Məhkəmə qərarları › İş №2(008)-1355/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1355/2025

03.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1355/2025 03.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “icarə hüququnun təmin edilməsi və birgə mülkiyyətdə olan avtomaşının üzərində olan payların dəyərinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı Cavabdeh qarşı “icarə hüququnun təmin edilməsi və birgə mülkiyyətdə olan avtomaşının üzərində olan payların dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Abşeron rayonu, Donuz kökəltmə sovxozu ərazisi ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin 1/6 hissəsinə X1 və 4/6 hissəsinə İddiaçı icarə hüququnun təmin edilməsi, torpaqdan və üzərində olan tikilidən istifadə hüququna dair cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, cavabdehin qanunsuz əməllərinə son qoyulması və torpaq sahəsinin tərəflərin payına uyğun olaraq naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə tərəflər arasında barışıq əldə edildiyini, barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsini və iş üzrə icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı onun nümayəndəsi və vəkili Vəkil izahatında tərəflər arasında razılıq əldə edildiyini və barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respubliksı Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.2-1. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə baxışında tərəflər aralarında barışıq əldə edildiyi, barışıq sazişinin tam qanuni şəkildə bağlandığı, həmçinin sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunmadığı müəyyən olunduğundan, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Tərəflər arasında barışıq sazişi bağlandığından və bu saziş məhkəmə tərəfindən təsdiq edildiyindən iş üzrə icraata Azərbaycan Rspublikası Mülki Prosessual Məcəllənin 261.0.5ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı ilə, Cavabdeh arasında bağlanmış 29 sentyabr 2025-ci il tarixli barışıq sazişi şərtləri aşağıdaki qaydada müəyyən edilməklə təsdiq edilsin: İddiaçı öhdəlikləri:

1. Cavabdeh, üzərinə öhdəlik götürür ki, mübahisəli Bakı şəhəri, Abşeron rayonu, Donuzkökəltmə Sovxozu ərazisi ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin 1/6 hissəsinə olan hüququndan və payından nəvəsi iddiaçı X1 xeyrinə imtina edir və iş üzrə məhkəmənin qərardadı qüvvəyə mindiyi andan 10 (on) gün ərzində qeyd edilən payını iddiaçı X1 adına bağışlama yolu ilə (əvəzsiz olaraq) özgəninkiləşdirəcəkdir. Həmçinin qeyd edilən torpaq sahəsi ilə rağlı iddiaçıya qarşı hər hansı bir iddia qaldırmayacaqdır.

2. Cavabdeh Xamş qızı, üzərinə öhdəlik götürür ki, mübahisəli Renault Megane minik markalı ** SE *** dövlət nömrə nişanlı nəqliyyət vasitəsində olan 1/3 hissədə payından nəvəsi iddiaçı X1 xeyrinə imtina edir və iş üzrə məhkəmənin qərardadı qüvvəyə mindiyi andan 10 (on) gün ərzində qeyd edilən payını iddiaçı X1 adına bağışlama yolu ilə (əvəzsiz olaraq) özgəninkiləşdirəcəkdir. Həmçinin qeyd edilən avtomobil ilə bağlı iddiaçıya qarşı hər-hansı bir iddia qaldırmayacaqdır.

Cavabdeh öhdəlikləri:

1. İddiaçı, üzərinə öhdəlik götürür kı, mübahisəli Bakı şəhəri, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisi ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin 1/6 hissəsini və Renault Megane minik markalı ** SE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində olan 1/3 hissəsini qızı X1 əvəzində qəbul edəcəkdir. Həmçinin qeyd edilən torpaq sahəsi və avtomobil ilə bağlı cavabdehə və ya onun qohumuna qarşı hər hansı bir iddia qaldırmayacaqdır.

2. . İddiaçı, üzərinə öhdəlik götürür ki, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi gündən sonra iddia ərizələrindən imtina ilə bağlı həm Sabunu Rayon Məhkəməsinin icraatında olan işlər üzrə, həmçinin Bakı Apellyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə 2(103)-5123/2025 nömrəli iş üzrə iddiadan imtina (apellyasıya şikayətindən imtina) ilə bağlı ərizə ilə məhkəməyə müraciət edəcəkdir.

Bu barışıq sazişi 2(008)-1355/2025 nömrəli mülki iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Tərəflər arasında barışıq sazişi bağlandığından və bu saziş məhkəmə tərəfindən təsdiq edildiyindən icraata xitam verilsin. xx.xx.2024-cü il tarixli, **********85 nömrəli qəbzə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu büdcədən İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar