Məhkəmə qərarları › İş №2(008)-2090/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2090/2025

08.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2090/2025 08.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Şərabiddin qızı, X1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Şərabiddin qızı, X1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94-cü məhəllədəki 3 nömrəli evin 67 nömrəli mənzilinə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94-cü məhəllədəki 3 nömrəli evin 67 nömrəli mənzili xüsusi mülkiyyət hüququ ilə xx.xx.2009-cu il tarixli çıxarış əsasında İddiaçı məxsusdur. Cavabdehlər Cavabdeh1 Şərabiddin qızı, X1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatdadırlar. Cavabdehlər bir ailənin üzvləridirlər və onlar sözügedən ünvanda qeydiyyatda olsalar da, həmin mənzildə yaşamırlar, ondan istifadə etmirlər, başqa ünvanda yaşayırlar. Ümumiyyətlə, iddiaçıya məxsus həmin mənzildə, cavabdehlərdən başqa qeydiyyatda olan hər hansı bir şəxs yoxdur, mənzildə heç kim yaşamır və mənzil boşdur. Cavabdehlərin konkret olaraq, hansı ünvanda yaşamaları bəlli deyildir. İddiaçı RF vətəndaşı olduğundan Rusiyada yaşayır. Cavabdehlərin həmin mənzildə qeydiyyatda olmaları, iddiaçının öz mülkiyyəti - mənzili üzərində istədiyi kimi sərəncam verməsini, yəni, onunla bağlı əqd bağlamasını məhdudlaşdırır. Belə olan halda, iddiaçının mülkiyyətçi kimi hüquqları pozulmuş olur ki, bu da yolverilmədir. Qanunvericiliyin tələblərinə görə, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması, şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehlərin isə faktiki olaraq başqa yerdə yaşaması, iddiaçının mənzilində pasport qeydiyyatında olmaları, onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına cəlb edilməsində ciddi maneələr yaradır. Beləliklə, yuxarıda da qeyd edildiyi kimi, cavabdehlər iddiaçıya məxsus sözügedən mənzildə pasport qeydiyyatında olsalar da, həmin mənzildə uzun müddətdir ki, yaşamırlar. Onların sözügedən mənzildə qeydiyyatda olmaları formal xarakter daşıyır və bu səbəbdən də, cavabdehlərin iddiaçıya məxsus olan mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Cavabdeh1 Şərabiddin qızı məhkəmənin hazırlıq iclasında 2022-ci ildən evdən çıxdıqlarını etiraf etmişdir. Evdə 3 ildən artıqdır ki, heç kim yaşamır. Həmin ünvana dair "xxxx" ASC və "xxxx" ASC-dən məhkəməyə təqdim edilmiş abonent haqqında məlumatlardan 2021-ci ildən həmin mənzildən elektrik enerjisi, sudan istifadə olunmadığını təsdiq edir. Göstərilənərə əsasən nümayəndə və vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 Şərabiddin qızı iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı onun bacısı, cavabdehlər X1, Cavabdeh3, Cavabdeh4 övladları, Cavabdeh5 isə nəvəsidir. Ailə üzvləri ilə birlikdə 1994cü ildən 2022-ci ilə qədər həmin mənzildə yaşamışdır. Hazırda başqa ünvanda yaşayırlar. Onun öz evi var, lakin sənədsiz olduğu üçün həmin evə qeydiyyata düşə bilmirlər. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsini iş materialları ilə əlaqəli qaydada araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Sabunçu rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 47 saylı mənzil kommunal istismar sahəsinin xx.xx.2024cü il tarixli arayışından görünür ki, İddiaçı, Cavabdeh1 Şərabiddin qızı, X1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94-cü məhəllədəki 3 nömrəli evin 67 nömrəli mənzildə qeydiyyatdadırlar. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də istifadədə olan 0.07625 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 9 mərtəbəli binada, 48.04 kv.m ümumi, 30.14 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 67 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı Şərəbiddin qızının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu il tarixdə 638 nömrəli reyestr kitabının 58574 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94-cü məhəllədəki 3 nömrəli evin 67 nömrəli mənzilinə aid abonent kartından görünür ki, xx.xx.2021-ci il tarixdən hazırkı vaxtadək istehlakçı tərəfindən həmin ünvanda sudan istifadə edilməmişdir. - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94-cü məhəllədəki 3 nömrəli evin 67 nömrəli mənzilinə aid abonent haqqında məlumatdan görünür ki, xx.xx.2021-ci il tarixdən hazırkı vaxtadək istehlakçı tərəfindən həmin ünvanda elektrik enerjisindən istifadə edilməmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94-cü məhəllədəki 3 nömrəli evin 67 nömrəli mənzili xx.xx.2009-cu il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh1 Şərabiddin qızı onun bacısı, digər cavabdehlər X1, Cavabdeh3, Cavabdeh4 bacısının uşaqları və Cavabdeh5 isə bacısının nəvəsidir. Cavabdehlər sözügedən mənzilə qeydiyyata düşmüş, uzun müddət orada yaşamışlar. Cavabdeh1 Şərabiddin qızı məhkəmə iclasında ailə üzvləri ilə birlikdə 2022-ci ilə qədər həmin mənzildə yaşadığını, hazırda başqa ünvanda yaşadıqlarını, lakin sənədsiz olduğu üçün yaşadıqları evə qeydiyyata düşə bilmədiklərini bildirmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94-cü məhəllədəki 3 nömrəli evin 67 nömrəli mənzilinə dair "xxxx" ASC və "xxxx" ASC-dən məhkəməyə təqdim edilmiş abonent haqqında məlumatlardan da 2021-ci ilin oktyabr ayından həmin mənzildən elektrik enerjisi, sudan istifadə olunmadığı təsdiqini tapır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı 20 mart 1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı işin mübahisəsiz müəyyən edilmiş hallarına əsasən, cavabdehlər mübahisə predmeti olan mənzilə qeydiyyata düşmüşlər, 3-4 ildir iddia predmeti olan mənzildə yaşamır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə hesab edir ki, cavabdehlərin iddia predmeti olan mənzildən uzun müddət davamlı olaraq istifadə etməmələrinin səbəbi onların məhz həmin yaşayış sahəsinə ehtiyaclarının olmamasından irəli gəlir. Məhkəmə tədqiqi zamanı cavabdehlərin qeyd olunan mənzildən həqiqətən istifadə etmək ehtiyaclarının olduğuna, lakin iddiaçı yaxud hər hansı digər şəxs tərəfindən buna maneçilik yaradılmasına dair hər hansı bir hallar aşkar edilməmişdir. Hazırkı iş üzrə müəyyən edilir ki, cavabdehlər faktiki yaşamadıqları və istifadə etmədikləri ünvan üzrə qeydiyyatdadırlar. Cavabdehlərin göstərilən ünvanda qeydiyyatda qalmaları iddiaçının öz mülkiyyətindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. İddiaçının mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Belə olan halda cavabdehlər iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxslər olduğundan, mənzilin hazırkı mülkiyyətçisi onların istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etməkdə haqlı olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94-cü məhəllədəki 3 nömrəli evin 67 nömrəli mənzilinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 Şərabiddin qızı, X1, Cavabdeh3 və Cavabdeh4 aid edilməklə, müştərək qaydada onlardan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Şərabiddin qızı, X1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94-cü məhəllədəki 3 nömrəli evin 67 nömrəli mənzilinə dair istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 Şərabiddin qızı, X1, Cavabdeh3 və Cavabdeh4 aid edilməklə, müştərək qaydada onlardan iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar