Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-132/2024 24.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətinin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1154 ünvanında yerləşən, ümumi sahəsi 45.82 kv metr olan bağ evinin (payına uyğun) ikinci mərtəbəsinin naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş çıxarışa əsasən ümumi sahəsi 45.82 kv metr olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1154 ünvanında yerləşən bağ evi 1/2 hissə X4 və 1/2 hissə Cavabdeh məxsusdur. Bağ evi 2 mərtəbədən ibarətdir. Cavabdeh bağ evinin naturada bölünməsinə cavabdehin qarşılıqlı razılığının və ya digər təklifinin olub-olmaması barədə təklif məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən təklifə cavab verilməmiş, yəni qarşılıqlı razılığa gəlmək mümkün olmamışdır. Sonradan iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1154 ünvanında yerləşən, ümumi sahəsi 45.82 kv metr olan bağ evinin və yerləşdiyi 0.12 ha torpaq sahəsinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin paylara mütənasib şəkildə (1/2 hissə İddiaçı və 1/2 hissə Cavabdeh) tərəflər arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etimişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Azərbaycan Dövlət Tikinti Normalarının 2.6-1-nin "Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə müvafi olaraq naturada ayrılması texniki cəhətdən mümkün olmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə iddia ərizəsində qeyd olunan ünvana bildiriş göndərilməklə məlumat verilsə də o, məhkəməyə gəlməmiş, iddia ərizəsinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) izahatını dinləyərək, iş materiallarını araşdıraraq, tərəflərin barışığa gələ bilmədiklərini nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı ilə cavabdeh qardaş-bacıdılar. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1154 ünvanında yerləşən, ümumi sahəsi 45.82 kv metr olan bağ evi və yerləşdiyi 0.12 ha torpaq sahəsinin (sonradan – mübahisəli əmlak) 1/2 hissədə iddiaçının, 1/2 hissədə cavabdehin mülkiyyətindədir (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş tərəfindən verilmiş çıxarış, daşınmaz əmlakın reyestr nömrəsi **********45-11301, iddiaçının qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022, cavabdehin qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021). Qeyd edildiyi kimi, iddiaçı ilk olaraq mübahisəli əmlakın payına uyğun naturada bölünməsini istəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 10/8495 №-li ekspert rəyinə əsasən mübahisəli əmlakın iki hissəyə paylara uyğun naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Bundan sonra iddiaçı tərəfin vəsatəti əsasında mübahisəli əmlakın bazar qiyməti müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/866-9/8576 №-li ekspert rəyinə əsasən mübahisəli əmlakın bazar dəyərinin təqribən 198666 manat olduğu müəyyən edilmişdir. Ekspert rəyi məhkəməyə təqdim edildikdən sonra iddiaçı cavabdehə xx.xx.2024cü il tarixdə məktub göndərərək, onun payının dəyərinin (99333 manat) ödənilməsini istəmiş, həmin məktub “imtina etdi» qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iclasında da cavabdehə mübahisənin sülh yolu ilə həll olunması məhkəmə tərəfindən təklif edilmiş, lakin cavabdeh bunun mümkün olmadığını bildirmişdir. Hazırda iddiaçı mübahisəli əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin bərabər paylarla tərəflərin arasında bölünməsini istəyir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddiaya etirazını bildirərək qeyd etmişdir ki, onun mülkiyyətində olan əmlakın heç kim hərraca çıxara bilməz, həmin əmlak ona babasından qalmışdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, hər iki ekspertiza iddiaçı tərəfin vəsatəti əsasında təyin edildiyindən ekspertlərə ödənilməli olan 150 manatın ödənişi iddiaçı tərəfindən həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertizaları məhkəmə iddiaçı tərəfin vəsatəti əsasında təyin etmişdir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1154 ünvanında yerləşən, ümumi sahəsi 45.82 kv metr olan bağ evi və yerləşdiyi 0.12 ha torpaq sahəsi açıq hərracdan satılsın, satışdan əldə edilən vəsaitin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh qızna verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat İddiaçı tutularaq X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** məhkəmə ekspertiza mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-132/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-132/2024
24.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver