Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1498/2025 07.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Bakı şəhəri 17 nömrəli Notariat Kontoruna, Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X5 cavabdehlər Bakı şəhəri, 17 nömrəli Notariat Kontoruna, Cavabdeh2 ASC-yə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri 17 saylı Notariat Ofisi tərəfindən aparılmış 29 iyul 2021-ci il tarixli, 8İ-4199 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-5940/2016 nömrəli əmrinə əsasən ondan 4275.95 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun alınaraq "Bank of Baku” ASC-nin xeyrinə tutulması əmr edilmişdir. Lakin, onun sözügedən məhkəmə əmrindən məlumatı olmamışdır. Həmin əmri rəsmi qaydada aldıqdan sonra əmrə etiraz vermiş, məhkəmə qərardadı ilə iddia icraatına keçilmiş və onun iştirakı ilə iddia tələbinə baxılmışdır. İşə baxılan zaman “Bank of Baku" ASC-nin nümayəndəsi iddiadan imtina etdiklərini bildirmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5740/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardad çıxarıldıqdan sonar onun pensiyasından tutulma aparıldığını görmüş, səbəbini araşdırmaq üçün Sabunçu Rayon İcra şöbəsinə müraciət etmişdir. Sabunçu İcra şöbəsində ona 17 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən, ondan tutmaların aparıldığı bildirilmişdir. Həmin icra qeydindən tam məlumatsız olmuşdur. İcra Şöbəsindən ona bu barədə məlumat vermişlər. Cavabdeh2 ASC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixli etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən Banka borcunun olmadığını, restrukturizasiya müqaviləsinin aldatma nəticəsində bağlandığını bildirsə də, iş materiallarından görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə X10 borcu olmuş və həmin borca aid məhkəmə əmri çıxmışdır. Daha sonra mübahisələndirilən kredit 2019cu ildə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən güzəştli şərtlərlə restrukturizasiya edilmişdir. Lakin iddiaçı ödənişləri icra etmədiyinə görə xx.xx.2021-ci il taixdə barəsində 17 saylı notariat ofisində icra qeydi aparılmış və icraya yönəldilərək təqaüdündən tutulmağa başlanılmışdır. Bakı şəhəri 17 nömrəli Notariat ofisinin notariusu Süleyman Məmmədov xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixdə keçiriləcək məhkəmə iclasında nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X5 iddia ərizəsini müdafiə edərək, icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi X7 izahatında icra qeydinin ləğv edilməsinə əsas olmadığını və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarına əlavə olunan 16 avqust 2019-cu il tarixli, FR/80216/70 nömrəli kredit müqaviləsinə əsasən, Bank borcalana 1 il güzəşt müddəti olmaqla, 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 3134,91 manat məbləğində kredit vermişdir. İş materiallarıdan görünür ki, Bakı şəhəri 17 nömrəli notariat ofisinin xüsusi notariusu X3 tərəfindən xx.xx.2021-ci il tarixdə reyestrdə “8İ-4199” nömrəli icra qeydi aparılmışdır. İş materiallarından görünür ki, X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə ərizə ilə müraciət edərək, 2850,39 manat borcu olduğunu, həmin məbləğin aylıq təqaüdündən 30 % şəklində tutulmasına göstəriş verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5740/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, “Bank of Baku" ASC, X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 3229,48 manat əsas, 1046,47 manat faiz, cəmi 4275,95 manat və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5940/2016 nömrəli xx.xx.2016cı il tarixli məhkəmə əmri ilə borclu X1 3229,48 manat əsas, 1046,47 manat faiz borcu olmaqla, cəmi 4275,95 manat və 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. X5 məhkəmə əmrinə etiraz verərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5940/2016 nömrəli xx.xx.2016-cı il tarixli məhkəmə əmrinin ləğv edilməsini və iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5740/2024 nömrəli xx.xx.2024cü il tarixli qərardadı ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5940/2016 nömrəli xx.xx.2016-cı il tarixli məhkəmə əmri ləğv edilmişdir. İş materiallarında olan “Bank of Baku" ASC ilə, X6 arasında bağlanmış əsas kredit borcunun restrukturizasiyası üzrə FR/80216/70 nömrəl xx.xx.2019-cu il tarixli "Güzəştli kredit müqaviləsi" ilə xx.xx.2014-cü il tarixli müqavilə üzrə borc restrukturizasiya olunmuş, tərəflər arasında yeni müqavilə bağlanmışdır. “Bank of Baku" ASC-nin, X4 qarşı "pul" tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2172 nömrəli, 22 iyul 2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 16 avqust 2019-cu il tarixdə bağlanmış FR/80216/70 nömrəli Güzəştli Kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla X2 iddiaçı Cavabdeh2 ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir. xx.xx.2021-cü il (sualda göstərilən tarixə) borcu 2848,33 manat - əsas borc üzrə - 2846,83 manat. - faiz borcu üzrə - 1.50 manat təşkil edir. Qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən son ödəniş tarixinə yəni xx.xx.2024-cü il tarixinədək 2320,28 manat məbləğində ödəniş edilməsi müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (AR NK) müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 №-li qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının notariat qaydasında təsdiq edilmiş əqdlər üzrə borcun alınması adlanan 1-ci bölməsinə əsasən:
1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli Qanunun maddəsindən də göründüyü kimi icra qeydi təqdim olunan sənədlər borcun mübahisəsiz olduğu halda tətbiq edilir. Qanunun maddəsindən də göründüyü kimi icra qeydi təqdim olunan sənədlər borcun mübahisəsiz olduğu halda tətbiq edildiyindən, məhkəmə iclasında iddiaçının ica qeydi verilən zaman onun icra qeydində göstərilən məbləğlə razı olmadığını və məbləği mübahisələndirdiyindən bu barədə ekspert rəyinin alınması üçün məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2172 nömrəli, 22 iyul 2025-ci il tarixli ekspert rəyinə əsasən, xx.xx.2021-cü il il tarixinə X2 əsas borc üzrə 2846,83 manat və faiz borc üzrə 1.50 manat təşkil etməsi, X5 tərəfindən xx.xx.2021-ci il tarixdən son ödəniş tarixinə yəni, xx.xx.2024-cü il tarixinədək 2320,28 manat məbləğində ödəniş edilməsi müəyyən edilmişdir. Həmçinin icra qeydi verilən zaman X5 lazımı qaydada məlumatlandırılmamış və bu barədə ona bildirişin catmasını təstiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, 17 nömrəli Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər icra qeydinin əsaslılığı və qanuniliyi barədə məhkəməyə sübutlar təqdim etmədiyindən həmin icra qeydi ləğv edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 238-253, 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Bakı şəhəri 17 nömrəli Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən xx.xx.2021ci il tarixdə aparılmış və reyestrdə “8İ-4199” nömrə ilə qeyd edilmiş icra qeydi ləğv edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdeh Bakı şəhəri 17 nömrəli Notariat Ofisindən tutularaq iddiaçı X4 qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Ruslan Mirzəliyev