Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-182/2022 25.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh hüquqi varisləri X9, X11, X12 və X7 qarşı “mənzilin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh hüquqi varisləri X9, X11, X12 və X7 qarşı “mənzilin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 15 saylı evin 18 saylı mənzilinə dair payların naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 15 saylı evin 18 saylı mənzili paylı mülkiyyət hüququ ilə ona və Cavabdeh məxsusdur. Evin girişçıxışı fərqli olsa da, reyestrdə vahid əmlak kimi qeydiyyatdan keçmişdir. Buna görə də, qeyd edilən əmlakda keçmiş əri X8 qeydiyyatda qalsa da, onun həmin evdən qeydiyyatdan çıxara bilməmişdir. Hal-hazırda özünə məxsus evi satmaq istəsə də, T.Məhərrəmovun həmin evdə qeydiyyatda qalması alqı-satqının həyata keçirilməsinə mane olur. Mübahisəli fərdi yaşayış evi vahid konstruktiv quruluşa malik olsa da, giriş-çıxış qapıları ayrı-ayrıdır. Cavabdehlə aralarında mübahisə olduğundan ona müraciət edə bilmir. O, özünə aid olan payı satmaq istəsə də , həmin ünvanda digər payçı və onun ailə üzləri, həmçinin keçmiş yoldaşı qeydiyyatda olduğundan onların razılığı olmadan bağışlamanı rəsmiləşdirə bilmir. Buna görə də, payların naturda ayrılması üçün müraciət etmək məcburiyyətində qalmışdır. Fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq, paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh hüquqi varisləri X9, X11, X12 və X10 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan X2 Bakı şəhəri 4 saylı dövlət notariat kontoru tərəfindən imzasının həqiqiliyi təsdiq edilmiş 22.05.2015-ci il tarixli ərizəsindən görünür ki, o, 03.07.2008-ci il təvəllüdlü X5 görə məhkəmə qaydasında təyin olunmuş alimentdən imtina əvəzində ünvan 1 ünvanında yerləşən 15 saylı evin 18 saylı mənzilinin İddiaçı mülkiyyətinə keçməsinə etiraz etməmişdir. İş materiallarında olan X8 və İddiaçı arasında bağlanılmış 01.10.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi ünvanında yerləşən 15 saylı evin 18 saylı mənzilinin yaşayış sahəsi sahəsi 12,5 kv.m olan 1 otağı iddiaçının mülkiyyətinə verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışdan aydın olur ki, ünvan 1 ünvanında yerləşən 15 saylı evin 18 saylı mənzilinin 1 otağı (y/s 12,5 kv.m olmaqla) üzərində İddiaçı xüsusi mülkiyyət hüququ 20.10.2017-ci il tarixdə, 1 otağı (y/s 12,5 kv.m olmaqla) üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ 09.10.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İİ 111480 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 05.10.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 16.04.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən aydın olur ki, ünvan 1 ünvanında yerləşən 15 saylı evin 18 saylı mənzilinin 1 otağı üzərində X9, X11, X12 və X6 ¼ hissədə payları müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli, 2(008)-749/2021 saylı qərardadı ilə mülki iş üzrə icraat Cavabdeh hüququ varisi müəyyən edilənədək dayandırılmış, məhkəmənin iş üzrə 25.06.2021-ci il tarixli qərardadı ilə isə, icraat təzələnərək, X9, X11, X12 və X10 Cavabdeh hüquqi varisi kimi işə cəlb edilmişlər. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmeti olan mənzilin 1 otağı üzərində İddiaçı, mənzilin digər 1 otağı üzərində isə Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda iddiaçı faktiki texniki quruluşunun nəzərə alınaraq paylara mütənasib şəkildə naturada bölünməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10.11.2021-ci il tarixli, 10/4437 saylı ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 15 saylı evin 18 saylı mənzilinin tərəflər arasında ½ paylar şəklində bölünməsi “İnşaat Norma və Qaydaları”nın 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş materiallarını, ekspert rəyini və mənzilin texniki pasportunu nəzərdən keçirərək hesab edir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üstüstə düşür. Bununla əlaqədar olaraq da, məhkəmə ekspert rəyini obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirmiş və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilərək, İddiaçı və Cavabdeh hüquqi varisləri X9, X11, X12 və X6 paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 15 saylı evin 18 saylı mənzili onlar arasında, məhkəmə tikinti-texniki ekspertizasının 10.11.2021-ci il tarixli 10/4437 saylı rəyində müəyyən edilmiş qaydada, paylar üzrə bölünməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Eyni zamanda, iş materiallarından görünür ki, verilmiş ekspert rəyinə əsasən, ekspert tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri qismində 50 manat məbləğində məhkəmə xərci Cavabdeh hüquqi varisləri X9, X11, X12 və X7 aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən 15 saylı evin 18 saylı mənzili paylara uyğun olaraq (hər biri ayrılıqda 1 otaq olub yaşayış sahələri 12,5 kv.m olmaqla) İddiaçı, Cavabdeh hüquqi varisləri X9, X11, X12 və X10 arasında bölünsün. İş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh hüquqi varisləri X9, X11, X12 və X3 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi təqdim olunduğu gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-182/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-182/2022
25.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver