulla oğlunun evə dair hər hansı bir hüququn olması müəyyən ediləsə belə, Rüstəm Nəsrulla oğlu öldükdən sonra həmin evin iddiaçının atası tərəfindən miras əmlakı kimi qəbul edilməsi və bundan sonra atasının vəfatından sonra iddiaçının həmin yaşayış sahəsini miras əmlakı kimi qəbul edilməsi halları məhkəməyə təqdim edilməmişdir. Qeyd edilmiş halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnu təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Qeyd olunan Qərarda nümayiş olunan hüquqi mövqe Konstitusiya Məhkəməsinin digər Qərarlarında da öz əksini tapmışdır.) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbin tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1203/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1203/2024
05.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver