Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-185/2021 08.02.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi və ya dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi və ya dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi, 56 saylı fərdi yaşayış evi üzərində olan 14/30 hissədə mülkiyyət payının naturada ayrılması, mümkün olmadıqda əmlak üzərində olan 14/30 hissədə mülkiyyət payının dəyərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona ödənilməsi, mülkiyyət payının dəyəri ödənilmədikdə, bağ evinin açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilən pul məbləğinin onunla cavabdehlərin arasında mülkiyyət paylarına müvafiq olaraq bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi, ev 56 saylı fərdi yaşayış evi 14/30 hissədə onun, 1/5 hissədə Cavabdeh1, 1/5 hissədə Cavabdeh2, 4/30 hissədə Xəlil Muradovun paylı mülkiyyətindədir. Xəlil Muradov vəfat etmiş və onun payı açıq saxlanılmışdır. Hal-hazırda həmin bağ evindən istifadə etsə də, faktiki istifadəsində olan sahə payına düşən hissədən azdır. Mülkiyyət payının böyük olmasına baxmayaraq, evin əsas hissəsini digər payçı Cavabdeh2 sahiblənmiş, digər Cavabdeh1 orada yaşamır. Ona görə də o, öz mülkiyyət payının naturada ayrılmasını istəyir. Tikilinin ümumi sahəsi 89.60 kv.m-dir. Məhkəmə mühəndis-texniki, tikinti-texniki ekspertizası təyin edilərsə, mübahisəli əmlakın paylara uyğun naturada bölünüb-bölünməməsi müəyyən edilə bilər. Əgər naturada bölgü mümkün olmazsa, digər payçılar payının dəyərini ona ödəyə bilərlər. Əgər bu da mümkün olmazsa, onda əmlak açıq hərracdan satışa çıxarılmalıdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakən Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi A-tikilisindən 1 otaq 18.8 kv.m və 10.19 kv.m mətbəx X2, qalan hissədən 1/5 hissə payla Cavabdeh2, qalan hissədən 4/30 hissə payla X4, qalan hissədən 1/5 hissə payla Cavabdeh1 və 14/30 hissə payla İddiaçı məxsusdur; -17.04.2018-ci il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi 0,04824 ha və tikilinin alt sahəsi isə 0.019767 ha müəyyən edilmişdir. -4 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 982087 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 02.07.2018-ci il tarixdə vəfat etmişdir. -Məhkəmə Ekspertizası Mərkəzinin 13.11.2020-ci il tarixli 10/1970 nömrəli Ekspert Rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi 56 ünvanda yerləşən fərdi yaşayış evi tərəflərin paylarına müvafiq təcrid mənzillər şəklində natura qaydasında bölünməsi texniki cəhətdən mümkündür. İddiaçı (texniki səhv olaraq Tahirə göstərilmişdir) Şirməmməd qızının ünvan 3 ünvanda yerləşən yaşayış evi faktiki olaraq bölünmüş vəziyyətdə oluduğunu nəzərə alaraq fərdi yaşayış evinin bölgüsü üçün əlavə işlərin aparılmasına zərurət yoxdur. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, mübahisəli əmlak ümumi paylı mülkiyyət əsasında 14/30 hissədə İddiaçı məxsusdur. Lakin, faktiki bölgüyə əsasən onun payının az olmasını iddia edən iddiaçı naturada bölgünün onun payına uyğun aparılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin 13.11.2020-ci il tarixli 10/1970 nömrəli Ekspert Rəyini əsas götürərək məhkəmə hesab edir ki, hazırki iş üzrə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi 56 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçıya aid hissədə, yəni çıxarışa əsasən onun payına uyğun şəkildə (14/30 pay olmaqla) bölünməsi texniki cəhətdən mümkün olduğundan iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, ekspert rəyinin 3-cü səhifəsində evlərin məhz paya düşən sahə baxımından bölgüsünün mümkünlüyü vurğulanmışdır. İddia tələbi üzrə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi 56 ünvanda yerləşən fərdi yaşayış evinin naturada bölünməsi mümkün olduğundan iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat cavabdehlərdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi 56 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı payına uyğun olaraq 14/30 hissədə naturada bölünsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti iddiaçılar X1 və X3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-185/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-185/2021
08.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver