Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1929/2025 17.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim X1, İddiaçı cavabdeh Umico Marketə qarşı "ödədiyi əsas məbləğin dərhal ödənilməsi, gecikmə nəticəsində kredit üzrə ödənilən əlavə faizlərin və digər xərclərin kompensasiyası (məbləği dəqiqləşdirilsin), mənəvi ziyana görə 1500+ manat kompensasiya, məhkəmə xərclərinin cavabdeh tərəfindən ödənilməsi, bu aylar ərzində istifadə elədiyi vəsait telefon danışıqları zənglərə ödədiyi məbləğlərin kompensasiya formasında geri qaytarılması, zərər 7 ay ərzində hər ay Umico marketə və Antihissar danışıqlara çıxılan vəsaitin geri qaytarılması, ona dəyən 3500-5500 manat dəyərində maddi və mənəvi zərərin ödənilməsi" barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı cavabdeh Umico Marketə qarşı "ödədiyi əsas məbləğin dərhal ödənilməsi, gecikmə nəticəsində kredit üzrə ödənilən əlavə faizlərin və digər xərclərin kompensasiyası (məbləği dəqiqləşdirilsin), mənəvi ziyana görə 1500+ manat kompensasiya, məhkəmə xərclərinin cavabdeh tərəfindən ödənilməsi, bu aylar ərzində istifadə elədiyi vəsait telefon danışıqları zənglərə ödədiyi məbləğlərin kompensasiya formasında geri qaytarılması, zərər 7 ay ərzində hər ay Umico marketə və Antihissar danışıqlara çıxılan vəsaitin geri qaytarılması, ona dəyən 3500-5500 manat dəyərində maddi və mənəvi zərərin ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Müəyyən edildi ki, İddiaçı iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsində nəzərdə tutulmuş formal tələblərə cavab vermir, bu səbəbdən də həmin ərizənin məhkəmə icraatı mümkün deyil. Belə ki, iddia ərizəsində iddiaçı cavabdehin həm adı, həm də ünvanı kimi "Umico Market" sözləri yazmaqla kifayətlənmiş, cavabdehin başqa bir eyniləşdirmə məlumatını, onun hüquqi şəxs olub-olmamasını göstərməmişdir. Bundan başqa, iddiaçı öz tələblərini aydın şəkildə ifadə etməmiş, ödədiyi əsas məbləğin dərhal ödənilməsi tələb etsə də, bu məbləği, habelə, telefon danışıqları zənglərə ödədiyi məbləğləri, eləcə də tələb etdiyi 7 ay ərzində hər ay Umico marketə və Antihissar danışıqlara çıxılan vəsaiti göstərməmişdir. Bundan başqa, o, gecikmə nəticəsində kredit üzrə ödənilən əlavə faizləri və digər xərclərin kompensasiyasını tələb etsə də, bu məbləği göstərməmiş və tələb etdiyi məbləği özü göstərməli olduğu halda, məbləğin dəqiqləşdirilməsini məhkəmədən xahiş etmiş, "Antihissar" dedikdə nəyin nəzərdə tutulduğunu izah etməmişdir. Bundan əlavə, iddiaçı ona dəyən 3500- 5500 manat dəyərində maddi və mənəvi zərərin ödənilməsini tələb etsə də, maddi zərərin və mənəvi zərərin məbləğlərini ayrıca göstərməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələblərinə məhkəmədə mahiyyəti üzrə baxılıb qərar qəbul edilə bilməsi üçün həmin tələblər iddia ərizəsində kifayət qədər anlaşılan tərzdə ifadə edilmiş olmalı və iddiaçının kimdən nəyi tələb etməsi məhkəməyə aydın olmalıdır. Lakin hazırkı ərizədə bu halları müəyyən etmək mümkün deyil. Ona görə də iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçı sadalanan nöqsanları aradan qaldıraraq ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanlara əsasən, qərara aldım: İddiaçı cavabdeh Umico Marketə qarşı "ödədiyi əsas məbləğin dərhal ödənilməsi, gecikmə nəticəsində kredit üzrə ödənilən əlavə faizlərin və digər xərclərin kompensasiyası (məbləği dəqiqləşdirilsin), mənəvi ziyana görə 1500+ manat kompensasiya, məhkəmə xərclərinin cavabdeh tərəfindən ödənilməsi, bu aylar ərzində istifadə elədiyi vəsait telefon danışıqları zənglərə ödədiyi məbləğlərin kompensasiya formasında geri qaytarılması, zərər 7 ay ərzində hər ay Umico marketə və Antihissar danışıqlara çıxılan vəsaitin geri qaytarılması, ona dəyən 3500-5500 manat dəyərində maddi və mənəvi zərərin ödənilməsi" barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X3.
Məhkəmə qərarları › İş №2(008)-1929/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1929/2025
17.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver