Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1893/2022 12.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X7, İddiaçının nümayəndəsi (qardaşı) X2, Cavabdehin nümayəndəsi (vəkili) X11 oğlunun iştirakları ilə İddiaçı Cavabdeh X3 (yetkinlik yaşına çatmamış uşaqları Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə), Əmlak Məsələləri dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı Çıxarışın ləğv edilməsiı tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh X3 (yetkinlik yaşına çatmamış uşaqları Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə), Əmlak Məsələləri dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı reyestrdə ********** nömrə ilə 18.08.2021-ci il tarixdə qeydə alınmış Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 08.11.2014-cü il tarixdə nikaha daxil olaraq ailə həyatı qurduqdan sonra ünvan 1 ünvanına gəlin köçmüşdür. Həmin gündə hazıra kimi həmin evdə yaşayır, ona məxsus cehiz əşyaları həmin evdədir. Əri 14.02.2019cu il tarixdə ölmüşdür. Əri öldükdən sonra qayınları və baldızları evdən çıxarılmasına dair iddia qaldırmışdılar, iddia rədd edilmişdir. Sonradan hazırki iş üzrə cavabdeh X3 ona qarşı evdən çıxarılmasına dair iddia qaldırmış, iddia təmin olmuşdur. Həmin işə baxılan zaman ona məlum olmuşdur ki, cavabdeh onun yaşadığı evə qanunsuz olaraq Sıxarış almışdır, belə ki, həmin evin mülkiyyətçisi onun qaynatısı olmuşdur və onun 1 dərəcəli vərəsələri övladları olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (qardaşı) X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X11 oğlu iddianı qəbul etməyərək qeyd etdi ki, mübahisə predmeti olan Çıxarış cavabdehlərə vərəsəlik qaydasında ərinin ölümündən sonra keçmiş, ərinin adna isə vərəsəlik qaydasında onun atasının ölümündən sonra keçmişdir. Çıxarışın ləğv edilməsi hər hansı bir əsas mövcud deyil. İddiaçı tərəf öz mövqeyini əsasladırmalıdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı və cavabdeh iki mərhum qardaşın arvadlarıdır. Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi, ev 9 cavabdeh X1 yetkinlik yaşına çatmamış uşaqları Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə bərabər paylarla mülkiyyətlərindədir (reyestrdə ********** nömrə ilə 18.08.2021-ci il tarixdə qeydə alınmış Çıxarış). Məhkəmənin 15.12.2021-ci il tarixli qətnaməsi ilə X1 iddiası təmin edilmiş, İddiaçı həmin evdən çıxarılması qət edilmişdir. Həmin iş hazırda apellyasiya instansiyasının baxışındadır. Hazırda iddiaçı adıçəkilən Çıxarışın ləğv edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X6 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. İddiaçı Çıxarışın ləğv edilməsinin əsaslarına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, onun qanunsuzluğunun nədən ibarət olmasını əsasladırmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1893/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1893/2022
12.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver