Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-123/2024 06.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sahiblik və istifadə hüquqlarının bərpa edilməsi” tələbinə dair, iddiaçı Cavabdeh1 İddiaçı qarşı “maneənin aradan qaldırılması” tələblərinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sahiblik və istifadə hüquqlarının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1997-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbə üzrə nümayəndəliyinin qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün onlara ayrılmış həyətyanı torpaq sahəsinə sahiblik və istifadə hüquqlarının bərpası, maneələrinin və müdaxilənin cavabdeh və üçüncü şəxslər tərəfindən aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavcabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 511 saylı sahədə olan tikinti materillarının İddiaçı vəsaiti hesabına çıxarılması, yaradılan maneələrin və hər cür müdaxilənin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması” tələbi barədə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyin xx.xx.1997-ci il tarixli, 11 nömrəli qərarı ilə ona Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində 1200 kv.m 511 saylı həyətyanı torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 511 saylı, 1200 kv.m həyətyanı torpaq sahəsinə dair 11 nömrəli, xx.xx.1997-ci il tarixli çıxarış və torpaq sahəsinin yerləşmə sxemi tərtib olunaraq verilmişdir. 511 saylı, 1200 kv.m həyətyanı torpaq ayrıldığı tarixdən onun sahibliyindədir. O, son iki ildə səhhətində yaranmış problemlər və məlum pandemiyya səbəbi ilə bağlı torpaq sahəsinə gedə bilməmişdir. Bunu fürsət bilən “işbazlar" cavabdehin adına saxta sənəd tərtib etməklə torpaq sahəsini başqa şəxslərə satmaq qərarına gəlmişlər. Sənədi tərtib edən şəxslər İddiaçı 1997-ci ildə gənc olmasını, onun gənc yaşlarında həyətyanı fərdi yaşayış evinə ehtiyacının ola bilməsinin nə dərəcədə inandırıcı olduğunu da nəzərə almamışlar. “X2"nin xx.xx.2022-ci il tarixli 49 nömrəli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 511 saylı torpaq sahəsinin yerləşmə yeri və dönmə nöqtələrinin koordinatları ilə İddiaçı adına olan torpaq sahəsinin koordinantları üst-üstə düşmür. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş olunur. İddiaçı Cavabdeh1 Balaməməd oğlunun nümayəndəsi və vəkili Cavabdeh2 ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 qarşı “sahiblik və istifadə hüquqlarına maneələrin aradan qaldırılması" ilə bağlı verdiyi iddiadan imtina etdiyini və iddianı geri götürdüyünü qeyd etmişdir. Həmçinin ərizəsində həmin mübahisəli torpaq sahəsinin Cavabdeh1 məxsus olmasını təsdiq etdiyini, Cavabdeh1 ona qarşı iddiasını qəbul etdiyini, həmin ərazini boşaldaraq dərhal Cavabdeh1 təhvil verdiyini qeyd etmişdir. Söz verir ki, mübahisəli torpaq sahəsi ilə bağlı gələcəkdə onun, qohumları və tanışları tərəfindən heç bir iddia tələbi irəli sürülməyəcəkdir. Bildirir ki, Cavabdeh1 ona qarşı iddiası əsaslıdır və təmin edilməlidir. Beləliklə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-123/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sahiblik və istifadə hüquqlarının bərpa edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: - xx.xx.1997-ci il tarixli 3 nömrəli Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışın surətindən görünür ki, İddiaçı 511 saylı torpaq sahəsindən Bakı şəhəri, Maştağa qəsəbəsi, X3 küçəsi, ev 36 ünvanında yerləşən fərdi yaşayış evi üçün 1200 kv.m hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. - xx.xx.1997-ci il tarixli 11 nömrəli Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışın surətindən görünür ki, Cavabdeh1 511 saylı torpaq sahəsindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üçün 1200 kv.m hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. - Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, naturada təqdim edilən torpaq sahəsinin sərhəddi və faktiki sahəsi müəyyən edilmişdir. Belə ki, naturada təqdim edilən torpaq sahəsinin 2 tərəfdən yol, 2 tərəfdən isə qonşu sahələr ilə əhatə olunmaqla faktiki sahəsinin 1200 kv.m (30mx40m) təşkil etdiyi müəyyən olumuşdur. Sabunçu RİH-nin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının xx.xx.1997-ci il tarixli 3 nömrəli qərarı və xx.xx.1997-ci il tarixli 11 nömrəli qərarına əsasən ayrılmış torpaq sahələrinin yerləşmə sxemləri kameral şəraitdə müqayisələndirilən zaman həmin torpaq sahələrinin bir-birindən təqribən 230 metr məsafədə yerləşməklə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Naturada təqdim edilən torpaq sahəsinin hüdudları daxilində mişarlanmış əhəg daşlarının mövcud olduğu müəyyən olunmuşdur. - Azərbaycan Respublikasının “X2"nin xx.xx.2022-ci il tarixli 49 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanında yaşayan Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 20 noyabr 1997-ci il tarixli 11 nömrəli çıxarışı, ona əlavə olunan torpaq sahəsinin yerləşmə sxemi, baş plandan çıxarış ilə ayrılan 0.12 ha həyətyanı torpaq sahəsinin coğrafi ölçüləri və faktiki olaraq döngə nöqtələrinin koordinatları müəyyənləşdirilmiş və müvafiq plan tərtib edilmişdir. Naturada və kameral şəraitdə aparılan tədqiqat nəticəsində sənəd üzrə Cavabdeh1 ayrılan 0.12 ha həyətyanı torpaq sahəsi naturada faktiki koordinatları müəyyənləşdirilən torpaq sahəsi ilə tam olaraq eynilik təşkil edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli 123 saylı və 02 sentyabr 1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu (indiki Savalan yaşayış massivi) ayrılmışdır. Həmin torpaq fondu Bakı şəhər İcra Hakimiyyətinin Baş planına uyğun olaraq vətəndaşlar arasında bölünmüşdür. Məhz yerində koordinatları müəyyənləşdirilən 0.12 ha torpaq sahəsinin coğrafi məkan göstəriciləri Azərbaycan Respublikası Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının xx.xx.1997-ci il 11 nömrəli qərarından çıxarışla vətəndaş Cavabdeh1 Baladadaş oğluna ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsinin 511 saylı torpaq sahəsinin yerləşmə sxemi və Maştağa qəsəbəsinin Baş planından çıxarışında seçilmiş yeri ilə uyğun gəlməsi müəyyən olunmuşdur. Müraciətdə təqdim olunmuş, digər İddiaçı Abuzər qızına ayrılmış 0.12 ha torpaq sahəsinin Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının xx.xx.1997-ci il 3 saylı qərarından çıxarışına əlavə olunmuş 511 saylı torpaq sahəsinin yerləşmə sxemi, 1:10000 miqyaslı Baş planında və həmçinin elektron formatlı 1:5000 miqyaslı xəritə-planşetlərə əsasən yerləşmə hüdudu təqribi olaraq tədqiqatı aparılan, döngə nöqtələrinin koordinatları müəyyən olunmuş Cavabdeh1 Balamməd oğlunun sahibliyində olan 511 saylı 0.12 ha torpaq sahəsinin 230 metr şimal, şimal-qərb hissəsində yerləşməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə müvafiq olaraq iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə, məhkəmə iş üzrə cavabdeh İddiaçı iddia tələbini etiraf etməsini nəzərə alıb, həmçinin tədqiq edilmiş sübutlara qiymət verərək və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 511 saylı sahədə olan tikinti materilları cavabdeh İddiaçı vəsaiti hesabına çıxarılmalı, həmin torpaq sahəsindən istifadəyə yaradılan maneələr cavabdeh İddiaçı qadağan edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli ekspert təqdiqatının dəyəri 50 manat təşkil edir və həmin məbləğ də cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 511 saylı sahədə olan tikinti materialları cavabdeh İddiaçı vəsaiti hesabına çıxarılsın, həmin torpaq sahəsindən istifadəyə yaradılan maneələr cavabdeh İddiaçı qadağan edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulsun. İş üzrə çəkilmiş 50 (əlli) manat ekspertiza xərci cavabdehə aid edilməklə, ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-123/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-123/2024
06.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver