Məhkəmə qərarları › İş №2(008)-1941/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1941/2023

27.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1941/2023 27.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X7 küçəsi, ev 23, mənzil 24-ə istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəh, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X7 küçəsi, ev 23, mənzil 24-ü İddiaçı alqı-satqı müqaviləsi yolu ilə xx.xx.2021-ci ildə almış və həmin mənzilə onun xx.xx.2021-ci ildə mülkiyyət hüququ tanınmışdır. O, həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. Cavabdeh mənzilin keçmiş sakinidir. Cavabdehin ailə üzvləri mənzili iddiaçıya satandan sonra həmin mənzildə yaşamırlar. Cavabdehin ailə üzvü ilə alqı-satqı müqaviləsi bağlayarkən cavabdeh mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdü və cavabdehin ailə üzvü həmin mənzili sataraq mənzildən çıxmışdırlar. Mənzil satıldıqdan sonra həmin mənzildə cavabdeh yaşamır. Lakin bütün bunlara baxmayaraq cavabdeh indiyənə qədər mənzildə pasport qeydiyyatındadır. Mənzilin bütün komunal xərclərini iddiaçı ödəyir. Cavabdehin qeydiyyatda qalması iddiaçıya maddi cəhətdən ziyan vurduğundan o, əlavə komunal xərcləri ödəmək məcburiyyətində qalır. Ona görə də mənzildən cavabdehin istifadə hüququ itirilməlidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə iddia ərizəsində qeyd olunan ünvana bildiriş göndərilməklə məlumat verilsə də o, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı Gürcüstan Respublikasının vətəndaşıdır, xx.xx.1949-cu il tarixdə doğulmuşdur. İddiaçı Bakı şəh, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X7 küçəsi, ev 23, mənzil 24-ü (sonradan – mübahisəli mənzil) AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsi əsasında 100000 manat qiymətinə xx.xx.2021-ci il tarixdə X1 almışdır. Həmin müqavilənin 8-ci bəndinə əssən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüş, 9-cu bəndinə əsasən daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat vermişdir. Mübahisəli mənzilə dair İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir (daşınmaz əmlakın reyestr nömrəsi **********49-05101-093034, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il). Lakin, məbahisəli mənzili iddiaçıya satmış keçmiş mülkiyyətçi X2 ailə üzvlərindən biri - Cavabdeh həmin mənzildə qeydiyyatda qalmışdır (DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, xx.xx.2023-cü il tarixli arayış). Cavabdeh xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, mübahisəli mənzildə qeydiyyatdadır (elektron məhkəmə sistemindən şəxsiyyət vəsiqəsi məlumatı). Cavabdehə mübahisə mənzil ünvanına bildirişlər göndərilmiş, lakin bildirişlər yerləşdirilmiş zərflər «bu ünvanda yaşamır» qeydi ilə geri qayıtmışdır. Məhkəmə bildirişin çatdırılmasını Sabunçu MKTB-nin 47 saylı Mənzil-Kommunal İstsmar Sahəsinə tapşırmış, lakin cavabdehin iştirakı yenə də təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin həmin mənzilə istifadə hüququnun itirilmiş hesab olunması istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, mülkiyyətçi öz evindən istədiyi kimi istifadə edə bilmir. Cavabdeh faktiki olaraq xx.xx.2021-ci il tarixdən qeydiyyatdan çıxmaq öhdəliyi götürsə də, bu günədək bunu etməmişdilər. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli mənzil satılan gündən cavabdeh həmin mənzilə istifadə hüququnu itirmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X7 küçəsi, ev 23, mənzil 24-ə istifadə hüququ itirilmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar