Məhkəmə qərarları › İş №2(008)-160/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-160/2024

30.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-160/2024 30.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş 382.000 (üç yüz səksən iki) manat maddi və 10.000 (on min) manat mənəvi ziyanın və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 682 (altı yüz səksən iki) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Novxanı ərazisində yerləşən çıxarışla ona amma əsl sahibi bacısı Xuraman Farooqa məxsus olan torpaq sahəsində ev tikmək məqsədi ilə Cavabdeh1 MMC-yə müraciət etmişlər. MMC-nin direktoru Cavabdeh2 ilə bacısı Xuraman Farooqun danışığı əsasında evin 580 kv.m, ümumi tikinti və təmir paketi üçün 300.000 (üç yüz min) AZN məbləğində olacağı qərarlaşdırılmışdır. Tikiləcək hasaralara 20.000 (iyirmi min) AZN, həyətdəki sanuzel, yay mətbəxi, avtomobil dayanacağı qazanxana və digər görüləcək işlərə dair isə əlavə 20.000 (iyirmi min) AZN məbləğ ödəniləcəyi danışılmışdır. Danışıqlardan sonra şirkətlə onun arasında müqavilə imzalanmışdır. Müqavilənin onunla bağlanmağının başlıca səbəbi bacısı Xuraman Farooqun həyat yoldaşı olan X3 Pakistan vətəndaşı olması və onların Bakıda yaşamamasıdır. Müqavilədən sonra tikiləcək evin görüntüləri hazırlanaraq onlara göndərilmişdir. Tikintiyə başlanılsada gedişatda ödənişlərin vaxtından da əvvəl olmasına baxmayaraq evin görünüşünün onların atdığı formaya uyğun olmadığını, təmirə başlanılan zaman evə baxış keçirərkən evdə olan materialların keyfiyyətsiz, müqavilədə göstərilən qiymətlərdən qat-qat aşağı qiymətli eyni zamanda işi aparan usta kollektivinin işi bacarıqsız şəkildə icra etdiyinin şahidi olmuşlar. Bunu Cavabdeh2 bildirsələrdə bunların aradan qaldırılacağını onlara bildirilmişdir. Lakin evin təhvil vaxtının bitməsinə, hətta 8 ay keçməsinə baxmayaraq evin eyni ilə keyfiyyətisiz forması olduğu kimi qalmışdır. Cavabdeh2 aldığı ödənişdən qat-qat aşağı iş görməyinin ən pis tərəflərindən biridə onlara ev üçün material alaraq aqlay daş istifadə etmək yerinə penoplast istifadə etmişdir. Penoplast istifadəyə və istismara yararsız materialdır və satışı qanunla qadağandır. Cavabdeh2 tamamilə ona olan etibarlarından sui-istifadə etmişdir. Belə ki, ev sahibləri tərəfindən çox mükəmməl şəkildə təmirinin icra ediləcəyini bildirmişdir. Lakin onun dediyi sözlərin heç biri öz təsdiqini tapmamışdır. Cavabdeh şirkətin rəhbəri Zahir Əsgərəov ümumilikdə Novxanıda olan evin tikinti və təmiri paketinə 310.000 (üç yüz on min) manat ödəniş, bacısı Xuraman Farooqa məxsus olan Xətai ərazisində yerləşən və eyni zamanda Cənnət Park yaşayış kompleksində olan ev üçün isə 60.000 (altmış min) AZN və 12.000 (on iki min) AZN ödəniş almışdır. İşlərin getmədiyi üçün həyətdə olan yarımçıq işlərlə bağlı başqa şirkətlə razılığa gəlinmiş və qeyd edilən məsələlər başqa şirkət tərəfindən icra edilmişdir. İcra edildiyi ilə bağlı ödəniş çekləri mövcuddur. Ona ödədikləri ödəniş qəbzlərinin ona verilməyən surətləridə vardır. Cavabdeh2 onlara ümumilikdə 382.000 (üç yüz səksən iki) manat məbləğində maddi zərər vurmuşdur. Bütün bu baş verənlərdən sonra o və bacısı çox ağır psixoloji sarsıntılar keçirmişlər, psixi sağlamlığı mənəvi zədə almışdır. Bu səbəbdən də, vurulmuş maddi və mənəvi ziyan tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 MMC-nin nümayəndəsi Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehlər Cavabdeh1 MMC-nin nümayəndəsinin Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin zahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 11199 nömrəli İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış müqavildən görünür ki, 7 ay müddət ərzində Cavabdeh1 MMC müqavilədə qeyd olunan xidmətləri və işləri götməyi öhdəsinə götürmüş, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 10 aprel 2021-ci il tarixli 11199 nömrəli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında müqavilə bağlanaraq Cavabdeh1 MMC müqavilədə qeyd olunan evin qazıntısı, təməl, panel arakəsmələrin qoyulması, beton işlərin görülməsi; ikinici mərhələdə üçüncü mərtəbənin beton işlərinin görülməsi, evin ümumi tikintisi (daş işləri); üşüncü mərhələdə qapı və pəncərələrin qoyulması, suvaq işlərinin görülməsi, dam örtüyünün vurulması , 5 tonluq bakın qoyulması və gizlədilməsi. Bundan başqa 5 daş tikilir, qoşa daş hörülür, mərtəbə ara kəsmələri beton təbəqə ilə işlənilir (monolit 400 marka), müştərinin nümunə olaraq göstərdiyi üvin eyni qaydada tikilməsi, tikinti 7 aya, 220 iş günü ərzində yekunlaşmasını və tikinti və təmir işlərinə 3 il zəmanət verildiyini öhdəsinə götürmüşdir. İş materiallarında olan 10 aprel 2021-ci il tarixli 11199 nömrəli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında müqavilə bağlanaraq Cavabdeh1 MMC müqavilədə qeyd olunan divarlar mayak: Ağdağ və ya Giper, elektrik, Santexnika işləri tam təhvil: Türkiyə istehsalı, İİ mərhələdə kafel - metlax: 25-30 Azn, beton təbəqə işlərinin görülməsi, tavan alçipan (fiqur və ya sadə): Gilan; tavana paduqa: Gips; döşəmə: laqa dikt - 1.7mm; parket: Belarusiya istehsalı 35 Azn, hamamlar və dəhliz isti pol, İİİ mərhələ: divarlar boya və ya divar kağızı: 35 Azn; hamamlara moydadır: 250 Azn, unitaz: 200 Azn, Sanuzel aksesuarları: 55-70 Azn; duş kabin və ya vanna: 300 Azn; istilik sistemi: Kombi və bütün otaqlara radiatoriar; daxili qapılar: 300 Azn-dək; pəncərə altlıqları: Mərmər; hamamlar: asma tavan; tavanlar emulsiya ilə boyanır: Fab; çilçıraqlar: 150 Azn; hamamda jakuzi; Karnizlər, razetkalar; Qarderob: Membran (maşın boyası), mətbəx mebeli hədiyyə, qarderobda oturacaqlar hədiyyə, təmirdən sonra təmizlik hədiyyənin olmasını öhdəsinə götürmüşdir. İş materiallarında olan 10 aprel 2021-ci il tarixli 11199 nömrəli tərəflər arasında sərbəst qiymətlərin razılaşdırılması protokolundan görünür ki, İddiaçı ilə Cavabdeh1 MMC 3 mərtəbəli ümumi sahəsi 343 kv metr olan evin tikintisi və təmirinə 199000 manata razılaşmışlar. İş materiallarında olan X1 ilə Cavabdeh1 MMC arasında bağlanmış 15 oktyabr 2021ci il tarixli 18871 nömrəli podrat müqaviləsindən görünür ki, xx.xx.2022-ci il tarixədək Cavabdeh1 MMC müqavilədə qeyd olunan xidmətləri və işləri götməyi öhdəsinə götürmüş, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 15 oktyabr 2021-ci il tarixli 18871 nömrəli müqavilədən görünür ki, X1 ilə Cavabdeh1 MMC arasında müqavilə bağlanaraq Cavabdeh1 MMC müqavilədə qeyd olunan İ mərhələ: divarlar mayak: Ağdağ və ya Giper, elektrik, Santexnika işləri tam təhvil, dizayn, İİ mərhələdə kafel-metlax-10-12 manat, tavan alçıpangilan, tavan paduqa-gilan (sadə), tavana paduqa-plasmas; döşəmə altı beton təbəqə; hamamlar isti pol; İİİ mərhələ divarlar boya və ya divar kağızı-20 manat; hamama tülpan, unitaz-100 manat; sanuzel aksesuarları-25-40 manat, hamam lambir, istilik sistemi-kombi və bütün otaqlara radiatorlar; daxili qapılar-150 manat, pəncərə altlıqları PVC; laminat-10 manat, piluntus-plasmas. Bundan başqa bütün isti polun çəkilməsi, divara çərçivələrin vurulması, söküntü və tikinti işlərinin görülməsi, pəncərələrin restavrasiyası və tavana fiqurların vurulmasını öhdəsinə götürmüşdir. İş materiallarında olan 15 oktyabr 2021-ci il tarixli 18871 nömrəli tərəflər arasında sərbəst qiymətlərin razılaşdırılması protokolundan görünür ki, X1 ilə Cavabdeh1 MMC ümumi sahəsi 65 kv metr olan mənzilin təmirinə 12000 manata razılaşmışlar. X1 ilə Cavabdeh1 MMC tərəfindən imzalanmış qəbzdən görünür ki, X1 tərəfindən 15 oktyabr 2021-ci il tarixli 18871 nömrəli podra müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdə 3000 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan 28 may 2021-ci il tarixli 11188 nömrəli müqavilədən görünür ki, X1 ilə Cavabdeh1 MMC arasında müqavilə bağlanaraq Cavabdeh1 MMC müqavilədə qeyd olunan İ mərhələ: evin qazıntısı; təməl, panel ara kəsmələrin qoyulması; beton işlərinin görülməsi; İİ mərhələ:-üçüncü mərtəbənin beton işlərinin görülməsi; evin ümumi tikintisi (daş işləri); İİİ mərhələ:- qapı və pəncərələrin qoyulması; suvaq işlərinin görülməsi; dam örtüyünün vurulması; 5 tonluq bakın qoyulması və gizlədilməsi. Bundan bşqa beş daş tikilir, qoşa daş höriilür; mərtəbə ara kəsmələri beton təbəqəylə işlənilir: (Monolit 400 marka); müştərinin nümunə olaraq göstərdiyi evin eyni qaydada tikilməsi, tikinti və təmir işləri 7 av, 220 iş günü ərzində yekunlaşır, tikinti və təmir işlərinə 3 il zəmanət verilir; sifarişriçinin istəyinə uyğun olaraq mənzilin ölçüsü 343 kv-dan 580 kv-a artırıldı. Artırılma dəyəri tərəflərin razılığı əsasında 101 000 AZN təşkil edir; əlavə olaraq tikinti sahəsində (həyət) hasarların sökülüb yenidən tikilməsi;: (bünövrə beyon). Landşaft işlərinin tam təhvili; Besedka, qış mətbəxi, hovuz, iki avtodayanacaq; hasarların .suvanması, dekorativ daşlarla bəzənməsi; şəlalə, fontan; həyətə tamet daşlarının döşənməsi; evin arxa hissəsində uşaq parkı; darvaza və qaraj qapılar, mühafizə otağının tikintisini öhdəsinə götürmüşdir. İş materiallarında olan X1 ilə Cavabdeh1 MMC arasında bağlanmış 25 sentyabr 2021-ci il tarixli 11948 nömrəli podrat müqaviləsindən görünür ki, Cavabdeh1 MMC müqavilədə qeyd olunan xidmətləri və işlərigörməyi xx.xx.2022-ci il tarixədək öhdəsinə götürmüş, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 25 sentyabr 2021-ci il tarixli 11948 nömrəli müqavilədən görünür ki, X1 ilə Cavabdeh1 MMC arasında müqavilə bağlanaraq Cavabdeh1 MMC müqavilədə qeyd olunan İ mərhələ: divarlar mayak: Ağdağ və ya Giper, elektrik, Santexnika işləri tam təhvil-Türkiyə istehsalı, hamam və tualetin izolyasiyası, divarların izolyasiyası XPS; İİ mərhələdə tavan alçıpan (fiqur və ya sadə), gilan; pəncərə altlıqlarımərmər; hamam və dəhliz isti pol, seyf qapı-1000 manat, döşəmə laqa dikt-1.5 sm; İİİ mərhələ tavanlar emusiya ilə boyanır-Fab və ya Corella ilə, divarlar boya və ya divar kağızı-60 manat; divarlara lepka çırçivə; tavana paduqa-gips; parket-70 manat; hamama moydadır-800 manat, unitaz-500 manat, sanuzel aksesuarları-200 manat, duş kabin və ya vanna-800 manat; hamam asma tavan; kafel-metlax 50-60 manat; istilik sistemi-Kombi və bütün otaqlara radiatorlar; daxili qapılar 500 manatadək. Bundan başqa dizayn, təmirən sonra təmizlik, mətbəx mebeli, çılçıraqlar hədiyyə olunması və cam eyvanın quraşdırılmasını öhdəsinə götürmüşdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 11948 nömrəli tərəflər arasında sərbəst qiymətlərin razılaşdırılması protokolundan görünür ki, X1 ilə Cavabdeh1 MMC ümumi sahəsi 186.4 kv metr olan mənzilin təmirinə 80000 manata razılaşmışlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli GLL seriyalı 830054 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı 25 iyun 2022-ci ildə 3540 manat "xxxx" MMC-nin hesabına köçürmüşdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli GLL seriyalı 830069 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı xx.xx.2022-ci ildə 2750 manat "xxxx" MMC-nin hesabına köçürmüşdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli GİF/4 seriyalı 300099 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, X2 12 iyun 2021-ci ildə 55000 manat Cavabdeh1 MMC-nin hesabına köçürmüşdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli GİF/4 seriyalı 300101 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, X2 25 iyun 2021-ci ildə 4250 manat Cavabdeh1 MMC-nin hesabına köçürmüşdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli GİF/4 seriyalı 300107 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, X2 14 iyul 2021-ci ildə 5700 manat Cavabdeh1 MMC-nin hesabına köçürmüşdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli GİF/4 seriyalı 300137 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, X2 27 oktyabr 2021-ci ildə 65000 manat Cavabdeh1 MMC-nin hesabına köçürmüşdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli GİF/4 seriyalı 300131 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, X2 07 oktyabr 2021-ci ildə 14800 manat Cavabdeh1 MMC-nin hesabına köçürmüşdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli GİF/4 seriyalı 300078 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı 20 aprel 2021-ci ildə 30000 manat Cavabdeh1 MMC-nin hesabına köçürmüşdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli GİF/4 seriyalı 300095 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, X2 28 may 2021-ci ildə 25000 manat Cavabdeh1 MMC-nin hesabına köçürmüşdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli GİF/4 seriyalı 300126 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, X2 28 sentyabr 2021-ci ildə 33000 manat Cavabdeh1 MMC-nin hesabına köçürmüşdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli GİF/4 seriyalı 300126 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, X2 05 avqust 2021-ci ildə 100000 manat Cavabdeh1 MMC-nin hesabına köçürmüşdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli GİF/4 seriyalı 300145 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, X2 14 may 2022-ci ildə 3000 manat Cavabdeh1 MMC-nin hesabına köçürmüşdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli GİF/4 seriyalı 300109 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, X2 05 avqust 2021-ci ildə 100000 manat Cavabdeh1 MMC-nin hesabına köçürmüşdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/572 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus Novxanı ərazisində yerləşən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin tikintisi və təmirinə sərf olunmuş pul məbləğ (işçilik və material xərci ayrı-ayrılıqda göstərməklə) nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmadı. İddiaçı məxsus Cənnət Parkında yerləşən mənzildə aparılmış tikinti təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 12345 manat məbləğində müəyyən olunur. İddiaçı məxsus Xətai rayonunda yerləşən mənzildə aparılmış tikinti təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 25053 manat məbləğində müəyyən olunur. İddiaçı məxsus Bakı şəhəri, Novxanı ərazisində yerləşən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin, Cənnət Parkında və Xətai rayonunda yerləşən mənzillərin təmiri yarımçıq şəkildə istifadə olunduğunu, üzün müddət istifadə olunduğu nəzərə alaraq həmin mənzillərdə və fərdi yaşayış evində görülmüş təmir-tikinti işlərinin qüsurlu icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8640 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus Novxanı ərazisində yerləşən torpaq sahəsinin üzərində yerləşən evin təmiri yarımçıq vəziyyətdə olduğundan, həmin evdə görülmüş təmir-tikinti işlərinin qüsurlu olub-olmamasını müəyyən etmək mümkün olmadığı, Eyni zamanda baxış zamanı yaşayış evinin döşəməsinə çəkilmiş isti polun üzərinə tökülmüş beton qatı cat-cat olduğu və betonun qalınlığı tikinti texnologiyasına uyğun olmadığı müəyyən olunmuşdur. Həmin isti polun çəkilməsi ilə əlaqədar qüsurlu icra olunan təmir-tikinti işlərinin ümumi dəyəri təqribən 6316 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 682 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.1-ci maddəsinə əsasən Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.2-ci maddəsinə əsasən Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, iddiaçı ilə cavabdeh Z- Zirvə İnşaat MMC arasında xx.xx.2021-ci il tarixdə podrad müqaviləsi bağlanaraq, Z-Zirvə İnşaat 7 ay müddətində 199000 manat müqabilində ümumi sahəai 343 kv.m olan 3 mərtəbəli yaşayış evini tikməyə və tam şəkildə təmir etməyi öhdəsinə götürmüşdür. İddiaçı məhkəməy müraciət edərək sözügedən podrat müqaviləsi üzrə nəzərdə tutulan məbləğin onun tərəfindən tam ödənildiyini bildirsədə, podratçı tərəfindən müqavilə üzrə öhdəliklərin tam şəkildə icra edilmədiyini, 3 mərtəbəli tikilinin başa çatdırılmadığını, həmçinin tikinti işlərinin keyfiyyətsiz aparıldığını bildirərək, ödənilmiş pulun geri qaytarılmasını məhkəmədən xahiş etsədə, mülki iş matriallarına əlavə edimiş xx.xx.2021-ci il tarixli GİF/4 seriyalı 300078 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı Cavabdeh1 MMC-yə 30.000 manat məbləğində pul ödəmişdir. Həmçinin mülki işdən məlum olur ki, cavabdeh MMC podrat müqaviləsi üzrə nəzərdə tutulmuş təmir tikinti işlərini tam yerinə yetirməli olsa da, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8640 nömrəli ekspert rəyindən məlum olurki Novxanı ərazisində yerləşən torpaq sahəsində tikilmiş tikli yarımçıq vəziyyətdədir. Belə olan halda məhkəmə hesab edir ki, nə qədərki iddiaçının podrat müqaviləsi üzrə nəzərdə tutulmuş pulun iddiaçı tərəfindən tam şəkildə ödənməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmmişdir, cavabdeh MMC-dən də müqavilə üzrə öhdəliklərinin icrasını tam şəkildə icra edilməsi gözlənilə bilməzdir. Həmçinin sözügedən rəydən yaşayış evinin döşəməsinə çəkilmiş isti polun üzərinə tökülmüş beton qatı çat-çat olduğu və betonun qalınlığı tikinti texnologiyasına uyğun olmadığı, həmin isti polun çəkilməsi ilə əlaqədar qüsurlu icra olunan təmir-tikinti işlərinin ümumi dəyəri təqribən 6316 manat məbləğində müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin Novxanı ərazisində yerləşən torpaq sahəsində tikilmiş tikiliyə çəkilmiş xərcin tələb edilməsi hissəsində qismən 6316 manat hissədə təmin edilməlidir. Bundan sonra məhkəmə tutulmalı olan pulun cavabdehlərdən hansına münasibətədə icra edilməsinə münasibət bildirərək qeyd edir ki, nə qədər ki, müqavilə podratçı kimi MMC ilə fiziki şəxs arasında bağlanmışdır, pul məbləği cavabdeh Z-Zirvə İnşaat MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda mülki iş matraillarına əlavə edilmiş sənədlərdən müyyən edilir ki, Novxanı ərazisində yerləşən torpaq sahəsində inşa edilmiş tikilinin kvadrat metrinin artırılması və buna dair ödənişin artıq olunması ilə bağlı X1 ilə Cavabdeh1 MMC xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmışdır. Məhkəmə sözügedən müqavilə üzrə edilmiş ödənişlərin iddiaçı tərəfindən cavabdeh Z-Zirvə İnşaat MMC-dən tələb edilməsinə münasibət bildirərək qeyd edir ki, nə qədər ki, sözü gedən müqavilə iddiaçı ilə deyildə üçüncü bir şəxs tərəfindən bağlanmışdır, iddiaçının həmin müqavilə üzrə edilmiş ödənişlərin habelə müqavilə üzrə dəymiş ziyanı tələb etmək hüququ mövcud olmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin Cənnət Parkında və Xətai rayonunda yerləşən mənzillərin təmiri ilə bağlı X1 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli və 25 sentyabr 2021-ci il tarixli podrat müqavilələri üzrə edilmiş təmirin qüsurlu olması və tam şəkildə icra edilməməsi səbəbindən dəymiş ziyanın və edilmiş ödənişlərin geri qaytarılması hissəsinə münasibət bildirərək qeyd edir ki, nəqədər ki, sözügedən müqavilə üzrə iddiaçı tərəf deyildir və sözügedən mənzillərin iddiaçının mülkiyyətində və ya qanuni sahibliyində olmasını təsdiq edən sənədlər mövcud deyildir, iddiaçının hazırki tələb ilə bağlı məhkəməyə iddia vermək hüququ olmadığı əsası ilə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 682 manat məbləğində dövlət rüsumunun 83.16 manat hissəsi Cavabdeh1 MMC-dən alınıb iddiaçıya verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, nə qədərki iddia tələbi qismən təmin edilmişdir iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat tərəflər arasında bərabər hissədə bölünməlidir. Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh1 MMC-dən 6316 (altı min üç yüz on altı) manat pul və 83.16 (səksən üç manat on altı qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində olan ekspertiza xərcinin 100 manat olan hissəsi Cavabdeh1 MMC-dən, 100 manat hissəsi isə iddiaçı İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətamədən, rəsmi qaydadav erildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar