Məhkəmə qərarları › İş №2(008)-1420/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1420/2021

19.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1420/2021 19.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X10, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdehlər X3ya, X11 və X8rşı maddi və mənəvi ziyanın tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Məhəmməd qızı cavabdehlər Cavabdeh1 qızı, Cavabdeh2 və Cavabdeh3 Şakir qızına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 15000,00 manat məbləğində maddi və 100000,00 manat məbləğində mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi dəqiqləşdirilmiş ərizə verərək cavabdehlərdən 15000,00 manat məbləğində maddi və 100000,00 manat məbləğində mənəvi ziyanın tutulması və vəkilə ödənilən 130 manat xərcin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə elektron sitemindən əldə edilmiş məlumatlara əsasən iddiaçının İddiaçı, cavabdehlərin X3, X14, X4 müəyyən edilmişdir. Odur ki, məhkəmə tərəfləri qeyd edildiyi kimi, yəni İddiaçı, X3, X14 və X15 kimi qəbul etmişdir. İddia tələbi onunla əsaslandırımışdır ki, İddiaçı uzun illər Azərbaycan Dövlət Televiziyasında çalışmışdır. 1970-ci ildə işin öhdəsindən layiqincə gəldiyi iddiaçı X18 Əliyev tərəfindən Bakı şəhəri, Bakixanov qəsəbəsi, 949-cu keçid, 38 saylı evində yerləşən 9 saylı üç otaqlı mənzil ilə mükafatlandırılmışdır. İddiaçı həmin mənzildə öz oğlu Şakir Rzaxanovla yaşamışdır. Lakin 1988-ci ildə iddiaçının gəlini iddiaçı ilə birlikdə yaşamaq istəmədiyinə görə, iddiaçı həmin mənzili 2 bir otaqlı mənzilə dəyişərək, onlardan birini oğluna və onun ailəsinə vermişdir. 081499 saylı 21.06.1988-ci il tarixli orderdən görünür ki, iddiaçının yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi ev 22, 3 saylı mənzilin icarədarı məhz iddiaçının oğlu Şakir Rzaxanovdur. Diqər mənzildə isə iddiaçı özü yaşamışdır. Lakin 1996-ci ildə iddiaçının oğlu həbs edildiyi üçün iddiaçı oğluna vəkil tutmaq üçün özü yaşadığı mənzili sataraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, ev 22-də yerləşən 3 saylı mənzilə köçmüşdür və hal-hazırda da həmin mənzildə yaşayır. İddiaçı ilə birlikdə həmin mənzildə keçmiş gəlini Cavabdeh1 qızı və nəvələri Cavabdeh2 və Cavabdeh3 Şakir qızı yaşayır. Beləliklə, iddiaçı qeyd olunan mənzilə köçdükdən sonra nəvələrin və gəlinin bütün qayğılarını öz üzərinə götürmüşdür. Cavabdeh1 gecə klubunda işlədiyi üçün, Fərid və Cavabdeh3ların tərbiyyəsi və baxılması ilə tam olaraq nənələri İddiaçı məşqul olmuşdur. İddaçının öz həyatını tam olaraq cavabdehlərə həsr etidiyini Fərid və Zarinanın atasına yazdıqları məktublar, qonşular və qohumlar tam sübut edir. Lakin 2012-ci ilə qədər iddiaçı cavabdehlərlə mehriban münasibətlərdə olsa da, həmin vaxtdan cavabdehlərin qanunsuz və qərəzli hərəkətləri, iddiaçının xəbəri olmadan "kirayəşin" qismində kənar şəxslərin mənzilə yerləşdirilməsi və iddiaçıya məxsus əşyaların məhv edilməsi nəticəsində uzun illər ərzində İddiaçı fiziki və psixiki zorakılığa məruz qalaraq, onun oğluna məxsus olan və iddiaçının yegane yaşayış yeri olan mənzilindən sərbəst şəkildə istifadə edə bilmir. Məhz bu səbəbdən, iddiaçı 2013-cü ildə cavabdehlər tərəfindən iddiaçının əşyaların qaytarılması və mənzilə köçürülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Sabunçu rayon Məhkəməsinin 04.06.2014-cü il tarixli 2(008)-1178/2014 saylı qətnaməsinə əsasən isə İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, 22 saylı evin 3 saylı mənzilə köçürülməsi və iddia ərizəsində göstərilən əşyaların cavabdehlərdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Lakin qeyd edilən məhkəmə qətnaməsinin icrası iddiaçını istirablardan qutarmamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, 22 saylı evin 3 saylı mənzilinə köçürüldükdən sonra, iddiaçı hər gün təhqir və hədələrə, işiğın söndürülməsi, qazın bağlanması, sudan istifadə edə bilməməsi, ayaq yoluna küçəyə getmək məcburiyyətində qalması kimi mənəvi işgəncələrə məruz qalmasından əlavə, yenə də fiziki təzyiqlərə məruz qalmaqdadır. Hətta Cavabdeh2 iddiaçının yataq yerində quraşdırıldığı kamera ilə iddiaçını izləyirdilər. Həmin kamera iddiaçının Sabunçu RPİ-nin 13-cü PB-nə etdiyi çoxsaylı şikayətlərindən sahə müvakilli tərəfindən yığışdırılmışdır. Bundan əlavə, cavabdehlərin iddiaçının yaşadığı mənzildə mütəmadi olaraq münaqişələrin salması, cavabdehlə dava-dalaş edilməsi həmçinin Sabunçu Rayonu İcra və Probasiya Şöbəsinin 14.08.2019-cu il tarixli 7361- 361351/3-H saylı münaqişəli ailə kimi qeydiyyata götürülməsi barədə müraciəti ilə təsdiq olunur. 16.09.2020-ci il tarixdə iddiçıya verilmiş qısamüddətli müdafiə orderindən müəyyən olunur ki, “Sabunçu rayon İH-də yaradılmış araşdırmaya əsasən müəyyən edilmişdir ki, vətəndaş İddiaçı həqiqətən də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, 22 saylı evin 3 saylı mənzilində yaşayan keçmiş gəlini Cavabdeh1t Əlisoltan qızı və nəvələri Fərid və Zarına Rzaxanovalar tərəfindən məişət zorakılığına qalıb”. 2012-ci ildən başlayaraq cavabdehlərin iddiaçıya qarşı göstərilmiş rəftara və etdikləri hərəkətləri nəticəsində iddiaçı hepertonik krizləri və insult keçirdərək dəfələrlə ağır vəziyyətdə 3 Nömrəli Şəhər Kliniki Xəstəxanasında yatmış (19.11. - 10.12.2012; 19.08. - 10.09.2013; 28.01. – 24.02.2015; 15.10. – 30.10.2019; 07.11. – 19.11.2019; 22.09.- 07.10.2020) və 8 il ərzində ağır hepertoniya xəstəliyinə qarşı xeyli pul vəsaiti tələb edən müalicə almaq məcburiyyətindədir. Halbuki, iddiaçının yeqanə gəliri 230 manat təqaüddür. Hal-hazırda iddiaçının sol gözü tam tutulub, sol tərəfi iflic vəziyyətindədir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdehlər məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə və dəqiqləşdirmiş ərizəyə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Razaxanova Xeyransat tərəfindən məhkəməyə iddia ərizəsinə etiraz göndərilmişdir. Etirazda qeyd edilmişdir ki, Bakı Şəhər Sovetinin İcraiyyə Komitəsi tərəfindən 081499 saylı 21 iyun 1988-ci il tarixli order əsasında ünvan 1 ünvanında yerləşən mənzil ailələrinin istifadəsinə verilmişdir. Orderdə istifadəçilər kimi X6, Cavabdeh1t Əlisoltanovnanın və qızları Cavabdeh3 Şakirovna adları göstərilmişdir. 25 yanvar 1988-ci il tarixdə doğulmuş oğlu Cavabdeh2 isə 2004-cü ildə həmin mənzilə qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu rayonu Xalq Məhkəməsinin 28 avqust 1995-ci il tarixli qətnaməsi ilə X7 aralarındakı nikah ləğv edilmiş, lakin buna baxmayaraq mənzildə birlikdə yaşamağa davam etmişlər. Bakı şəhər məhkəməsinin 18.07.1997-ci il tarixli hökmü ilə Rzaxanov Şakirə ölüm cəzası təyin edilmiş, lakin sonradan ölüm cəzası ömürlük azadlıqdan mərhumetmə cəzası ilə əvəz olunmuşdur. 2005-ci ildə keçmiş qaynanası İddiaçı Məhəmməd qızı ona müraciət edərək mübahisəli mənzilə qeydiyyata düşmək istədiyini, buna ehtiyacı olduğunu, mənzildə yaşamayacağnı və yalnız formal qeydiyyatda olacağnı bildirərək bunun üçün cavabdehlərin razılığını xahiş etmişdir. Övladlarının nənəsi kimi onun təklifi ilə razılaşaraq İddiaçı Məhəmməd qızını mübahisəli mənzilə qeydiyyata saldırmışdılar. Qaynanasının həmin məzildə formal qeydiyyatda olmasına baxmayaraq, qızı ilə birgə başqa ünvanda yaşamış, cavabdehlərlə normal münasibətdə olmuşdur. Lakin 2014-cü ildə qaynanası onlara gələrək, qızı ilə yola getmədiyini, bu səbəbdən də onlarla birgə yaşamaq istədiyini bildirmişdir. Lakin bu xüsusatın doğru olmadığını bildiyinə, həmçinin aralarındakı razılaşmaya uyğun olmadığına görə onun təklifini qəbul etməmişdilər. Bundan sonra qaynanası əvvəlki razılaşmaya məhəl qoymayıb, məhkəməyə müraciət edərək mənzilə köçürülməsini tələb etmiş və Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 04.06.2014-çü il tarixli qətnaməsi ilə İddiaçı Məhəmməd qızının mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş və icra olunmuşdur. O zamandan bəri qaynanası onlara bir an belə sakit yaşamağa imkan verməmişdir. Belə ki, onlarla daimi yaşamasa da, hərdən mənzilə gəlir, ona məxsus əşyaların oğurlandığını, bəzilərinə zərər dəydiyini söyləyir və hüquq-mühafizə orqanlarına şikayət edərək onlara psixoloji zərbə vurmağa çalışır. Bu hərəkətlərinin qarşısını almaq məqsədilə ona mənzili özəlləşdirərək mülkiyyətdəki payını müəyyən edilərək payın dəyərinin ödənilməsi ilə mənzildən çıxmasını təklif etmişdilər. Hesab edir ki, iddia tamamilə əsassızdır və ona görə də rədd edilməlidir. İşə xitam verilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən iddiaçının vəkilinin izahatıını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16.09.2020-ci il tarixdə iddiçıya verilmiş qısamüddətli mühafizə orderindən müəyyən olunur ki, Sabunçu rayon İH-də yaradılmış araşdırmaya əsasən müəyyən edilmişdir ki, vətəndaş İddiaçı həqiqətən də, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, 22 saylı evin 3 saylı mənzilində yaşayan keçmiş gəlini X3 tərəfindən məişət zorakılığına məruz qalıb. Həmin orderə əsasən, cavabdeh Xeyransat Razaxanovaya İddiaçı qarşı məişət zəminində fiziki, psixi zorakılıq və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi qadağan edilmişdir. İş üzrə təqdim edilmiş 14.08.2019-cü il tarixli, 24.09.2020-ci il tarixli və 20.02.2020ci il tarixli iddiaçının ərizələrdən görünür ki, iddiaçı dəfələrlə cavabdehlərin hərəkətlərindən hüquq-mühafizə orqanlarına müraciət etmişdir. İş üzrə təqdim edilmiş Sabunçu rayon Məhkəməsinin 04.06.2014-cü il tarixli 2(008)- 1178/2014 saylı qətnaməsindən görünür ki, X2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, 22 saylı evin 3 saylı mənzilə köçürülməsi və iddia ərizəsində göstərilən əşyaların cavabdehlərdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İş üzrə Sabunçu rayon Məhkəməsinin 04.06.2014-cü il tarixli 2(008)-1178/2014 saylı qətnaməsinin icrası zamanı icraçılar tərəfindən tərtib edilmiş 20.04.2016-ci il tarixli və 07.08.2019-cü il tarixli Aktlarından görünür ki, qeyd olunan qətnamə üzrə verilmiş icra sənədində göstərilən və iddiaçıya məxsus olan əşyaların bir hissəsi aşkar olunmamış və iddiaçıya qaytarılmamışdır. İş üzrə 25.09.2020-ci il tarixli 3 nömrəli şəhər kliniki xəstəxanasının MRT müayinənin protokoluna əsasən, İddiaçı beyninin hər iki yarımkürəsində bir neçə ədəd mikroangiopatik ocaqlar aşkar olunur. İş üzrə TƏBİB Bakı şəhər Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyası publik hüquqi şəxsin 17.12.2020-ci il tarixli 462 saylı arayışdan görünür ki, 22.09.2020-ci il tarixdə saat 20:29-da “103” xidmətinə Sabunçu rayonu, ünvan 2 ünvanından İddiaçı adına “ürəyi, təzyiq” səbəbi ilə daxil olan çağırış 13 saylı bölmənin həkimi Emil Xudulu icra edərək, xəstəyə “dəqiqləşdirilməmiş serebrovaskulyar xəstəlik” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmiş və 3 saylı Şəhər Klinik Xəstəxanasına hospitalizasiya etmişdir. Polis Bölməsi tərəfindən iddiaçı və cavabdehlər barəsində «münaqişəli ailə barədə» profilaktik-yığım işi açılmışdır. İş materiallarında olan İddiaçı ilə 7 saylı Vəkil Bürosu arasında bağlanmış Hüquqi yardımın göstərilməsinə dair 16.10.2020-ci il tarixli müqavilədən görünür ki, hüquqi yardımın dəyəri 130 manat təşkil edir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddiaçı Rzaxanova Müslümət cavabdehlərlə birlikdə Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, ev 22, mənzil 3 ünvanda yaşayır və cavabdeh X3 tərəfindən məişət zorakılığına məruz qalıb. Lakin iddiada qeyd edildiyi kimi, iddiaçının məişət zorakılığı nəticəsində yaranmış xəstəliklərindən alınan müalicə xərcləri barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də, iddiaçıya dəymiş maddi ziyanın müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin edilməməlidir. Lakin məhkəmə mənəvi ziyanın tutulması hissəsində iddia tələbinin qismən təmin edilməsini qanuni və əsaslı hesab edir. Dəymiş mənəvi ziyana görə 100000 manat pulun tutulmasına dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci bəndinə əsasən, məişət zorakılığı - yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması deməkdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Volodina Rusiyaya qarşı (ərizə № 41261/1 ) qərarının 73-cü bəndində qeyd olunmuşdur ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 3-cü maddəsinin əhatəsinə düşmək üçün qeyri-insani rəftar minimum şiddət səviyyəsinə çatmalıdır. Bu minimuma çatmağın qiymətləndirilməsi rəftarın mahiyyəti, məzmunu, müddəti, fiziki və əqli təsirləri daxil olmaqla bir çox amillərdən, eyni zamanda qurbanın cinsi və qurbanla təqsirkar şəxslə arasındakı münasibətdən asılıdır. Faktiki bədən xəsarəti və ya güclü fiziki və ya ruhi əzablar olmadığı təqdirdə də, hörmətsizlik və ya insan ləyaqətinin azalması ilə insanı alçaldan, ya da bir insanın mənəvi və fiziki müqavimətini sındırmağa qadir olan qorxu, iztirab və ya alçaqlıq hissi yaradan davranış alçaldıcı kimi təsvir edilə bilər və habelə 3-cü maddədə göstərilən qadağanın içərisinə düşür. Qurbanın başqalarının gözündə olmasa da, öz gözündə alçaldılmasının kifayət edə biləcəyi də vurğulanmalıdır” «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin, Ali Məhkəmə göstərilən Qərarın 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh X3 tərəfindən iddiaçıya məişət zorakılığı tədbiq edilib və onun nəticəsində iddiaçı mənəvə iztirablara məruz qalmışdır. Digər cavabdehlərə dair sübut məhkəməyə təqdim edilməmişdir. Lakin iddiaçı ona məhz 100000 manat məbləğində mənəvi ziyanın dəyməsini sübut edə bilməmişdir. Odur ki, məhkəmə 1000 manat məbləğində mənəvi ziyana görə pulun X1 tutulmasını ədalətli hesab edir. Məhkəmə hesab edir ki, iddia digər cavabdehlərə qarşı rədd edilməlidir, belə ki, mühafizə orderinin məhz Cavabdeh1t Əlisoltan qızı barəsində verilməsi görünür. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1000 manat mənəvi ziyan və ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdeh X1 iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün İddiaçı hazırki iddianın hazırlanması və məhkəmədə təmsil edilməsi üçün hüquqi yardıma görə ödənilmiş 130 manat məbləği də cavabdeh X1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia qismən təmin olunsun. Cavabdeh X1 iddiaçıya dəymiş mənəvi ziyana görə 1000 manat və vəkillə bağladığı müqaviləyə görə ödədiyi 130 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə və cavabdehlər X14 və X5rşı rədd edilsin. Ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdeh X1 iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar