Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2095/2025 20.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X26 qızının katibliyi ilə, İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdeh Notariat Ofisinə qarşı “notariat hərəkətlərin öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdeh Notariat Ofisinə qarşı “notariat hərəkətlərin öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, babası X4 varisi kimi onun adında olan, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 1.092 ha torpaq sahəsinə qanun üzrə vərəsə kimi tanınan, miras əmlakın qəbul edilməsi üçün müddətin uzadılması və notariat hərəkətlərinin aparılmasının 4 saylı Bakı Cavabdehndə Notariat Ofisinin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7nın atası X10 xx.xx.1957-ci il tarixdə xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişmişdir. X7 xx.xx.2019-cu il tarixdə essensial (birincili) hipertenziya səbəbindən dünyasını dəyişmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Q-73 nömrəli, 15 fevral 2019-cu il tarixli arxiv arayışında, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə “Bakı qradonaçalnikliyinin dəftərxanası” fondunun sənədlərində Balaxanı kəndi üzrə istifadələri üçün ayrılmış həyətbaşı miras torpaqları olan şəxslərin 15 may 1916-cı ilə dair siyahısından məlum olduğu kimi, X22 Kürdəxanı kəndində 1 (bir) (1 desyatin = 1,092 ha) desyatinə bərabər olan torpaq sahəsi olmuşdur. X7 dünyasını dəyişmədən əvvəl xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 4 saylı Dövlət Notariat Ofisinə ərizə ilə müraciət edərək, ona xx.xx.1957-ci il tarixdə vəfat etmiş, atası X3 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 1.092 ha torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Bakı şəhəri 4 saylı Dövlət Notariat Ofisi “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən, sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlaması, sənədlər araşdırılarkən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin buraxılmış və mirasın qəbulu faktını təsdiq edən sənəd, miras əmlakın miras qoyan X8 məxsus olması haqqında hüquq müəyyənedici sənəd, bu əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə arayış təqdim olunmamış, habelə qohumluq münasibətlərinə dair təqdim edilmiş sənədlərdə uyğunsuzluq olması, yəni doğum haqqında arxiv arayışında ata qrafasında “Mədət Soltan” oğlu qeyd edildiyi halda onun ölüm haqqında şəhadətnaməsində “X37” oğlu göstərilməsi, səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin qeyri mümkün olduğu bildirilmişdir. İddiaçının anası X1 düzəlişin olunması tələbi ilə, Bakı şəhəri Sabunçu Rayon Məkəməsinə müraciət etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3408/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, ərizəçi X13 atası, X28 olması və X28 ilə Mədət Soltan oğlunun eyni şəxs olması faktının müəyyən edilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixdə X16 dünyasını dəyişmişdir. Sonradan ona məlum olmuşdur ki, anası Xanım Quliyevanın atası X8 məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 1.092 ha torpaq sahəsini öz adına rəsmləşdirmək üçün, Bakı şəhəri 4 saylı Dövlət Notariat Ofisinə etdiyi müraciəti natamam qalmışdır. Hüquqi varis kimi 2024-cü ilin dekabr ayında 4 saylı Bakı Cavabdehndə Notariat Ofisinə müraciət etmiş, notariat ofisinin 28 dekabr 2024-cü il tarixli, 4188 nömrəli sənədinə əsasən xx.xx.1957-ci il tarixdə vəfat etmiş X4 adına V-552/2024 nömrəli vərəsəlik işinin açılması, mirasın açıldığı vaxt qüvvədə olan xx.xx.1923-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 499-cu maddəsinə əsasən vərəsəlik açılan yerdə olan vərəsə vərəsəlik açıldığı güdən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində müvafiq notariat orqanına ərizə verməzsə, o, vərəsəliyi qəbul etmiş hesab olunduğu, 500-cü maddəyə əsasən vərəsəlik açılan yerdə olmayan vərəsələr, vərəsəlik açıldığı gündən etibarən 6 ay ərzində şəxsən və ya nümayəndələri vasitəsilə vərəsəlik əmlakını qəbul edə bilməsi, “Qanun üzrə və vəsiyyət üzrə vərəsələr haqqında” SSRİ X34 Heyyətinin xx.xx.1945-ci il tarixli fərmanına əsasən irs almağa dəvət olunan vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul etmədən vəfat etsə, o zaman vərəsəlikdən ona çatası payı almaq hüququ onun vərəsələrinə keçdiyi, vəfat etmiş vərəsənin bu hüququ, vərəsəliyi qəbul etmək üçün qalan müddətlər ərzində ümumi əsaslar üzərində, onun vərəsələri tərəfindən həyata keçirilə bilməsi (RSFSR Mülki Məcəlləsinin 429 və 430-cu maddələri və digər müttəfiq respublikaların Mülki Məcəllələrinin müvafiq maddələri), babası X4 xx.xx.1957-ci ildə vəfat etdiyindən, xx.xx.2019-cu ildə vəfat etmiş X7nın mirasın açıldığı vaxt mirasın açılan yerdə olması və ya mirasın açıldığı vaxtdan 6 ay ərzində mirası qəbul etmə faktı aşkar olunmadığı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin X16 vəfat edən vaxt qüvvədə olan 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bildiyi, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi, X7nın xx.xx.2019-cu ildə vəfat etdiyindən, yəni, vəfat etdiyi gündən 6 ay keçdiyindən anasından qalmış mirası qəbul etmə faktının aşkar edilməməsi, X14 miras qoyan X3, onun isə anasından qalmış mirası qəbul etmə faktı müəyyənləşdirilmədiyindən babası X4 miras əmlakı ilə bağlı notariat hərəkətinin aparılmasının mümkün olmadığını bildirmişdir. İddiaçı və 4 saylı Bakı Cavabdeh Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.6-ci maddəsinə əsasən, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. 20 fevral 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı idda ərizəsini müdafiə edərək, torpaq sahəsinin babasına məxsus olması ilə mülkiyyəti təsdiq edən sənəd kimi Milli Arxiv İdarəsindən alınan arayış təqdim edə biləcəyini, hal-hazırda Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən torpaq sahəsi istifadəsində olmadığını, 1957-ci ildən sonra babasının adına hər hansı mülkiyyət sənədi olub-olmadığını bilmədiyini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. İş materiallarına əlavə olunan İİ-ИЕ seriyalı 001587 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxx 1960-cı ildə Bakı şəhərində doğulmuşdur. X2, X7dır İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X9 28 mart 1957-ci ildə Bakı şəhərində ölmüşdür. Onun ölümü haqqında xx.xx.1957-ci ildə 31 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə olunan 5 saylı Bakı ”Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 059477 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2019-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin 12 ayının 24 günündə 1652 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3408/2019 nömrəli 28 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən ərizəçi X13 atasının X28 olması və X22 eyni şəxs olması faktı müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 15 fevral 2019-ci il tarixli Q-73 nömrəli arxiv arayışının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə “Bakı qradonaçalnikliyinin dəftərxanası” fondunun sənədlərində Balaxanı kəndi üzrə istifadələri üçün ayrılmış həyətbaşı miras torpaqılan olan şəxslərin 15 may 1916-cı ilə dair siyahısından məlum olur ki, X22 Kürdəxanı kəndində 1 (bir) desyatinə bərabər olan torpaq sahəsi olmuşdur. İş materiallarına əlavə olunan Azərbaycan Respublikasının Dövlət Arxivinin 19 fevral 2019-cu il tarixli M-35 nömrəli arxiv arayışının surətindən görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1932-ci ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu üzrə doğum haqqında bərpa kitablarında 17 iyul 1924-cü ildə doğulan (soyadı qeyd olunmayıb) Xanım Mədət qızının təvəllüdü qeyd olunur. X35, ansı Gülsaib Xudaverdi qızıdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 20 fevral 2019-ci il tarixli Q-90 nömrəli arxiv arayışının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Balaxanı kəndinin 1886-cı ilə dair kameral siyahısında X23 doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi: 1857 (Sənəddə olduğu kimi ay və gün qeyd olunmayıb). Atasının adı Mədətdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 20 fevral 2019-ci il tarixli Q-90 nömrəli arxiv arayışının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Balaxanı kəndinin 1886-cı ilə dair kameral siyahısında X22 doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi: 1875 (Sənəddə olduğu kimi ay və gün qeyd olunmayıb) ,atası: X24r. İş materiallarına əlavə olunan Azərbaycan Respublikasının Dövlət Arxivinin 19 mart 2019-cu il tarixli 9-1 nömrəli arxiv arayışının surətindən görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1934-cü ilə dair Bakı şəhəri Sabunçu (Lenin) rayonu Balaxanı qəsəbəsi üzrə ölüm haqqında qeydiyyat kitablarında 01 may 1934-cü ildə (sənəddə olduğu kimi) Sultanova (sənəddə olduğu kimi) Saib (sənəddə olduğu kimi) Hacı Xudaverdi (sənəddə olduğu kimi) qızının vəfatı qeyd olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2.Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır . Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Müddəti o halda məhkəmə tərəfindən uzadıla bilər ki, buraxılmış müddət məhkəmə tərəfindən üzürlü hesab edilsin. Lakin iş materialları ilə da X5 xx.xx.1957-ci il tarixdə öldüyü vaxtdan iddiaçının X7 tərəfindən mirasın açılması, vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı Notariat ofisinə müraciət etməsi, Notariat ofisinin cavab məktubu və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 1.092 ha torpaq sahəsinin X4 mülkiyyətində olması ilə bağlı heç bir sübut iş materiallarına əlavə olunmamışdır. Məhkəmə iddiaçının diqqətinə çatdıraraq qeyd edir ki, mübahisəli torpaq sahəsinin hazırda kimin mülkiyyətində olmasını məhkəməyə məlum deyildir və həmin torpağa dair hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında da, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən torpaq sahəsinin hal-hazırda istifadələrində olmadığını bildirmişdir. İddiaçının istinad etdiyi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 15 fevral 2019-ci il tarixli Q-73 nömrəli arxiv arayışının surətinə əsasən Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə “Bakı qradonaçalnikliyinin dəftərxanası” fondunun sənədlərində Balaxanı kəndi üzrə istifadələri üçün ayrılmış həyətbaşı miras torpaqılan olan şəxslərin 15 may 1916-cı ilə dair siyahısından məlum olur ki, X22 Kürdəxanı kəndində 1 (bir) desyatinə bərabər olan torpaq sahəsi olmasına münasibət bildirərək, məhkəmə qeyd edir ki, X6 ərazidə 1917-ci il Oktyabr inqilabından sonra bütün torpaqlarla bağlı dekret imzalanmaqla şəxsi torpaqlar müsadirə olunaraq torpaqlar milliləşdirilmiş xüsusi mükiyyətdə heç bir torpaq sahəsi olmamışdır. Məhkəmə hesab edir ki, vərəsəlik qaydasında qəbul edilməli miras torpaq sahəsinin iddiaçının babasına və anasına məxsus olması müəyyən edilmədiyindən, notariat orqanı notariat əməliyyatını aparmaqdan əsaslı olaraq imtina etdiyindən, onların üzərinə notariat əməliyyatının aparılmasına dair öhdəliyin qoyulması tələbi rədd edilməlidir. İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdeh Notariat Ofisinə qarşı “notariat hərəkətlərin öhdəliyinin qoyulması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdeh Notariat Ofisinə qarşı “notariat hərəkətlərin öhdəliyinin qoyulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-2095/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2095/2025
20.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver