Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1821/2022 09.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin cavabdeh X12 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin cavabdeh X12 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2185 (iki min bir yüz səksən beş) manat vurulmuş ziyan əvəzi və işə baxılması ilə əlaqədar ödənilən 30 (otuz) manat dövlət rüsumunun, cəmi 2215 (iki min iki yüz on beş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı “LPO ASC "xxxx" Sığorta Şirkəti-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 05.10.2019-ci il tarixdə, saat 13:30 radələrində Bakı şəhəri, X18 qəsəbəsi ərazisində cavabdeh X17, hazırda ləğvetmə prossesində olan (LPO)ASC "xxxx" Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, X6 məxsus MERSEDES BENZ 320 CDİ minik markalı, ** KD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən ehtiyatsızlıq etmiş və nəticədə X2 məxsus olan, MERSEDES BENZ E200 minik markalı, ** RE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi zərər vurmuşdur. Nəsimi RDYPŞ-si tərəfindən, X17 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-cı maddəsi ilə təqsirli bilinmiş və onun barəsində 08.10.2019-ci il tarixdə. TP 136079 saylı “X21 Haqqında Qərar” qəbul olunmuşdur. Hazırki iddia ərizəsinə əlavə edilən qiymətləndirmə aktından görünür ki, X2 məxsus olan, “MERSEDES BENZ E200” minik markalı, ** RL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 2185.0 ( iki min yüz səksən beş ) manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq 24.10.2019-cu il tarixli, İC AA 4634/19 saylı işə dair sığorta aktı tərtib etməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablanmaları həyata keçirildikdən sonra, ASC "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkən X3 məxsus olan MERSEDES BENZ E200 minik markalı, 90 Rİ. 210 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərə görə, 28.10.2019-cu ildə 2185 ( iki min yüz səksən beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh X17 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 2185 (iki min yüz səksən beş ) manat məbləğində sığorta ödənişi ASC "Standart İnsurance” Sığorta Şirkəti tərəfindən zərərçəkən X2 ödənildiyindən, hazırda LPO ASC "Standart İnsurance” Sığorta Şirkətinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarına əsasən cavabdeh X7 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Hesab edir ki, zərərçəkənə ödənilmiş məbləğin əvəzi 2185.0 (iki min yüz səksən beş ) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30.0 (otuz) manat dövlət rüsumunun cavabdeh X7, LPO ASC "xxxx" Sığorta Şirkətinin nəfinə tutulması barədə qətnamənin çıxarılması üçün məhkəməyə müraciət etməkdə haqlıdırlar və bu haqlı tələb məhkəmə tərəfindən təmin edilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 29.07.2020-ci il tarixli qətnaməsi ilə ASC "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin (hakim L.Əliyeva) 17.08.2020-ci il tarixli, e-2-2(113)-1575/2020 saylı qərardadı ilə sözügedən şirkətin ləğvetmə komissiyasının üzvlərinin siyahısı təsdiq edilmişdir (X13 - ləğvetmə komissiyasının sədri, X9, X4 və X10 - komissiya üzvləri). Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək tələb olunan bütün sənədlər məhkəməyə təqdim edildiyindən işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş TP ******* nömrəli, 08.10.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarın surətindən müəyyən olunur ki, "Mercedes 320 CDİ" markalı ** KD *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edən X17 05.10.2019-cu il tarixdə Azərbaycan Respublikasının İnzibai Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törətməkdə təqsirli bilinmiş və barsədində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. - İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, 19.08.2019-cu il tarixdən 19.08.2020-ci il tarixədək X6 məxsus “Mercedes Benz 320 CDİ” minik markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomobil əmlaka vurulan zərərə görə 5000 (beş min) manat məbləğində, sağlamlığa vurulan zərərə görə 5000 (beş min) manat, bir hadisə üzrə 50 000 (əlli min) manat sığorta məbləği müəyyənləşdirilərək sığortalanmışdır. 24.10.2019-cu il tarixli, İC AA 4634/19 saylı sığorta ödənişinə dair sığorta aktından görünür ki, 19.08.2019-cu il tarixindən 19.08.2020-ci il tarixədək "xxxx" ASC ilə X14 arasında 5000 AZN siğorta məbləğində “Mercedes Benz 320 CDİ” markalı ** KD *** dövlət qeydiyyat nişanlı avtomobil siğorta olunmuşdur. 05.10.2019-cu il tarixdə baş vermiş hadisə zamanı X2 məxsus “Mercedes Benz E 200” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı avtomobilinə 2185 manat zərər müəyyən edilmişdir. 2185 manat X2 ödənilməsi müəyyən edilmişdir və subroqasiya qaydasında tələb irəli sürülmüş şəxs Alıyev Elvin göstərilmişdir. X8 Şirkəti tərəfindən tərtib edilmiş 16.10.2019-cu il tarixli əmlaka dair qiymətləndirmə aktından görünür ki, zərərdəymiş avtomobilin təmiri üçün tələb olunan məbləğ 2185 manat hesablanmışdır. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 90RL 210 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E 200” CDİ minik markalı avtomobil X2 məxsusdur. -- Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 096-25888-1219 nömrəli, 10.10.2019cu il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 05.10.2019-cu il tarixdə, saat 13:30-da baş vermiş yol nəqliyyat hadisəsində təqsirli olan şəxs X17, zərərçəkən şəxs X5r. Təqsirli sürürcü hadisə baş verən zaman ayıq olmuş və idarəetmə hüququna malik olmuşdur. -Nəqliyyat vasitəsinin AB N 392309 saylı qeydiyyat şəhadətnaməsindən görünür ki, Mercedes Benz 320 CDİ minik markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomobil X6 məxsusdur. -Qazaxıstan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsindən görünür ki, X1 vəsiqəsinin müddəti 11.08.2020-ci il tarixdə başa çatacaqdır. - 28.10.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, ASC "xxxx" Sığorta Şirkəti tərəfindən 2185 (iki min yüz səksən beş) manat məbləğində sığorta ödənişi X2 ödənilmişdir. - 06.12.2019-cu il tarixli, 3569 nömrəli Standart İnsurance Sığorta Şirkəti tərəfindən X12 ünvanlanmış tələbnamənin surətindən görünür ki, Avtonəqliyyat sahiblərinin icbari sığortası üzrə qəzada ASC "xxxx" Sığorta Şirkəti tərəfindən X2 2185 (iki min yüz səksən beş) manat pul ödənilmişdir. Sığorta haqqını ödəmədiyi təqdirdə, pul vəsaitinin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.3, 25.1.8ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.8-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 35-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. X16 Azərbaycan Respublikası qanununu 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, hadisənin törədilməsində təqsirli hesab edilən sürücünün idarə etdiyi avtomobili mülki məsuliiyətlərin icbari siğorta müqaviləsi ilə siğortalı olduğundan yol-nəqliyyat hadisəsi zamanı cavabdehin təqsirli hərəkətləri nəticəsində zərərçəkmişə dəymiş zərər siğortaçı tərəfindən ödənilmişdir. Zərərçəkmişə dəymiş zərərin məbləği siğorta müqaviləsində nəzərdə tutulduğu həddi aşmadığından məhkəmə hesab edir ki, siğortaçının dəymiş zərəri siğorta olunandan geri tələb etmək hüququ yaranmamışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin cavabdeh Alıyev Elvinə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR MPM-in 88-ci maddəsinin tələblərinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki halda iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin cavabdeh X12 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1821/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1821/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver