Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1927/2025 15.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin və əlavə olaraq ödənilmiş pul məbləğinin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “nəqliyyat vasitəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Volkswagen Passat markalı ** BX *** qeydiyyat dövlət nömrə nişanlı nəqliyyət vasitəsinə həbs verilərək ona məxsus mülkiyətinin qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə Volkswagen Passat markalı ** BX *** dövlət nömrə nişanlı avtomaşını Sabunçu rayonu, Ramanı qəsəbəsi, Yeni Yaşayış massivi, ev 12-də qeydiyyatda olan və yaşayan Cavabdeh baş etibarnamə ilə bir il müddətində idarə etməyə vermişdir. Avtomobilin xx.xx.2020-ci il tarixədək heç bir cəriməsi olmamışdır. Bir il müddəti keçdikdən sonra etibarnamə qüvvədən düşdüyündən nəqliyyət vasitəsini idarə edən hər hansı şəxs tərəfindən törətdiyi inzibatı xəta üzrə tərtib olunmuş HQ8508175-xx.xx.2021-ci il tarixli, EQ8541596-xx.xx.2021-ci il tarixli, EQ8588643-xx.xx.2021-ci il tarixli, EQ8673887- xx.xx.2021-ci il tarixli, EQ8843002xx.xx.2022-Cİ il tarixli, EQ8508175-xx.xx.2022-ci il tarixli, EQ8541596-xx.xx.2022-ci il tarixli və EQ16118114-0608.2023-cü il tarixli icra qərarı ilə qüvvəyə minən protokollar AsanPay vasitəsi ilə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan iddiaçının telefonuna gəlmişdir. İddiaçı 2022-ci ilin fevral ayında və 2023-cü ilin avqust ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirinə və BBDYPİ-nin rəisinə maşının onun idarəçiliyində olmaması barədə müraciət etməsinə baxmayaraq, avtomaşına aid inzibati cərimələr ona hesablanmışdır. 15 noyabr 2023-cü il tarixdə iddiaçının mobil telefonuna (***-***-**-**) Asan Pay vasitəsilə mesaj gələrək, EO 16118114 üzrə İXM-nin 339.1-1-ci maddəsinə əsasən barəsində tətbiq edilmiş cəriməni qanunvericiliklə müəyyən edilmiş 3 ay müddətində ödəmədiyi təqdirdə İXM-nin 150.11-ci maddəsi tətbiq olunacağı məlumatlandırılmışdır. İddiaçı 18 mart 2025-ci il tarixində iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi üzrə 100 manat, müvəqqəti təminat tədbiri barədə ərizə üzrə 11 manat, EQ8508175-xx.xx.2021-ci il tarixli, EQ8541596-xx.xx.2021-ci il tarixli, EQ8588643-xx.xx.2021-ci il tarixli, EQ8673887-xx.xx.2021-ci il tarixli, EQ8687491,EQ8843002-xx.xx.2022-ci il tarixli, EQ18268809, EQ19265368 və EQ23855078 icra qərarı ilə qüvvəyə minən protokollar üzrə 591 manat, ümumilikdə 702 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmunan uyğun izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada xəbərdalıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. 06 fevral 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, Volksvvagen Passat markalı **-BX-*** qeydiyyat nömrə nişanlı avtomaşınını 1 il müddətində ayda 250 manat ödəmək şərtilə verdiyini, cavabdehin 1-2 ay ödəniş etdikdən sonra ödənişləri dayandırdığını, bu müddətdə avtomobilə cərimələr yazıldığını, həmin inzibati cərimələrin onun tərəfindən ödənildiyini, hazırda avtomobilin cavabdehdə olduğunu, avtomobilin ona qaytarılmasını və ödənilmiş dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 10 mart 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, Volksvvagen Passat markalı, **-BX-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərini iddiaçı ilə aralarında olan razılaşmaya əsasən Namiq Cəfərova tam olaraq ödədiyini, nəqliyyat vasitəsinin üzərinə həbs qoyulduğundan mülkiyyətinə keçirdə, istifadə edə bilmədiyini və cərimələri ödəmədiyini bildirmişdir. 01 aprel 2025-ci il tarixində keçirilən məhkəmə iclasında şahid qismində iştirak edən Şahid izahatında Cavabdeh tanımadığını, heç kimə maşın satmadığını və Cavabdeh tərəfindən ona 5.500 manat pul vermədiyini bildirdi. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Suraxanı Rayon Polis idarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-13-54-/2-27419/2024 nömrəli Arayışına əsasən Volkswagen Passat minik markalı ** BX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi qeydiyyat şəhadətnaməsi ilə İddiaçı məxsusdur. İş materiallarında olan Suraxanı Rayon Polis idarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-13-54/2-5516/25 nömrəli Arayışa əsasən EQ8508175, EQ8541596, EQ8588643, EQ8673887, EQ8687491, EQ8843002, EQ18268809, EQ19265368 və EQ23855078 nömrəli elektron protokollarla tətbiq edilmiş 410 manat məbləğində olan cərimə, 2024-cü il ərzində dəbbə pulu ilə birgə 591 manat 50 qəpik İddiaçı tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4 və 152.5-ci maddələrinə əsasən «Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur», «Sahiblik hüququ – əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır», «İstifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər», «Sərəncam hüququ – əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır», «Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın». Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən «Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər». Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İşdən görünür ki, xx.xx.2020-ci il tarixdə tərəflər arasında Volkswagen Passat markalı ** BX *** dövlət nömrə nişanlı avtomaşın 5500 manata satılması barədə razılaşma olmuşdur. Bu barədə iddiaçı Cavabdeh 1 il müddətinə etibarnamə verməklə avtomaşını onun istifadəsinə vermişdir. Məhkəmə araşdırması zamanı cavabdeh avtomaşının dəyəri olan 5500 manatı onların ortaq tanışı olan, Şahid adlı şəxsə iddiaçının göstərişi əsasında verdiyini desə də, pulun verilməsini təstiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Cavabdeh “Volkswagen Passat” markalı ** BX *** dövlət nömrə nişanlı avtomobilin dəyəri olan 5500 manatı ödədiyini desə də, bu barədə heç bir sübut təqdim etməmişdir. İddiaçı izahatında cavabdehlə aralarında olan razılığa əsasən hər ay 250 manat ödəmək şərti ilə, avtomaşınla bağlı Cavabdeh etibarnamə verdiyini lakin cavabdeh tərəfindən iki ay ödəniş edilsə də, sonradan heç bir ödəniş olmadığından nəqliyyat vasitəsinin ona qaytarılması barədə məhkəməyə müraciət etmişdir. Hazırda “Volkswagen Passat” markalı ** BX *** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh istifadəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanunvericiliyin tələbindən və iş materiallarında olan Suraxanı Rayon Polis idarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-13-54-/2-27419/2024 nömrəli Arayışdan görünür ki, Volkswagen Passat minik markalı ** BX *** qeydiyyat dövlət nömrə nişanlı nəqliyyət vasitəsi qeydiyyat şəhadətnaməsi ilə İddiaçı məxsusdur. Belə olan halda iddiaçının pozulmuş mülkiyyət hüquqları bərpa olunmalı, “Volkswagen Passat” markalı ** BX *** dövlət nömrə nişanlı avtomaşın X1 alınaraq, İddiaçı qaytarılmalıdır. Həmçinin avtomaşının Cavabdehn istifadəsində olduğu müddətdə etibarnaməsiz idarə olunduğundan iddiaçıya tətbiq edilmiş cərimələr yəni, cavabdehin təqsirli hərəkətləri nəticəsində avtomaşının mülkiyyətçi olan İddiaçı cərimələr tətbiq olunmuş, qeyd olunan EQ8508175, EQ8541596, EQ8588643, EQ8673887, EQ8687491, EQ8843002, EQ18268809, EQ19265368 və EQ23855078 nömrəli elektron protokollarla tətbiq edilmiş 410 manat məbləğində olan cərimə, 2024-cü il ərzində dəbbə pulu ilə birgə 591 manat 50 qəpik cərimə məbləğləri iddiaçı tərəfindən ödənildiyindən tələbi bu hissədə də əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, müqəttəti təminat tədbirinin tətbiqi barədə ərizə verilən zaman ödənilmiş 11 manat cavabdehdən tutularaq, iddiaçıya qaytarılması hissəsində təmin edilməməlidir. Dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat Cavabdeh tutularaq, İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəfin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəfin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onun aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. “Volkswagen Passat” markalı ** BX *** qeydiyyat dövlət nömrə nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Cavabdeh 591 (beş yüz doxsan bir) manat pul vəsaiti və 100 (yüz) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İddia tələbi 11 manat rüsumun cavabdehdən tutularaq, iddiaçıya qaytarılması hissəsində təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-1927/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1927/2025
15.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver