Məhkəmə qərarları › İş №2(008)-1438/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1438/2024

05.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1438/2024 05.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «evin hasarının bərpasə və yenidən tikilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, ünvan 1 ilə ev 13 arasında yerləşən zədələnmiş hasarın öz vəsaiti hesabına yenidən tikilməsinin və suvanmasının cavabdehin üzərinə qoyulması və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 100 AZN (yüz manat) dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, ünvan 1 ünvanında ev tikməklə ailəmlə birlikdə adıçəkilən ünvanda yaşayır. ünvan 2 yeridir. Daşınmaz əmlak olaraq evinin ətrafının hasarları onun tərəfindən öz vəsaiti hesabına tikilmiş və onun həyətinə düşən hissəsinə öz vəsaiti hesabına suvaq vurulmuşdur. Qonşuluqda, yəni onun hasarının o biri tərəfində ünvan 3 ünvanında Cavabdeh mülküyyət hüququ olmayan torpaq sahəsində yaşayır. Sözügedən şəxs təbiəti baxımından narahat qonşudur. Hər cür vasitələrlə qonşusu olaraq ona, oğluna və əmlakına ziyan vurmağa çalışır. Oğlu Nümayəndə barəsində əsassız şikayətlər edir və sair formada daşınmaz əmlakını zədələyir. Sonuncu əsassız şikayətlərindən biri də oğlu Məhəmmədəli barəsində Sabunçu Polis İdarəsinin 12-ci Polis Şöbəsinə olmuşdur. Şikayətinə əsasən guya oğlu onun torpaq sahəsini zəbt etmiş və guya onu, həmçinin ailəsini ölümlə hədələmişdir. Hazırki iddia ərizəsinə əlavə olunmuş Sabunçu RPİ 12-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Hüseyn Nağıyevin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 oktyabr 2023-cü il tarixli Qərarından göründüyü kimi HK-15619 saylı, vətəndaş Cavabdeh şikayət ərizəsi əsasında toplanmış təhqiqat materialları cinayət işinin başlanmasına əsas vermədiyindən, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qonşusu olan Cavabdeh ona məxsus öz vəsaiti hesabına tikdirdiyi və suvaq vurdurduğu uzunluğu 36.8 metr, 7 sütundan ibarət onun evi ilə onun evinin arasında olan hasarın dayaq sütünlanm sökmüşdür. Hasarın uçması üçün bəzi sütunların tam, digərlərinin isə hissəvi olaraq kolonu saxlayan daşlarını sökmüş və ya kəsmiş, eyni zamanda istifadə etdiyi suyun çirkab artığını boru vasitəsi ilə hasarın dibinə axıtmışdır. Bunlardan əlavə o, hasarın bir hissəsini tamami ilə uçurmuşdur, Bu səbəbdən cavabdeh ona məxsus daşınmaz əmlaka əhəmiyyətli zərər vurmuşdur. İddia ərizəsinə əlavə olunan şəkillərdən göründüyü kimi divar, sütunların (kolonlann) sökülməsi və çirkab su axıdılması səbəbindən üç yerindən çatlamışdır. Orta hissəsində olan çat isə daha böyük olmaqla yanaşı genişlənməkdə davam edir. Faktiki olaraq divarın aşması labüddür və aşarkən onun ailəsinin üzvlərinə zərər vurması ehtimalı böyükdür. Cavabdeh daşınmaz əmlakıma vurduğu zərər özü tərəfindən aradan qaldırılmalıdır. Həmçinin hasarının bərpası, yenidən tikilməsi və suvanması cavabdehin vəsaiti hesabına olmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Ramana südçülük sovxozu ərazisində yerləşən ümumi sahəsi 0.0905 ha olan torpaq sahəsi xx.xx.2021-ci il tarixdən X1 mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1935 nömrəli ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan (səh. 11-12) Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı mülkiyyətində olan 0.0905 ha torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar əsasında həmin torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Tədqiq olunan ünvanda baxış zamanı əldə edilmiş, mübahisə predmeti olan hasar tikilisinin faktiki koordinatları ilə mülki iş materiallarında olan, İddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar müqayisələndirilən zaman mübahisə predmeti olan hasar tikilsinin iddiaçının torpaq sahəsinin hüdudlarından kənara çıxma halları aşkar edilməmişdir. Qərardadın 3-cü sualının cavablandırılması mühəndis-texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından hımin sual üzrə tədqiqat aparılmadı. Aparılmış tədqiqiatın dəyəri 50 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilən 1 ədəd flaşkarta olan video yazılardan görünür ki, Cavabdeh iddiaçıya məxsus tortpaq sahəsinin tikilmiş hasarı öz dağıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məhkəmə araşdırılması zamanı məlum olur ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Ramana südçülük sovxozu ərazisində yerləşən ümumi sahəsi 0.0905 ha olan torpaq sahəsi X1 mülkiyyətindədir. Habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1935 nömrəli ekspert rəyindən də məlum olur ki, iddiaçı tərəfindən öz torpaq sahsini cavabdehin istifadəsində olan torpaq sahəsinin ayrılması üçün çəkilmiş hasar iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir. Bundan başqa mülki işə əlavə edilmiş videoyazılardan da görünür ki, cavabdeh onun istifadəsində olan torpaq sahəsi ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsini ayırmaq üçün iddiaçı tərəfindən çəkiliş hasarı sökür. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh iddiaçının mülkiyyətində olan əmlaka hər hansı bir əsas olmadan sökmüşdür, iddia tələbi təmin edilməli, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən ümumi sahəsi 0.0905 ha olan torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsin ayıran hasarın zədələnmiş hissəsinin cavabdehin vəsaiti hesabına yenidən tikilməsinin və suvanması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən ümumi sahəsi 0.0905 ha olan torpaq sahəsi ilə Cavabdeh istifadəsində olan torpaq sahəsini ayıran hasarın zədələnmiş hissəsi cavabdehin vəsaiti hesabına yenidən tikilməsi və suvanması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. 50 (əlli) manat ekspertiza xərci Cavabdeh, tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar