Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1204/2024 19.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı сavabdeh Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarə haqqına görə ödənilməmiş 5900 (beş min doqquz yüz) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə, 7000 (yeddi min) manat dəyərində olan “Aksa AB 110 TE" model generatorun iddiaçıya qaytarılmasına və generator olmadığı təqdirdə dəyərinin hesablanaraq ödənilməsi, mənəvi zərərə görə 1000 (bir min) manat, cəmi 6900 (altı min doqquz yüz) manat pulun tutulması və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 89 (səksən doqquz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ona məxsus, 7000 (yeddi min) manat dəyərində olan "Aksa AB 110 TE" model generatorun ona günlük icarəyə verilməsi barədə razılığa gəlmişlər. Aralarında xx.xx.2023-cü il tarixdə şifahi razılaşma əsasında müqavilə bağlanmışdır “Aksa AB 110 TE" model generatorun günlük 35 (otuz beş) manat müqabilində olmaqla cavabdehə icarəyə verilməsi razılaşdırılmışdır. Qaytarılma tarixi xx.xx.2023-cü il tarix müəyyən edilmişdir . İcarə müddətində yaranacaq hər hansı bir nasazlıq olarsa icarəyə götürən tərəfindən qarşılanacağı barədə cavabdeh öhdəlik götürmüşdür. Günlük ödənişlərin bank kartına köçürülməsi yolu ilə həyata keçirilməsi razılaşdırılmışdır. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir və uzun müddət ərzində yalnız 500 (beş yüz) manat icarə haqqı ödəmiş, qalan müddəti isə qətiyyən ödəməmişdir. O, cavabdehdən dəfələrlə icarə ödənişlərini yerinə yetirməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə ödəməkdən yayınmışdır. Həmçinin ona məxsus generatoru da qaytarmamışdır. Qeyd olunmalıdır ki, cavabdeh sonuncu dəfə 03 may 2023-cü il tarixdə 500 manat ödəniş etmiş, 1000 (bir min) manat borcu qalmış və həmin tarixdən hal- hazırki dövrədək heç bir ödəniş etməmişdir . Cavabdeh 140 gün müddətində 35 manat ödəniş etməli olduğun ödəniş etməmişdir və hər gün 35 manat olmaqla 4900 (dörd min doqquz yüz) manat, üstəgəl 1000 manat məbləğində pul ödəməli idi. Ona görə də cavabdehdən 5900 (beş min doqquz yüz) manat məbləğində pul ona ödənilməlidir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınmış, dəfələrlə götürdüyü borcu qaytarmasını tələb etsə də, müqavilənin şərtlərini pozaraq qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbitəmin edilməlidir. Belə ki, iş materiallarında olan müqavilədən görünür ki, İddiaçı Aksa AB 110 TE modelli seriyalı generatoru günlük 35 manat olmaqla minimum 7 gün müddətinə Cavabdeh icarəyə verimişdir. İddiaçı ilə сavabdeh Cavabdeh arasında olan “whatsap” yazışçalarından görünür ki, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 95 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 701.2-ci maddəsinə əsasən Əgər icarəyə götürülən ləvazimatın dəyəri icarənin əvvəlində müqavilənin iştirakçıları və ya hər hansı üçüncü şəxs tərəfindən qiymətləndirilirsə və icarəçi icarəyə xitam verildikdən sonra bu ləvazimatı onun qiymətləndirmə dəyəri üzrə qaytarmaq öhdəliyini götürürsə, aşağıdakı qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 705-ci maddəsinə əsasən Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında öz aralarında bağlanmış müqavilə ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə ona məxsus, 7000 (yeddi min) manat dəyərində olan "Aksa AB 110 TE" model generatorun ona günlük 35 manata olmaqla icarəyə verilməsi barədə razılığa gəlmişlər. Cavabdeh şifahi müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdeh icarə müqaviləsi üzrə icarə günlük icarə haqqını iddiaçıya ödəməmiş, o cümlədən icarə predmentini iddiaçıya müqavilənin müddəti bitsədə qaytarmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, icarə predmenti olan 7000 manat dəyərində generator cavabdehdən alınaraq iddiaçıya verilməli, olmadığı halda dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa mülki iş matriallarından da məlum olur ki, cavabdeh müqavilə üzrə icarə oredmentini müqavilədə nəzərdə tutulmuş vaxta iddiaçıya qaytarmamış və tərəflər arasında olan yazışma ilə müəyyən edilir ki, qaytarmadığı müddət ərzində günlük icarə pulu 35 manat hesablanmaqla iddiaçı ödəmədiyindən iddia tələbi bu hissədə də təmin edilməlidir. Nundan başqa məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, 89 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5900 (beş min doqquz yüz) manat məbləğində maddi ziyan və 1000 (min) manat məbləğində mənəvi ziyan cəmi 6900 (altı min doqquz yüz) manat pul və 89 (səksən doqquz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh 7000 (yeddi min) manat dəyərində olan “Aksa AB 110 TE" model generator alınaraq idddiaçıya qaytarılsın, olmadığı halda isə “Aksa AB 110 TE" model generatorun dəyəri Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1204/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-1204/2024
19.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver