Məhkəmə qərarları › İş №2(008)-1457/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1457/2022

10.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1457/2022 10.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçılarnın İddiaçı2, İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Məhəmməd qızına qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Məhəmməd qızına qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhəmməd qızının hərəkətləri nəticəsində dəymiş 5.000 manat maddi və 5.000 manat məbləğində mənəvi zərərin ondan tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 keçmiş həyat yoldaşı X3 birgə nikahda olduğu dövrdə Bakı Şəhər Sovetinin İcraiyyə Komitəsi tərəfindən 081499 saylı 21 iyun 1988-ci il tarixli order əsasında ünvan 1 ünvanında yerləşən mənzil ailənin istifadəsinə verilmişdir. Orderdə istifadəçilər kimi X4, X1 və qızı X5 adları göstərilmişdir. xx xxxxxx 1988-ci il tarixdə doğulmuş oğlu X9 isə 16 yaşına çatdıqdan sonra, yəni 2004-cü ildə həmin mənzilə qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu rayonu Xalq Məhkəməsinin 28 avqust 1995-ci il tarixli qətnaməsi ilə X3 aralarındakı nikah ləğv edilmişdir. Lakin buna baxmayaraq ünvan 1 ünvanında yerləşən mənzildə birlikdə yaşamışlar. Bakı şəhər məhkəməsinin cinayət işləri üzrə İ dərəcəli məhkəmə kollegiyasının 1-61 saylı 18 iyul 1997ci il tarixli hökmü ilə keçmiş həyat yoldaşı X6 ölüm cəzası təyin edilmiş, lakin sonradan ölüm cəzası ömürlük azadlıqdan mərhumetmə cəzası ilə əvəz olunmuşdur. 2005-ci ildə keçmiş qaynanası Cavabdeh Məhəmməd qızı ona müraciət edərək mübahisəli mənzilə qeydiyyata düşmək istədiyini, buna ehtiyacı olduğunu, mənzildə yaşamayacağnı və yalnız formal qeydiyyatda olacağnı bildirərək bunun üçün onların razılığını xahiş etmişdir. Övladlarının nənəsi kimi onun təklifi ilə razılaşaraq Cavabdeh Məhəmməd qızının mübahisəli mənzilə qeydiyyata saldırmışlar. Qaynana həmin məzildə formal qeydiyyatda olmasına baxmayaraq, qızı ilə birgə başqa ünvanda yaşamış, onunla və nəvələri İddiaçı2 və İddiaçı3 ilə normal münasibətdə olmuşdur. Lakin 2014-cü ildə qaynanası onları gələrək, qızı ilə yola getmədiyini, bu səbəbdən də onunla birgə yaşamaq istədiyini bildirmişdir. Lakin bu xüsusatın doğru olmadığını bildiyinə, həmçinin aralarındakı razılaşmaya uyğun olmadığına görə onun təklifini qəbul etməmişlər. Yaşayış sahəsinin çox kiçik olduğunu, bu səbəbdən də 4 nəfərin burada yaşamasının qeyri-mümkün olduğunu nəzərə alaraq onun bu təklifinə öz etirazını bildirmişlər. Bundan sonra Cavabdeh Məhəmməd qızı əvvəlki razılaşmaya məhəl qoymayıb, məhkəməyə müraciət edərək mənzilə köçürülməsini tələb etmiş və Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-1178/2014 saylı mülki iş üzrə 04 iyun 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh Məhəmməd qızının mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş və icra olunmuşdur. O zamandan Cavabdeh Məhəmməd qızı onlara bir an belə sakit normal yaşamağa imkan verməmişdir. Belə ki, onlarla daimi yaşamasa da, hərdən mənzilə gəlir, şər-böhtan söyləyərək ona məxsus əşyaların oğurlandığını, bəzilərinə zərər dəydiyini söyləyir və hüquq-mühafizə orqanlarına şikayət edərək haray-həşir qaldırır, onlara psixoloji zərbə vurmağa çalışır. Bu hərəkətlərinin qarşısını almaq məqsədilə ona mənzili özəlləşdirərək mülkiyyətdəki payının müəyyən edilərək payın dəyərinin ödənilməsi ilə mənzildən çıxmasını təklif etmişilər. Onsuz da o, bu mənzildə yaşamır, onların da normal həyat tərzi keçirməyinə maneçilik törədir. Lakin Cavabdeh Məhəmməd qızı bununla razılaşmayaraq mənzilin özəlləşdirilməsi üçün razılıq ərizəsini imzalamayacağmı, ölənədək onlara psixoloji, maddi və mənəvi zərər vuracağını, onları məhkəmələrdə çürüdəcəyini bildirmişdir. Doğrusu, bu hərəkətlərinin səbəbi onlara da məlum deyil. Sonuncu dəfə, 23 sentyabr 2021-ci il tarixdə o, yenə iddiaçıların üstünə hücum çəkərək onlara gəlmiş, böyük bir mərəkə qaldırıb nalayiq söyüşlərlə onları növbəti dəfə təhdid edərək hədələmişdir. Həmin zaman İddiaçı2 hamiləliyinin 6-cı ayında olduğundan onun bu hərəkətlərindən gərgin psixoloji sarsıntı keçirərərək xəstəxanaya düşmüş və hamiləliyi məcburən yarımçıq kəsilmişdir. Cavabdeh Məhəmməd qızı mütəmadi olaraq onlara qarşı belə hərəkətləri Zarinananın hamiləliyi başlayan dövrdən daha da kəskinləşdiyindən, hamiləlik kəsilənədək keçirdiyi mənəvi sarsıntılar belə bir olayın baş verməsinə səbəb olmuşdur. Bunun nəticəsi olaraq, 24 sentyabr 2021-ci il tarixində X12 kilinikasmda keysəriyyə əməliyyatı nəticəsində Cavabdeh Məhəmməd qızının uşağı doğulmuşdur. Vaxtından əvvəl doğulduğuna görə uşağm boyu 30 sm, çəkisi 800 qr təşkil etmişdir. Bu səbəbdən də yeni doğulmuş uşağm müalicəsi reanimasiya şöbəsində aparılmış və bu günə kimi davam etməkdədir. Bu günə kimi doğulmuş uşağın həyatda qalması üçün çəkilən xərclər 30.000 manat məbləğindən çox təşkil edir. Digər tərəfdən, cavabdehin belə hərəkətləri nəticəsində İddiaçı1 da səhətində kəskin çatışmazlıqlar əmələ gəlmiş, əsəbdən bir gözü tamamilə görmə qabiliyyətini itirmişdir. Əməliyyat olunaraq görmə qabiliyyətini bərpa etdirmək məcburiyyətində qalmış, bunun üçün külli miqdrda təqribən 5.000 manat məbləğində pul vəsaiti sərf etmişdir. Göründüyü kimi, cavabdehin onlara qarşı göstərdiyi psixoloji təzyiq nəticəsində külli miqdarda maddi və mənəvi zərərə məruz qalmışlar. Cavabdehin hərəkətləri nəticəsində dəymiş zərərin tam olmasa da, bir hissəsinin, yəni 5.000 manat maddi və 5.000 manat məbləğində isə mənəvi zərərin ondan tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul etməklə məhkəmə hümanist addım atmış olar. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı3 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Digər İddiaçı1 və Cavabdeh Məhəmməd qızı dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə İddiaçı1 və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh Məhəmməd qızı iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki,oOnun 80 yaşı var, keçirdiyi ağır xəstəlik nəticəsində sol tərəfli iflici bir ildən artıqdır, öz evində yox, məcburən qızının Sabunçu qəsəbəsi, Mürsəlov küçəsi ev 6, mənzil 7-də müalicə olunur. Hərəkəti, yaşıyla əlaqədar tam bərpa etmək olmur. Bir il 3 aydır, az qala yataq xəstəsi kimi, evdən çıxmamışdır. Gipertoniya xəstəsidir. İddiada ona atılan böhtanı gördükdə yüksək qan təzyiqini təcili yardım vasitəsilə də aşağa salmağa mümkün olmamış, səhhətində təkrarən ciddi problem yaranmışdır. 22.09.2020-ci il tarixdə məhz iddiaçı Xeyransa və oğlu Fərid Rzaxanov tərəfindən dözülməz təzyiq və hədələr nəticəsində təcili yardımla 3 saylı xəstəxanaya aparılmışdır, bir tərəfli iflic, müalicəni davam etdirmək üçün 2020-ci ilin oktyabr ayında xəstəxanadan qızı onu evinə aparıb, bu günə kimi qızının himayəsində, Türkiyədə yaşayan nəvəsi köməyi ilə müalicə olunur. İddia ərisəzində guya onun "23 sentyabr 2021-ci ildə guya o, Sabunçu qəsəbəsindən Bakıxanov qəsəbəsinə gedib, "mərəkə" çıxarıb, şəhər mərkəzində ər evində yaşayan İddiaçı2 səhhətinə ziyan vurulduğu barədə" inanılmaz böhtan göstərilib. Səhhət ilə əlaqədar rəsmi sənədlər mövcuddur. Eyni zamanda iddia da ona atılan böhtan Sabunçu Rayon Məhkəməsində hakim xanım Tahirə Əsədovanm iddiası əsasında 19.10.2021-ci il tarixdə çıxarılmış qətnamədən sonra tərtib olunmuşdur. Həmin qətnaməyə əsasən (iş №2(008)-1420/2-21) Xeyransat Rzaxanova ona dəymiş 10130 manata əlavə edilmiş 30-40 manat Xeyransatdan alınıb ona verilməli olduğu halda icra olunmamışdır. Eyni zamanda Sabunçu rayon məhkəməsinin 2(008)-1178/2014 saylı qətnaməsində mənzilə köçürüləndə ona qaytarılması tələb olunan, lakin aşkar olunmayan əmlakın əvəzinə 4 min 310 manat Xeyransatdan alınıb ona ödənilməli idi, tam icra olunmayıb. O, 80 yaşlı xəstə adamdır. Hazırda sökülmək üzrə olan mənzilindən çıxmağım tələbi ilə daim telefonla təhqir olub, ev qeydiyyatından çıxmağı tələb etdiklər ilə susmaq bilməyən Xeyransat Rzaxanova Məhkəməni oyuncaq hesab edib, saxtakarlıqla, dəfələrlə məhkəmələrdə araşdırılıb həll olunmuş eyni məzmunlu iddianı bir daha artıq 4-cü dəfə Sabunçu rayon məhkəməsinə göndərib böhtan atmaqla, verilən mənəvi işgəncələr son həddə çatmışdır. Bu barədə Bakı Baş Polis İdarəsinə, Sabunçu RPİnə müraciət etmişdir. O, həqiqətən 23 sentyabr 2021-ci ildə "mərəkə"qoparıb, təhqir və dava etmişədirsə, illərdir üzünü görmədiyi, şəhər mərkəzində ər evində yaşayan Zarinaya zərər vermiş olsaydı, nədən bu barədə iş №2(008)-1420/2-21) üzrə 2021-il sentyabroktyabr ayında məhkəmə təqdim etdiyi etirazda onun "mərəkə qoparıb dava dalaşı əsasında" ziyan görmüş qızı İddiaçı2 hər hansı ziyan vurduğu barədə hər hansı məlumat göstərib etiraz edilməyib?! Eyni zamanda, Xeyransatın mənzildə quraşdırdığı kamera bu təhqiramiz böhtana aydınlıq gətirə bilər! İllərdir onu evdən çıxarıb,evi öz adına keçirmək istəyən Xeyransat Rzaxanovanın bu iddiada da tamamilə həqiqətə uyğun olmayan, eyni məzmunlu saxta iddialarla vəkil X7 tərtib etdiyi iddia ərizəsi 16.09.2020-ci il tarixdə Sabunçu rayon məhkəməsinin icraatından iş № 2(008 )-5547/2020 geri qaytarılmışdı. Təkrarən Sabunçu rayon məhkəməsinə eyni məzmunlu iddia ərizəsi iş № 2(0081375/2021) üzrə icraatda baxılıb, təmin olunmadığı barədə 14 aprel 2021-ci il tarixdə qətnamə qəbul edildi, Xeyransat Rzaxanovanm eyni məzmunlu Apellyasiya şikayətinə iş №2(103)-6871/2021 saylı iş üzrə hakim Vəfaddin İbayevin sədirliyi ilə 06.09.2021 -ci il tarixdə baxılmış, Apellyasiya şikayəti təmin olunmadığı barədə qətnamə çıxarılıb. Xeyransat Rzaxanovanm hazırda icraatında olan iddia ərizəsində məhkəmələr tərəfindən dəfələrlə baxılıb tərəfindən çoxsaylı rəsmi sənədlərlə, şahidlərlə 3 dəfə ona qarşı eyni məzmunlu iddianın tamamilə həqiqətə uyğun olmadığını sübut etmişdir. Hazırda icraatda olan eyni məzımınlıı iddia ərizəsinə barəsində tamamilə həqiqətə uyğun olmayan, təhqir və insan ləyaqətini alçaldan fikir formalaşdıraraq, iddiaçı ağlasığmaz böhtan əlavə edərək, 3 dəfə təmin olunmayan iddiasını təkrarən 4-cü dəfə hazırkı iddiaya əlavə etdivi böhtan səhhətinə ciddi təsir edərək hazırda əziyyət çəkir. Şikayətdə əks olunmuş halların tamamilə həqiqətə uyğun olmadığını, həmin mənzildə 1997-ci ildən yaşadığımı, başqa yaşayış yerim olmadığını çoxsaylı şahid və rəsmi sənədlərlə təsdiq edilərək, Sabunçu rayon məhkəməsinin 2(008)-1178/2014 saylı Qətnaməsi, iş № 2(103)-1039/2015 saylı iş üzrə Bakı Apellyasiya Məhkəməsi, iş. № 2( 102 )-3118/15 surəti, saylı iş üzrə AR Ali Məhkəməsirmə baxılıb, qüvvədə saxlamışdır. Eyni zamanda Sabunçu Rayon Məhkəməsində şahid ifadələri, çoxsaylı rəsmi sənədlərlə eyni məzmunlu iddia ərizələrinə Sabunçu Rayon Məhkəməsində keçirilən 3 məhkəmədə təkrar sübut etmişdir. Halbuki, tərtib edilən tamamilə həqiqəti əks etdirməyən saxta iddiaları təmin olunmadı. Xeyransat Rzaxanova, nə Fərid Rzaxanov, nə də İddiaçı2 məhkəmələrin heç birində iştirak edib, tələblərinə tam aydınlıq gətirib,sübut etməmişdir. Bu gün israrla, saxta iddialarla 80 yaşlı, səhhətində ciddi problem olan, vaxtiyla öz oğluna yardıç üçün verdiyi, yaşadığı yeganə yaşayış yerindən (mübahisəli mənzildən) məhrum etmək üçün saxta iddia ərizələri, apellyasiya şikayəti tərtib edən məhkəmə qapılarında çəkdiyi iztirabları ona iddiaçı ilə birlikdə, tam qərəzli mövqeydə olan iddiaçının tam səlahiyyətlərini özünküləşdirərək tərtib etdiyi saxta iddia ərizələri ilə ona mənəvi işgəncələr yaşatmışlar. Birinci instansiya məhkəməsinə və Bakı Apellyasiya Məhkəməsinə yazılı ifadəsinin surətini əlavə etməklə ona atılan böhtan aşkar olunar. O, 46 il sadə peşəsilə AzTV-nin "Xəbərlər" baş redaksiyasında işləmişdir. Keçmiş gəlininin onu öz evindən çıxarmaq üçün saxta ittihamlarla məhkəməyə müraciət edir. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçılarnın izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan AZ-İ seriyalı 397007 saylı 19.10.2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 X2 arasındakı nikah 28.08.1995-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan X12 Mərkəzinin 08.10.2021-ci il tarixli 2963/21 saylı arayışandan görünür ki, xx.xx.1986-ci il təvəllüdlü İddiaçı2 Şakir qızı 24.09.2021-ci il tarixində X13 klinikasında keysərriyə əməliyyatı nəticəsində diri qız uşağı dünyaya gətirmişdir. Boyu-30sm,çəki-800qr. Yeni doğulmuşun müalicəsi hal-hazırda reanimasiuya şöbəsində davam edir. Diaqnoz: Vaxtından əvvəl doğulmuş uşaq- 26 həftə.Respirator distress sindromu. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, İddiaçı2 X12 Mərkəzinə müxtəlif faxtlarda 30.840 manat ödəniş etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1420/2021ci il tarixli 19.10.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh Məhəmməd qızı cavabdehlər İddiaçı1, İddiaçı3 və İddiaçı2 qarşı maddi və mənəvi ziyanın tutulması tələbinə dair iddia qismən təmin edilərək, сavabdeh İddiaçı1 iddiaçıya dəymiş mənəvi ziyana görə 1000 manat və vəkillə bağladığı müqaviləyə görə ödədiyi 130 manat pul alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İddia qalan hissədə və cavabdehlər İddiaçı3 və İddiaçı2ya qarşı rədd edilmişdir. Ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdeh İddiaçı1 iddiaçının xeyrinə tutulması qət edilmişdr. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə iddia tələbinin ilk növbədə maddi zərərin cavabdehdən tutulub iddiaçılara ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər biri ayrıayrılıqda iddialarının əsasları kimi istinad etdikləri hallarla bağlı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərilərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər. Məhkəmə qeyd edir ki, iddiaçılar iddia tələblərinin əsası kimi yalnız öz subyektiv mülahizələrinə istinad edirlər və iddia tələblərini təsdiq edən heç bir mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Bu baxımdan, həmçinin yuxarıda sadalanan əsaslarla məhkəmə hesab edir ki, iddiaçılar istinad etdiyi halları sübut edə bilmirlər. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçılara mənəvi zərərin dəyməsi sübuta yetirilmir. Bununla bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, İddiaçılarnın fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Məhəmməd qızına qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi hər hansı mötəbər sübutlar təsdiq olunmadığı üçün əsassızdır və iddia təmin edilməməlidir. Bundan başqa iddiaçılar tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən iddiaçılarnın özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Məhəmməd qızına qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçılarya aid edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə alındığı gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar