Məhkəmə qərarları › İş №2(008)-1218/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1218/2022

21.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1218/2022 21.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, İddiaçının nümayəndəsi (atası) X1, Cavabdehlər X6 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdehlər X6 və Cavabdeh2 qarşı birgə mülkiyyətdəki payın naturada ayrılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh3, X6 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən cavabdehlərlə paylı mülkiyyətdə olan ümumi sahəsi 165,5 kv metr olan 5 otaqlı mənzil, y/s 73,4 kv m, k/s 10,1 kv m açıq eyvan 14,5 metr hissədə payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, adıçəkilən əmlak iddiaçı ilə cavabdehlərin birgə mülkiyyətindədir. Xüsusi mülkiyyətdə olan əmlaka dair sərbəst şəkildə sərəncam verə bilmədiyindən əmlakın naturada bölünməsi zərurəti yaranmışdır. Məhkəmə 21.04.2022-ci il tarixli qərardadla Cavabdeh3 öldüyü səbəbindən onun barəsində işin icraatına xitam vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X6 iddianın təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasında Cavabdeh2 iddianın təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 165,5 kv metr olan ev İddiaçı, Cavabdeh3, X6 və Cavabdeh2 paylı mülkiyyətindədir (**********35-10301 reyestr nömrəsi, daşınmaz əmlakın dövlət reyestrində 494 nömrəli reyestr kitabının 46407 nömrəli vərəqində qeydiyyata alınmışdır). Cavabdeh3 ölmüş olsa da, daşınmaz əmlakın reyestrində ona məxsus pay hələ ki onun adında qalıb. İş üzrə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Rseupblikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 11.04.2022-ci il tarixli 10/1812 №-li ekspert rəyinə əsasən ümumi mülkiyyətdə olan tikili faktiki vəziyyət üzrə texniki pasporta uyğun şəkildə istifadəçilər arasında bölünmüş vəziyyətdədir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə İddiaçı (5 otaq, y/s 73,4 kv m, k/s 10,1 kv m açıq eyvan 14,5 metr), Cavabdeh3 (4 otaq, y/s 43,7 kv m, k/s 38,3 kv metrdən 3/10 hissə), X2 (4 otaq, y/s 43,7 kv m, k/s 38,3 kv metrdən 3/10 hissə), Cavabdeh2 (4 otaq, y/s 43,7 kv m, k/s 38,3 kv metrdən 4/10 hissə) paylarına düşən hissələrin fərdi yaşayış evinin texniki pasportda qeyd olunduğu kimi bölünməsi İnşaat norma və Qaydaları 2.08.01.89-un tələbinə və Məhkəmə Tikinti-X3 Metodlarına uyğundur. Hazırda iddiaçı birgə mülkiyyətdəki payın naturada ayrılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyytçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən cavabdehlərlə paylı mülkiyyətdə olan ümumi sahəsi 165,5 kv metr olan 5 otaqlı mənzil, y/s 73,4 kv m, k/s 10,1 kv m açıq eyvan 14,5 metr hissədə İddiaçı payı naturada ayrılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar