Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1610/2024 10.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nəfəslik və pəncərənin bağlanması, kondisionerin çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “nəfəslik və pəncərənin bağlanması, kondisionerin çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Sabunçu rayonu, ünvan 2-də yerləşən evdə həyətinə baxan iki nəfəslik və pəncərənin hörülməklə bağlanması və iki ədəd onun həyətinə tərəf qoyulmuş kondisionerin sökülərək öz tərəfinə quraşdırılmasının cavabdeh Mustafayeva (Məmmədova) Dilarə Sabir qızının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onunla əsaslandırmışdır ki, o, 1961-ci ildən Sabunçu rayonu, ünvan 1 ünvanında yaşayır. Sözügedən ev onun yeganə yaşayış yeridir. Məhkəmənin diqqətinə çatdırılır ki, qonşuluqda, yəni onun hasarının o biri tərəfində Sabunçu rayonu, ünvan 2 ünvanında Cavabdeh yaşayır və evin sahibidir. Sözügedən şəxs təbiəti baxımından narahat qonşudur. Onu qonşu olaraq daima narahat edir. Hər cür vasitələrlə qonşusu olaraq ona və əmlakına ziyan vurmağa çalışır. Qeyd etdir ki, qonşusu onun evinə baxan istiqamətdə nəfəsliklər və pəncərə qoymuş, həmçinin iki kondisioneri onun evinə tərəf çıxarmış və kondisionerlərin su şlanqını, elektrik naqillərini həyətinə buraxmışdır. Ona dəfələrlə nəfəsliklərin və pəncərənin bağlanması, kondisionerlərin öz tərəfinə qoyulmasına dair müraciət etsə də ona sərt cavab vermiş, rus millətinin nümayəndəsi olmağını üzünə vuraraq Rusiya Federasiyasına getməyini və orada yaşamağını məsləhət bilmişdir. O, Azərbaycan Respublikasında doğulduğu üçün Azərbaycan vətəndaşıdır. Özü yaşlı adamdır. Dializ xəstəsidir. Həmin o nəfəsliklər, pəncərə və kondisionerlər onu çox narahat edir. Kondisioner qışda istilik sistemi kimi, yayda isə soyutma sistemi kimi işlədilərək yüksək səs salmaqla onun dincliyini pozur. Gecələr rahat yatmağa imkan vermir. O, bu barədə dəfələrlə Sabunçu Rayon Polis İdarəsinə və Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət ünvanlamışdır. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin rəisi Ramil Cəbiyevin və Sabunçu Rayon İcra Hakimiyyətinin rəsmisi G.Məmmədovun imzaları ilə ona cavab verilmişdir ki sözügedən məsələ mülki qaydada tənzimlənməli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət edilməlidir. İddia ərizəsinə əlavə olunan şəkillərdən göründüyü kimi kondisionerlərin suyu daimi olaraq həyətinə axır, elektrik naqilləri həmçinin onun həyətindədir. Onun və qohumları üçün həyati təhlükə yaradır. Nəfəsliklər və pəncərə həyətinə baxır. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiasını müdafiə edib, iddiaçının izahatında göstərilənləri təsdiq edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, evində 25 ildir ki, kondisioner qouşulub və işlək vəziyyətində olmuşdur. Bildirdi ki evini təmir eləmək şərtilə, pəncərənin, kondisionerin çıxarılmasına razı olar. Heçnə icazəsiz olmamışdır, iddiaçının gözünün qarşısında tikilmiş, kondisionerin qoyulmasına o özü razılıq vermişdir. Qeyd olunanlara əsasən, nümayəndə iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, tərəflər arasında yaranmış mübahisənin həlli üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. - Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, qaldırılan məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətinə aid olmadığı üçün “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 7.10-cu maddəsinə əsasən müraciət ilə bağlı mülki qaydada aidiyyatı üzrə rayon məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. - xx.xx.2024-cü il tarixli məhkəmənin yerli baxış protokolundan görünür ki, ünvan 5 ünvanında baxış zamanı cavabdehə məxsus fərdi yaşayış evinin nəfəslikləri, pəncərəsi və 2 ədəd kondisionerin iddiaçının həyətinə baxması müəyyən edilmişdir. Lakin kondisionerlərin işlək vəziyyətə olduğu zaman, səsinin yüksək olması və hər hansı bir narahatlığa səbəb olması müşahidə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, ünvan 5 ünvanında Cavabdeh məxsus fərdi yaşayış evinin nəfəslikləri, pəncərəsi və evə quraşdırılmış 2 ədəd kondisionerin iddiaçının həyətinə baxır. Hazırda iddiaçı Sabunçu rayonu, ünvan 2-də yerləşən evdə həyətinə baxan iki nəfəslik və pəncərənin hörülməklə bağlanması və iki ədəd onun həyətinə tərəf qoyulmuş kondisionerin sökülərək öz tərəfinə quraşdırılmasının cavabdeh Mustafayeva (Məmmədova) Dilarə Sabir qızının üzərinə qoyulmasını xahiş etsə də, tərəflərin izahatlarından, yerli baxış protokolundan da aydın ki, cavabdehin evinə quraşdırılmış kondisionerlərin işlək vəziyyətə olduğu zaman, səsinin yüksək olması hər hansı bir narahatlığa səbəb olması müəyyən edilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələbinə dair sübut təqdim edə və ya keçirilmiş məhkəmə proseslərində bunu sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddia qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “nəfəslik və pəncərənin bağlanması, kondisionerin çıxarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-1610/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1610/2024
10.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver