Məhkəmə qərarları › İş №2(008)-124/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-124/2024

20.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-124/2024 20.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçılar X6 və X2 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan əmlakların naturada bölgüsü, hərracdan satılması, əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X6 və X2 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan əmlakların naturada bölgüsü, hərracdan satılması, əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, paylı mülkiyyətində olan ünvan 5 , mənzil 10-nun və 2006-cı il buraxılış ili olan Mersedes Benz B170 minik maralı ** ZX *** Dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin paylarına münasib surətdə bölünməsi, vəkilin hüquqi yardımı ilə bağlı xərclədiyi (200 manat ödəniş, sənədlərin toplanması, iddia ərizəsinin və sair sənədlərin hazırlanması ilə bağlı digər işlərə, dövlət rüsumuna xərclədiyi 450-manat, cəmi 650 manat) 650 manat pulun cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 miras qalmış Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 20, mənzil 10 barəsində və 2006-cı il buraxılış ili olan Mersedec Banz B170 minik maralı ** ZX *** Dövlət qeydiyyat nişanlı avtomobil barəsində mərhumur üzərə vərəsələri olan az yaşlı övladları X13 və X8 qızı vərəsəlik şəhadətnaməsi əsasında 1/3 hissədə paylarını qəbul etmişlər. Qanun üzrə vərəsə olan Cavabdeh1 öz hüququndan istifadə edərək Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi , ev 20 , mənzil 10 barəsində vərəsəlik şəhadətnaməsi əsasında 1\3 hissədə payını qəbul etmişdir. X1 miras qalmış Bakı şəhəri Nizami rayonu . Qara Qarayev prospekti ev 47, mənzil 147 , Bakı şəhəri Nizami rayonu. Şirin Mirzəyev küçəsi , ev 58 , mənzil 76- da mərhumun qanun üzərə vərəsələri olan övladları X13 və X8 vərəsəlik şəhadətnaməsi əsasında paylarını qəbul etsələrdə qalan 1\3 hissədə pay açıq saxlanılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ildə verilmiş çıxarışda Nərimanov rayonu, Ağa Neymətulla küçəsi ev 20, mülkiyyət hüququ ilə 1\3 hissədə Cavabdeh1, 1/3 hissəsdə X10, 1\3 hissədə X8 göstərilmişdir. Hazırda ünvan 5, mənzil 10 və 2006-cı il buraxılış ili olan Mersedes Benz B170 minik maralı ** ZX *** Dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsində və sahibliyindədir. Onun qanuni nümayəndələri olan az yaşlı övladları öz mülkiyyətlərində olan əmlaklarından istifadə edə bilmirlər. Cavabdeh bir neçə dəfə ona sifariş göndərərək X1 miras qalmış Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti ev 47, mənzil 147 və Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 58, mənzil 76-da olan payından digər vərəsələr olan az yaşlı övladlarının xeyrinə imtina edə biləcəyini və bununda müqabilində o, övladlarının qanuni nümayəndəsi olaraq ünvan 5, mənzil 10-da olan payından Cavabdeh1nm xeyrinə imtina etməyini istəmişdir. Onlar onun bu təklifini qəbul etməmişlər, miras əmlakı olan Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti ev 47, mənzil 147, Bakı şəhəri Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 58, mənzil 76, ünvan 5, mənzil 10-nun 2\3 hissəsi az yaşlı övladlarının mülkiyyətindədir. ünvan 5, mənzil 10-nun bazar dəyəri digər iki mənzilin dəyəri qədərdir, belə olan halda nədən gələcəkləri qabaqda olan övladlarının haqqını övladlarına nifrət edən nəvə kimi sevməyən , onlarla maraqlanmayan 70-yaşını keçmiş ahıl bir şəxsə hədiyyə etməlidir. O, cavabdehə təklif etmişdir ki, ünvan 5 , mənzil 10-nu sataq və paylara uyğun bölək onlara düşən pay hesabına digər miras əmlakları olan Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti ev 47, mənzil 147, Bakı şəhəri Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 58 , mənzil 76-da cavabdehin paylarının dəyərini ödəyək. Cavabdeh onun bu təklifini qəbul etməmişdir. O, Cavabdeh1 rəsmi müraciət edərək ünvan 5, mənzil 10-nun real bazar dəyərinin 135.000manat, 2006-cı il buraxılış ili olan Mersedes Benz Bİ70 minik maralı ** ZX *** Dövlət qeydiyyat nişanlı avtomobilin real bazar dəyərinin isə 12.000-manat təşkil etdiyini, həmin məbləğlərin 2\3 hissəsinin qanuni nümayəndələri olduğu az yaşlı övladlarına ödənilməsini istəmiş, əks təqdirdə həmin mənzilin və avtomobilin hərracda satılaraq satış məbləğinin 2\3 hissəsinin və eləcədə digər xərclərin (dövlət rüsumu , vəkil xərclərinin ) ondan tutularaq onaə ödənilməsi barədə məhkəmədə iddia qaldıracağamı bildirmişdir. İddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmişlər, cavabdehlər məhkəmə iclasında iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdirlər. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron qaydad ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriylı 540449 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 14 avqust 2010-cu ildə Bakı şəhərində anadan olmuş, atası X14, anası İddiaçıdır. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriylı 182762 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 30 iyul 2008-ci ildə Bakı şəhərində anadan olmuş, atası X14, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 114732 nömrəli 07 avqust 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 27 iyul 2020-ci il tarixdə xroniki böyrək xəstəliyindən vəfat etmişdir. Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququi şəxsin çıxarışının surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsi 20 nömrəli evin 10 nömrəli mənzilin 1/3 hissəsi Cavabdeh1, 1/3 hissə X6 və 1/3 hissə X3 mülkiyyətindədir. 13 iyul 2023-cü il tarixli Daşınmaz Əmlakın bağışlanma müqaviləsindən görünür ki, Cavabdeh1 1/3 hissədə paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 10 nömrəli mənzilini hədiyya alan Cavabdeh2 bağışlamışdır. Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququi şəxsin 270904 nömrəli çıxarışından görünür ki, Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsi 20 nömrəli evin 10 nömrəli mənzil 1/3 hissəsi Cavabdeh2, 1/3 hissə X10 və 1/3 hissə X5 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-179734/2024 nömrəli məktubdan görünür ki, “Mersedes Benz B170” markalı ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi xx.xx.2015-ci il tarixdən X14 olmuşdur. 18 iyun 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X11 vərəsələri ünvan 2 ünvanında qeydiyyatda olan X6 və X3 hər birinin 2006-cı il buraxılışlı, “Mersedes Benz B170” markalı ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1/3 hissədə payları müəyyən edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4379/2021 nömrəli, 11 noyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ilə xx.xx.2020-ci il tarixdə vəfat etmiş X11 vərəsəsi Cavabdeh1 “Mersedes Benz B170” markalı ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1/3 hissədə payı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6062 nömrəli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 10 saylı mənzilin yerləşmə mövqeyinə, ərazinin situasiya planına, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasınln mümkün olmamasına və payçılara uyğun sahələrin olmamsına, o cümlədən mənzilin tərkiblərində olan kommunal sidməti sahələri bir ailənin yaşaması üçün nəzərdə tutulduğuna (mətbəx, dəhliz vəs.) görə, İnşaat Norma və Qaydalarının 2.08.01.89*un 1.1., 2.2., 2.4., 2.9., bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin hər birirnin payına uyğun naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 19 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 10 saylı mənzilin likvid qiyməti 185000 manat olması müəyyən edilmişdir. Məhkəmə tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsi 20 nömrəli evin 10 nömrəli mənzilin hazırki dövrə likvid qiyməti (real bazar dəyəri) olan 185.000 manatın iddiaçıların payına düşən hissəsinin iddiaçıya ödənilməsinə razı olub-olmamları barədə təklif göndərilmiş lakin, cavabdeh tərəfindən təklifə dair razılığını məhkəməyə məlumast verməmişdir. İş materiallarına əlavə edilmiş ********* nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədə uyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Məhkəmə ilk növbədə ünvan 5 ünvanında yerləşən 10 nömrəli mənzilin açıq hərracda satılması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki iş matriallarından da görünür ki, ünvan 5 ünvanında yerləşən 10 nömrəli mənzil iddiaçıların və Cavabdeh2 paylı mülkiyyətindədir. İddiaçılar məhkəməyə müraciət edərək sözügedən mənzilin açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin onların hər birinin payına düşən hissəsinin iddiaçılara ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk öncə ünvan 5, mənzil 10 tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi və payların naturada ayrılması mümkün olmasının müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən tikinti tekniki ekspertiza təyin edilmiş, lakin ekspertizanının rəyindən müəyyən edilmişdir ki, sözügedən mənzilin naturada bölgüsü mümkün olmamışdır. Bundan sonra mənzilin hazırki dəyəri müəyyən edilmiş cavabdeh paylı mülkiyyətdə olan fərdi yaşayış evini dəyərinin digər payçılara ödənilməsi təklifi göndərilmoş, lakin cavabdeh tərəfindən məhkəmənin təklifinə hər hansı bir münasibət bildirilməmişdir. Göründüyü kimi mübahisəli mənzillərin açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilmişdir. Bu səbəblərdən məhkəmə belə qənaətə gəlir ki, ünvan 5, mənzil 10 paylı mülkiyyətçiləri arasında paylara mütənasib olaraq naturada bölünməsi mümkün olmadığından, mübahisəli mənzil açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin arasında öz paylarına uyğun bölünməlidir. Bundan sonra məhkəmə iddia tələbinin 2006-cı il buraxılış ili olan Mersedes Benz B170 minik maralı ** ZX *** Dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki iş matriallarından görünür ki, sözügedən avtomobil X6, X2 və Cavabdeh1 paylı mülkiyyətindədir. Paylı mülkiyyətdə olan əşyanın təyinatından müəyyən edilir ki, sözügedən avtomobilin naturada bölgüsü mümkün olmadığından iddia tələbi bu hissədəd təmin edilməli, avtomobil açıq hərracdan satılmalı və satışdan əldə edilən pul tərəflərin payına uyğun bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan sonra məhkəmə iddia tələbinin 200 manat vəkil xidmət xərcinin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Prosesual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bundan sonra məhkəmə iddia tələbinin 100 manat dövlət rüsumun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Bundan sonra məhkəmə sənədlər toblanması üçün çəkilmiş 350 manatın tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiə ərizəsində hansı zəruri xərclər üçün nə qədər pul xərclənməsi aydın olmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir. Bundan sonra məkəmə tikinti-texniki ekspertizaya çəkilmiş xərcə münasibət bildirərək qeyd edir ki, iddia tələbi əsas hissədə təmin edilmiş olduğundan tikinti texniki ekperizanın keçirilməsi üçün çəkilmiş xərc cavabdeh X12 aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçılar X6, X3 və X9 paylı mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 10 nömrəli mənzil açıq hərracda satılsın. Mənzilin satışından əldə edilən pul vəsaiti payçıların paylarına uyğun, yəni 1/3 hissə X10, 1/3 hissə X5 və 1/3 hissəsi isə Cavabdeh2 verilsin. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 20 nömrəli evin 10 nömrəli mənzilin ilkin satış qiyməti 185.000 (bir yüz iyirmi min) manat müəyyən edilsin. İddiaçılar X6, X3 və Cavabdeh1 paylı mülkiyyətində olan 2006-cı il buraxılış ili olan Mersedes Benz B170 minik maralı ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılsın, avtomobilin satışından əldə olunan pulun 1/3 hissəsi X10, 1/3 hissəsi X16 və 1/3 hissəsi isə Cavabdeh1 verilsin. 200 (iki yüz) manat vəkil xərcinin 100 (bir yüz) manat olan hissəsi Cavabdeh2, 100 (bir yüz) manat olan hissəsi isə Cavabdeh1 tutularaq iddiaçıların qanunu nümayəndəsi İddiaçı ödənilsin. 100 manat dövlət rüsumunun 50 (əlli) manat olan hissəsi Cavabdeh2, 50 (əlli) manat olan hissəsi isə Cavabdeh1 tutularaq iddiaçıların qanunu nümayəndəsi İddiaçı ödənilsin. 50 manat ekspertiza xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar