Məhkəmə qərarları › İş №2(008)-1264/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1264/2024

27.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1264/2024 27.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Məmmədzadə `Əkbər Yusif oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 may 2023-cii il tarixdə, saat 12:00- 12:30 radələrində törətdiyi hadisə ilə bağlı mənə vurulmuş maddi ziyana görə 1960 (min doqquz yüz altmış) manat və mənəvi ziyan ilə bağlı 5000 (beş min) manat olmaqla 6960 (altı min doqquz yüz altmış) manat məbləğində pulun və 90 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 17 may 2023-cü il tarixdə, saat 12:00-12:30 radələrində Nəsimi Rayon Polis İdarəsinin yaxınlığında işıqforun icazə verdiyi halda yolu keçmək istəyərkən Cavabdeh idarə etdiyi Mersedes markalı, 10- TX-016 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə onu vurmuş, o müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Daha sonra həyat yoldaşının köməyi ilə o 1 saylı X10 aparılmış, müayinə olunduqdan sonra məlum olmuşdur ki, o hadisə zamanı qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ dirsək nahiyyəsinin sıyrılması, sağ topuq nahiyyəsinin yumşaq toxumasının əzilməsi kimi xəsarətlər almışdır. Baş vermiş hadisənin araşdırılması Bakı şəhər Nəsimi Rayon Polis İdarəsində aparılmış Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytinantı X7 baş vermiş hadisəni törədən Cavabdeh əməlində cinayət tərkibinin olmaması qənaətinə gələrək 09 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Məhkəmə nəzarəti qaydasında şikayət verilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsəsin 6(006)-87/2023 saylı, 27 iyul 2023- cü il tarixli qərarı ilə Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytinantı X7 baş vermiş hadisəni törədən Cavabdeh əməlində cinayət tərkibinin olmaması qənaətinə gələrək 09 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ekspertiza hərəkətlərinin düzgün aparılmadığı əsas gətirilərək ləğv edilmişdir. Buna baxmayaraq ekspertiza hərəkətləri yenidən düzgün aparılmamış, hadisəni törədən Cavabdeh əməlində cinayət tərkibinin olmasına baxmayaraq sözügedən iş ilə bağlı yenidən 10 oktyabr 2023-cü il tarixdə cinayət işinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Sonra cavabdehin əməli inzibati xətanın olması kimi tövsif etmişlər. Xəsarət vaxtı o ağır xəsarət almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsinixahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etiraz ərizəsini məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçı öz tələbində xx.xx.2023-ci il tarixində avto qəza keçirmiş və nəticəsində onun sağlamlığına zərər yetirilmişdir. Belə ki, bu hadisə ilə bağlı iş Nəsimi RPŞ-də ətraflı araşdırılmış və iş üzrə xx.xx.2023-cü il tarixində məhkəmə-tibbi ekspertizanın 732 saylı rəyindən də görünür ki, X1 zərər vurmayan xəsarətə aid edildiyindən dərəcəsi təyin edilməmişdir. Eyin zamanda bu işlə bağlı, əlavə məhkəmə-tibbi ekspertizanın xx.xx.2023-cü il tarixdə 17 saylı rəyindən də görünür ki, X1 zərər vurmayan xəsarətə aid edildiyindən dərəcəsi təyin edilməmişdir. İddiaçı iddia ərizəsini tam əsaslandıra bilməmişdir. İş materiallarında onun xəsarətilə bağlı müalicə olunması və hansı xəstəxanada müalicə alması barədə rəsmi sənəd belə yoxdur. Bu kimi münasibətləri həll edilməsi il bağlı yəni “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı vardır. “03” noyabr 2008-ci il №7 Bakı şəhəri Azərbaycan Respublikasında məhkəmə-hüquq islahatlarının müvəffəqiyyətlə həyata keçməsi, Respublikamızın İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyaya qoşulması nəticəsində insanların şərəf və ləyaqətlərinin, şəxsi qeyri-əmlak hüquqlarının və mənəvi maraqlarının dövlət tərəfindən qorunmasına diqqət artmışdır. Təsadüfi deyildir ki, Respublikamızda son illər qəbul edilmiş bir sıra normativ aktlarda mənəvi zərərin ödənilməsi insan hüquqlarının və X5 vasitəsi kimi müəyyən edilmişdir. Məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi göstərir ki, son illər mənəvi zərərin ödənilməsi ilə əlaqədar iddiaların sayı xeyli artmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində mənəvi zərər anlayışının, tətbiqi əsaslarının, hesablanma qaydasının müəyyən edilməməsi bu növ iddialar üzrə qərarlar qəbul edilməsində müəyyən çətinliklər yaradır və vahid məhkəmə təcrübəsinin formalaşmasına mənfi təsir göstərir. Mənəvi zərərin ödənilməsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən düzgün tətbiq olunması və vahid məhkəmə təcrübəsinin formalaşması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyası, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar.“lnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş 10 oktyabr 2023-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində xx.xx.2023-cü il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin DYPŞ-nin əməkdaşları tərəfindən hadisə üzrə AR İXM-nın 327.1-ci maddəsinə uyğun İXP ******* nömrəli tərtib edilmiş prookolun nəzərə alınması tapşırılmışdır. 10 oktyabr 2023-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol- nəqliyyat hadisəsi zamanı məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyinə əsasən X2 bədən səthində yaranmış xəsarətlər sağlamlığıa zərə vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilməmişdir. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 51/2-32277 nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Nəsimi RPİ-nin Təhqiqat Şöbəsində araşdırma aparılmış və faktla bağlı toplanmış materialda cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.2 və 212ci maddələrinə əsasən, cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Hadisəni törədən təqsirkar sürücü Cavabdeh barəsində xx.xx.2023-cü il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin DYPŞ-nin əməkdaşları tərəfindən hadisə üzrə AR İXM-nin 327.1-ci maddəsinə uyğun İXP ******* nömrəli tərtib olunmuş protokol nəzərə alınmış, qəbul edilmiş qərarın surəti Sizə göndərərək qərarla razı olmadığınız halda Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə müvafiq olaraq, ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüququnun olduğu izah olunmuşdur. 1 saylı X12 09 iyun 2023-cü il tarixli 1045 nömrəli çıxarışından görünür ki, X4 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ dirsək nahiyyəsinin sıyrılması, sağ topuq nahiyyəsinin yumşaq toxumasının əzilməsi kimi xəsarətlər almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasə nfiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, davadərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.2-ci maddəsinə əsasən İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, İddiaçılarnın fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə ilk öncə onu qeyd edir ki, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh Vaqif qzının təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı sağlamlığına dərəcəsi təyin edilməyən zərər yetirilmişdir. İddiaçı sözügedən hadis zamanı ona maddi olaraq 1960 manat, mənəvi olaraq isə 5000 manat dəyərində zərər dəymiş olduğunu bildirsə də, ona dəymiş maddi və mənəvi zərərin məbləğlərini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı X6 iddianın əsasları kimi istinad etdikləri hallarla bağlı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə öhdəsinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar