Məhkəmə qərarları › İş №2(008)-2111/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2111/2022

16.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2111/2022 16.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsi ünvandakı fərdi yaşayış evində abonent kodu **********3323 olan istifadəsində olan qaz sayğacından kənar qeyri qanuni istifadəyə görə «Azəri-Qaz» İB tərəfindən dəymiş ziyanın ödənilməsi üçün tələb olunan 1530 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi,Savalan yaşayış sahəsi ünvanındakı ev onun istifadəsindədir və ailəsi ilə birlikdə yaşayır. Həmin ünvana xx.xx.2021-ci il tarixində ******* saylı aktla quraşdırılmış abonent kodu **********13323 olan mexaniki tipli qaz sayğacı onun istifadəsindədir. Həmin sayğac onun adındadır. xx.xx.2021-ci il tarixinədək yaşayış olmadığı üçün həmin ünvanda qaz sayğacı olmayıb. Həmin evi yeni tikdirmişdir. 2021-ci ildə təmir etmişdir. 2021-ci ilin sonlarında həmin ünvandakı evə köçmək qərarına gəlmiş və sayğac qoyulması üçün «Azəri Qaz» İB-nə müraciət etmişdir. Bu müraciəti əsasında onun həmin ünvandakı evinə qaz sayğacı quraşdırılır. 2022-ci ilin yanvar ayında ödəmə terminalında abonent kodunu qeyd edərək işlətdiyi qaz sərfiyyatına olan borcunu ödəmək istəmiş, lakin onun işlətdiyi qaz sərfiyyatından əlavə 1530 manat da borcu olduğunun şahidi olmuşdur. O, dərhal «Azəri-Qaz» İB-nə müraciət etmişdir. Orada ona bildirdilər ki, həmin borc sayğacdan kənar qeyri qanuni xəttə qoşulma olduğu üçün xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli aktlar əsasında yazılıbdır. O, «Azəri-Qaz» İB-nin əməkdaşına 2021-ci ilin dekabr ayına kimi həmin evdə təmir olduğu və yaşayış olmadığını, 2021-ci ilin dekabr ayında qaz sayğac quraşdırıldığını və hec bir vaxt sayğacdan kənar qeyri qanuni xəttə müdaxilə olmadığını bildirmiş və onlardan qanunsuz və əsassız yazılan borcun silinməsini tələb etmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan «Azəriqaz» İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, mənzildə təbii qazdan sayğacsız istifadə aşkarlanmışdır. 30 avqust 2021-ci il tarixli itirilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, ******* nömrəli, xx.xx.2021-ci il tarixli akta əsasən 13500 m3 qaz sərfiyyatı hesablanmışdır. **********13323 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı 2021-ci il dekabr ayı üçün aktlar üzrə 1530 manat məbləğində borcu mövcuddur. Məhkəmə xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən İddiaçı yazılmış 1350 manat borcun silinməsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, “Azəriqaz” İstehsalat Birliyi ilə iddiaçı arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında Azəriqaz İB iddiaçıya məxsus yaşayış evi təbii qazla təmin etmişdir. İddiaçı sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və AZəriqaz İB ziyan vurmuşdur. Lakin, məhkəmə kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğundan, iş materiallarında olan 0328465saylı aktda əsasən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə orta günlük iş rejimi 24 saat deyil, 12 saat, hesabat müddətini isə 90 gün deyildə 30 gün hesablanmasını daha ədalətli hesab edir Belə olan halda itirilmiş qazın bərpası 1.2x12x30=432 m3, 2.25x12x30=810 m3, 2x1.4x12x30=1008 m3 olmaqla, cəmi 2250 m3 hesablanmalıdır və alına rəqəmi Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.10 qəpikə vurulmalıdır. Bu zaman isə cavabdeh tərəfdən iddiaçıya dəymiş zərər 225 manat məbələğində olması müəyyən edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli ******* tarixli akta əsasən artık hesablanmış 1305 manat dəymiş zərər silinməlidir. Azərbaycn Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. “Azəriqaz” İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən **********13323 saylı abonent İddiaçı hesablanmış borcdan 1305 (bir min üç yüz beş) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar