Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1495/2024 20.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı “İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4500 (dörd min beş yüz) ABŞ dolları Azərbaycan manatı ilə 7650 (yeddi min altı yüz əlli) manat maddi zərərin əvəzi, 3200 (üç min iki yüz) manat kredit məbləğinin və ona hesablanmış 925 (doqquz yüz iyirmi beş) manat ödəməni yubatdığına görə 1000 (bir min) manat faizin cəmi 12.775 (on iki min yeddi yüz beş) manat və iddiaçıya vurduğu mənəvi zərərə görə 3000 (üç min) manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2019-cu ilin sentyabr ayının əvvəllərində tanış olmuşdur. Onunla təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin Bakı şəhəri, X5-da yerləşən ofisində işə düzəlmək məqsədi ilə görüşmüşdir. Həmin müəssisədə 2019-cu ilin sentyabr ayının 15-dən icraçı direktor vəzifəsində işə başlamışdır. O, əmək fəaliyyətinə başladıqdan bir müddət sonra bütün dünyada və Respublikamızda Covid-19 virusu yayıldığından, pandemiya elan edilmiş və bir sıra iş yerləri fəaliyyətini dayandırmışdır. 2020-ci ilin mart ayının 20-dən avqust ayının axırına qədər sərt karantin dövründə onların müəssisələri də işləməmişdir. 2019-cu ilin noyabr ayında Cavabdeh onun özünə məxsus nəqliyyat vasitəsini satdığını bildiyindən, ondan pul istəmişdir. O, onun xoş niyyətli olduğunu, pulunu geri ala biləcəyini düşünərək, 2019-cu ilin noyabr ayının ortalarında Cavabdeh 4500(dörd min beş yüz) ABŞ dolları məbləğində pul vermişdir. O, Cavabdeh ilə bir müəssisədə işlədiyindən ona inanırdı. Əlavə olaraq 2020-ci ilin fevral ayında Cavabdeh ona təcili pul lazım olduğunu bildirdi və ondan borc pul istədi. O, pulu olmadığını bildirdikdə, o, ondan hər hansı bir adamın adına kredit götürməyi xahiş etdi. O, isə yaxından tanıdığım bir şəxsin adına kredit götürərək cəmi 3200(üç min ikçi yüz) manat pulu Cavabdeh vermişdir. O, bu pulları Cavabdeh borc kimi vermişdir. Cavabdeh ona söz vermişdi ki, götürülmüş kredit məbləğini və faizlərini özü ödəyəcək. Lakin krediti ödəmək vaxtı gələndə Cavabdeh həmin kredit məbləğini ödəmədi. Dəfələrlə bu məsələni Cavabdeh yadına salsa da, o hər dəfə bir bəhanə ilə pulu ödəməkdən yayınırdı. Həmin məbləği və təqribən 925(doqquz yüz iyirmi beş) manat kredit faizini məcbur olub o, ödədi. Uzun müddət keçməsinə baxmayaraq Cavabdeh ona məxsus 4500(dörd min beş yüz) ABŞ dolları, 3200(üç min ikçi yüz) manat kredit pulunun əvəzini və 925(doqquz yüz iyirmi beş) manat kredit faizini qaytarmamışdir. xx.xx.2021-ci ildə onunla Cavabdeh arasında razılaşma protokolu imzalanmış və o həmin borcları etiraf etmiş, həmin vəsaitlərin 4500(dörd min beş yüz) ABŞ dolları vəsaiti 31 may 2021-ci il tarixədək, 3200(üç min iki yüz) manat vəsaiti faizləri ilə birlikdə isə 30 may 2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ona olan borcunu 31 may 2021-ci il tarixədək ödəməyi öhdəsinə götürsə də, dəfələrlə tələb etməyinə baxmayaraq, həmin vəsaiti bu günə qədər ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixli razılaşma protokolunu hüquqlarını müdafiə etdiyini Cavabdeh imzalamamışdır. Razılaşma protokolundakı qaralamalar, eləcə də tez tələsik yazı xətti həmin sənədin sonradan tərtib edildiyini, Cavabdeh əvəzində naməlum şəxs tərəfindən imzaladığını açıq aşkar göstərir. Cavabdehin iddiaçıya hər hansı bir borcu olmadığını, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 26 aprel 2021-ci il tarixdə Cavabdeh və X2 tərəfindən imzalanmış razılaşma protokolundan görünür ki, Maliyyə vəasitlərinin ürafik üzrə qaytarılmasını Cavabdeh aşağıdakı tarixlər üzrə öhdəlik götürür. 1.İddiaçı olan borc 4500 dollar xx.xx.2021-ci il tarixədək və İddiaçı tanışı olan adamdan bankdan götürülmüş 3200 manat vəsaitin bank faizi ilə (faiz 925 manat) qaytarılmasını xx.xx.2021-ci il tarixədək qaytarmasını öz üzərinə götürmüşdir. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı şikayəti üzrə Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı şikayəti üzrə Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, şikayəti üzrə Cavabdeh izahat verərək bildirmişdir ki, "xxxx" MMC-ni 2015-cı il tarixdə təsis etmiş, şirkət Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergiləri Departamentinin Kommersiya Hüquqi şəxslərin Dövlət qeydiyyatı idarəsi tərəfindən 25 iyun 2015-ci il tarixdə qeydiyyata alınaraq ********** saylı Vöen verilmiş, şirkətin hüquqi ünvanı ünvan 1tiki 2020-ci ilin əvvəllərinə qədər Bakı şəhəri-, Nizami rayonu, X5-da fəaliyyət göstərmiş, 2020-ci ilin əvvəllərindən isə şirkətin faktiki ofisi Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 65 ünvanına köçürülmüş, şirkət müəssisə və təşkilatlarla bağlanmış xidmət müqavilələri əsasında müşahidə kameraları quraşdırmaq xidməti ilə məşğuldur. Şirkətdə təxminən 10-12 nəfər işləmişdir. Pandemiya , şəraiti ilə əlaqədar bəzi işçilərin əməkhaqlarının ödənilməsində çətinliklər yarandığından işdən xaric olunmuşlar. Pandemiya dövründə isə Ənvər, Zeynəb, Aydan, Əfqan, Gülnar, Xara və Nabat işləmişdir. Zeynəb şirkətin mühasibi, Ənvər icraçı direktor, Aydan katibə, Əfqan usta, Gülnar menecer, Nabat marketin menecer, Xara satınalma üzrə mütəxəssiz vəzifəsində işləmişdir. Şirkətin icraçı direktoru vəzifəsində işləmiş İddiaçı 2019-cu il tarixdə adım hazırda xatırlamadığı qardaşının vasitəsi ilə tanımış, həmin vaxt Ənvərin qardaşı ona Ənvərin təcrübəli işçi olduğunu, özünə iş axtardıığım bildiyi üçün o Ənvərin təcrübəli olmasını, onun şirkətinə xeyri dəyəcəyini düşünərək Ənvərin qardaşı ilə razılaşmış, Ənvəri dəvət edərək söhbət etmiş, həmin vaxt o Ənvərlə fıks maaş vermək şərti ilə razılaşmış, yəni Ənvəri öz şirkətinə faktiki şərik olaraq götürməyə qərar vermiş və Ənvəri şirkətin icraçı direktoru təyin etmiş, bunu etməkdə məqsədi Ənvərlə birlikdə şirkəti işlədərək şirkətin fəaliyyətini artırmaq olmuş, Ənvərdə bununla razılaşmış və rəhbəri olduğu şirkətdə icraçı direktor vəzifəsində işləməyə başlamış, Ənvər onun şirkətində icraçı direktor vəzifəsində işləməyə başlayan zaman Ənvər ona həddən artıq iş təcrübələri olduğunu, həmin təcrübələrindən istifadə edərək şirkətə müştəri cəlb edəcəyi, işgüzar görüşlər edəcəyi kimi vədlər vermiş, o da Ənvərin göstərdiyi kimi şirkətin fəaliyyətində müsbət dönüş yaradacağı təqdirdə əməkhaqqından əlavə pul mükafatlarının ödənəcəyini Ənvərə bildirmiş, təxminən 2019-cu noyabr ayında Ənvər maşını olmadığını, şirkətin işi ilə əlaqadar nəqliyyat vasitəsi lazım olduğunu, özünə maşın almaq istədiyini bildirən zaman o Ənvərə həmin vaxt lizinq müqaviləsi əsasında alq-satqı etdiyi “Volsvagen Passat” markalı avtomobili satmağı təklif etmiş, Ənvər onunla razılaşmış, o həmin avtomaşını 7000 ABŞ dolları ilkin ödəniş etməklə lizinq əsasında almış və hər ay 1300 manat ödəniş etmiş, həmin avtomaşının 2 aylıq ödənişini ödəmiş, Ənvər onuma razılaşdıqdan sonra Xətai rayonunda yerləşən “Faktor lizinq” şirkətinə müraciət edərək həmin müqaviləni Ənvərin adına dəyişdirmiş, o, həmin vaxt avtomaşına 7000 ABŞ dolları və 2 aylıq lizing ödənişi etdiyi üçün Ənvərdən 4500 ABŞ dolları həmin avtomaşının satılması müqabilində pul almış, həmin pulu Ənvər könüllü özü avtomaşının satılması üçün vermiş, lizinq müqaviləsi ilə avromaşının qalan ödənişlərini Ənvər ödəməli olmuş, bildiyi qədəriylə Ənvər növbəti ayların ödənişləri ödəyə bilmədiyi üçün bank tərəfindən həmin avtomaşın Ənvər növbəti ayların ödənişləri ödəyə bilmədiyi üçün bank tərəfindən həmin avtomaşın Ənvərdə götürülmüş, 2020-ci ilin əvvəllərindən "xxxx" MMC-nin ofisi Bakı şəhəri, Nizami rayonu, X3 Nərimanov rayonu, Ə.Əliyev küçəsi 65 ünvanına köçürülmüş, orada fəaliyyət göstərməyə başlamış, Ənvər şirkətin icraçı direktoru olmasına baxmayaraq o Ənvərlə şərik işləmiş və həmin şirkəti bir yerdə işlətmiş, "xxxx" MMC-nin işlərindən başqa kənarda da iş fəaliyyətləri olmuş, mövcud pandemiya şəraiti ilə əlaqədar şirkətin fəaliyyətində durğunluqlar olmuş, bəzi işçilərin maaşları ödənilməmiş, 2020-ci ilin oktyabr ayında təsisçi olaraq şirkətin ziyana işləməsi ilə əlaqədar tərəfindən araşdırma aparılan zaman şirkətin mühasibi Zeynəb və katibi Aydan tərəfindən şirktətin bank hesabından 24.084 manat 13 qəpik pul mənimsənildiyini müəyyən etmiş, bununla bağlı o şirkətidə sərbəst audit yoxlaması keçirmiş, Aydan və Zeynəb şirkətə maddi ziyan vurmuş, qeyd edilən səbəblərə görə o Ənvər, Əfqan, Gülnar, öz maaşlarını şirkətin hesabından ödəyə bilməmiş, digər şəxslərin isə maaşları ödənilmiş, qeyd etdiyi şəxslər ona daha yaxın olduqları üçün o ilkin olaraq digər işçilərin maaşlarım ilkin mərhələdə ödəmiş, o şirkət fəaliyyətində müsbət dönüş yarada bilmədiyi üçün və ziyana işlədiyi üçün şirkəti bağlamaq qərarına gəlmiş, bir sıra işçiləri, eyni zamanda İddiaçı 2021-ci il may ayının 1-də işdən azad etmiş, İddiaçı "xxxx" MMC-də icraçı direktor vəzifəsindən azad olduqdan sonra ona məxsus "xxxx" MMC-yə icraçı direktor təyin etmiş, Ənvər 5 ay həmin şirkətdə icraçı direktor işləyərək öz istəyi ilə işdən azad olmuşdur. İddiaçı göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, İcbari Siğorta tərəfindən "xxxx" MMC-yə 8873 manat 16 qəpik dövlət yardmı ödənilmiş, qeyd olunan ödəniş Aydan və Zeynəb tərəfindən mənimsənilmiş, qeyd olunan şirkətdə onun həyat yoldaşı Gülnar və qardaşı Əfqan işləmiş, həmin şəxslərin əməkhaqları ödənilməmiş, tərəfindən işçilərə ödənilməli icbari tibbi sığorta ödənişləri mənimsənilməmişdir. 3200 manat məbləğində pulu Ənvərdən borc olaraq götürmüş ,hazırda maddi sıxıtıları olduğu üçün o həmin pulu Ənvərə qaytara bilmir, həmin kreditin yalnız 2 aylıq ödənişi olan təxminən 400 manat pulu ödəmiş, digər kredit ödənişlərini ödəyə bilməmiş, Ənvərə olan 3200 manat borcunu hazırda maddi imkanı zəif olduğu üçün qaytara bilmədiyini bildirmişdir. . İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkjəməsinin 2(008)- 1495/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr 2024-cü il tarixli 4/1091 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 7-ci vərəqində olan xx.xx.2021-ci il tarixli razılaşma protokolunda “Cavabdeh” sözlərinin qarşısındakı imzanın Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamsını rəyin tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 127 manat müəyyən edilmişdir. İş materiallarında olan ********** nömrəli xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 138 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə ilk öncə iddia tələbinin Cavabdeh 4500 (dörd min beş yüz) ABŞ dollarının tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, Bakı şəhəri Nərimanov rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarında izahatı alınmış Cavabdeh iddiaçıdan 4500 ABŞ dolları məbləğində pul aldığını lakin bu pulun ona verilməsi səbəbi kimi lizinq müqaviləsi üzrə onun sahibliyində olan avtomobilin iddiaçının sahibliyinə keçirilməsi ilə əlaqədər olduğunu, həmin müqavilə üzrə 7000 ABŞ dolları ödəniş etdiyini, 4500 ABŞ dolların iddiaçı tərəfindən ona ödənməsi səbəbi kimi lizinq müqaviləsi üzrə onun 7000 ABŞ dolları məbləğində ödənişinin olması ilə izah etsədə, cavabdeh sözügedən pul məbləğinin iddiaçı ona həqiqətəndə lizinq müqaviləsi üzrə ödəniş kimi etdiyini sübut edə bilməmiş, həmçinin lizinq müqaviləsi üzrə onun 7000 ABŞ dolları ödəniş etdiyi halda nə üçün sözügen ödəniş müqabilində iddiaçı ona 7000 ABŞ dolları məbləğində deyildə 4500 ABŞ dolları məbləğində ödəniş etdiyini izha edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin 3200 manat borcun tutulması hissəsinə münasibə bildirərək qeyd edir ki, Bakı şəhəri Nərimanov rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarında izahatı alınmış Cavabdeh iddiaçıdan 3200 manat məbləğində borc aldığını lakin maddi imkanı olmaması səbəbindən həmin borcu qaytarmadığını bildirmişdir, hazırda isə həmin pul məbləğini qaytarmasına dair hər hansı bir sübutu məhkəməyə verməmişdir. Belə olan halda da məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməli 3200 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan sonra məhkəmə iddia tələbinin 3200 (üç min iki yüz) manata hesablanmış 925 (doqquz yüz iyirmi beş) manat borcun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdehə vermiş olduğu 3200 manat pulu kreditə götürülmüş olduğunu, həmin pula 925 manat faiz hesablandığını və bu pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş etsədə, həmin kreditə götürülmüş pulun faiz məbləğinin cavabdehdən iddiaçının xeyrinə hansı əsaslar ilə tutulması məhkəmədə müəyyən edilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin ödəmənin yubandığı üçün 1000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən 1000 manatın hansı qaydada hesablandığını, hansı məbləğə münasibət hesablandığı məhkəməyə məlum olmadığından iddia tələbi bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bundan sonra məhkəmə iddia tələbinin 3000 manat mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir. Bununla bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır. Məhkəmə iddia tələbinin dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 138 manat dövlət rüsumunun 122.50 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan sonra məkəmə ekspertizaya çəkilmiş xərcə münasibət bildirərək qeyd edir ki, iddia tələbi əsas hissədə təmin edilmiş olduğundan xəttşünaslıq ekperizanın keçirilməsi üçün çəkilmiş xərc cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 4500 (dörd min beş yüz) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla), 3200 (üç min iki yüz) manat pul və 122.50 (bir yüz iyirmi iki manatt əlli qəpik) dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 127 (bir yüz iyirmi yeddi) manat eksperiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1495/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1495/2024
20.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver