Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-229/2023 13.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi və tələbin həcminin azaldılması barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, cavabdeh Salahov Ağasəlim oğlu mərhum atası X2 varisi kimi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Qurtuluş küçəsi, döngə 4 ünvanında yerləşən torpağın 2/10 hissəsinə pay hüququ əldə etmiş, birgə mülkiyyət hüququ barədə dövlət reyestrindən çıxarış verilmişdir. Lakin həmin pay vərəsə olan Cavabdeh tərəfindən qəbul edilmədiyi üçün birgə mülkiyyətçi kimi mərhum atası X2 adına qeydiyyata alınmışdır. Lakin rəsmi qaydada qəbul edilməməsinə baxmayaraq, qardaşı həmin ünvanda faktiki yaşamaqla mirası qəbul etmiş hesab edilir. Bununla bağlı dəfələrlə cavabdehə payının ayrılması və həmin payın qəbul edilməsi ilə bağlı təkliflərinin təqdim edilməsi bildirilsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Göstərilənlərə əsasən, iddiaçı tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X10 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, təqdim edilmiş ekspert rəyi ilə razı deyil. Mübahisə predmeti olan torpaq sahəsində yaxşılşdırma işləri görmüşdür, həmin torpağın bölünməsinə etiraz edir. Qeyd olunanlara əsasən, cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tərəflərin iştirakı ilə məcmu halında qiymətləndirilmiş: - Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1970-ci il tarixdə vəfat etmiş X1 qalmış miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,084010 ha torpaq sahəsindən ibarətdir, onun vərəsələri X3, İddiaçı, X4r – hər biri miras əmlakdan ½ hissədə irs almalıdır. Miras əmlakın 2/10 hissəsi isə Cavabdeh münasibətdə açıq saxlanılmışdır. - Miras payın bağışlanması barədə xx.xx.2021-ci il tarixli müqavilələrdən görünür ki, X11 və X9 adından X11 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,084010 ha torpaq sahəsi üzrə hər birinə düşən 1/10 hissə payı, X7 və X3 həmin daşınmaz əşya üzrə hər birinə düşən 2/10 hissə payı İddiaçı bağışlayırlar. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Qurtuluş küçəsi, döngə 4 ünvanında yerləşən 11 saylı ev, habelə yerləşdiyi 0,084010 ha torpaq sahəsi 8/10 hissədə İddiaçı adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır, qalan 2/10 hissə isə X2 adındadır. - Məhkəmənin tikinti-texniki ekspertizasının təyin edilməsi barədə xx.xx.2021-ci il tarixli, 2(008)-6501/2021 saylı qərardadı əsasında təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3995 nömrəli rəyindən görünür ki, fərdi yaşayış evinin yerləşmə vəziyyətini, yaşayış otağının yuxarıda qeyd olunan şəkildə bölgüsünün “İnşaat Norma və Qaydaları”na uyğun olmadığını, texniki pasportda mətbəx və sanitar qovşağı tikililər nəzərdə tutulmadığını, torpaq sahəsində əlavə tikililərin inşa edildiyini, əlavə inşa edilmiş tikililərə əsasən ayrıca giriş-çıxışın olmadığını və rəyin təsvir hissəsində qeyd olunanları nəzərə aldıqda Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Qurtuluş küçəsi, döngə 4 ünvanında yerləşən 11 saylı evin İddiaçı 8/10 hissə olmaqla payının təcrid mənzillər şəkildə naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı əsasən təqdim edilmiş xx.xx.2023cü il tarixli, 10/3065 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanının yerləşdiyi 0,084010 ha torpaq sahəsinin İddiaçı payına uyğun 8/10 hissədə, üzərində inşa edilmiş tikili(lər) nəzərə alınmaqla naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunmuş, torpaq sahəsinin bölgüsünün hansı qaydada aparılması rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,084010 ha torpaq sahəsi X1 miras qalmış, həmin əmlakın 8/10 hissəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 2/10 hissə isə Cavabdeh münasibətdə açıq saxlanılmışdır. Bununla belə, sonuncu həmin evdə faktiki yaşayır. Hazırda iddiaçı miras əmlakın mülkiyyətində olan 8/10 hissəsinin qalan 2/10 hissədən naturada ayrılmasını məhkəmədən xahiş edir, cavabdeh isə payların naturada ayrılmasına etiraz edir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/3065 nömrəli ekspert rəyindən göründüyü kimi, Cavabdeh tərəfindən ön hissədə evə bitişik şəkildə olmaqla, ümumi sahəyə əlavə edilməyən əlavə köməkçi sahənin inşa edildiyi, ümumilikdə mübahisəli evin Cavabdeh istifadəsində olduğu, mübahisəli evə bitişik şəkildə ümumi sahəyə aid edilməyən, Arif Salahovun istifadəsində olan fərdi yaşayış evinin inşa edildiyi, həmin evin yaxınlığında, yola tərəf hissədə Cavabdeh istifadəsində olan bir qaraj tikilisinin inşa edildiyi, eyni zamanda mübahisəli evdən təxminən 16 metr aralıda torpaq sahəsinin künc hissəsində Arif Salahovun istifadəsində olan iki mərtəbəli fərdi yaşayış evinin inşa edildiyi, torpaq sahəsinin iki tərəfdən qonşularla əhatə olunduğu, iki tərəfdən isə yola çıxışının olduğu müəyyən olunmuşdur. Tədqiq olunan torpaq sahəsi üzrə 2/10 və 8/10 hissələrə uyğun düşən sahə aşağıdakı kimi müəyyən edilir: Torpaq sahəsi üzrə, ümumi sahə üzrə 0.084 ha (840 m2), 2/10 hissə üzrə: 168,0 m2 (840,0:10)x2; 8/10 hissə üzrə: 672,0 m2 (840,0 :10)x8. Tədqiq olunan həyətyanı torpaq sahəsində tərəflərin faktiki istifadələrində olan tikililərin yerləşmə vəziyyətini, torpaq sahəsinin iki tərəfdən yol ilə əhatə olunduğunu nəzərə alaraq mülkiyyətçilərin payına düşən sahəni, həmin paya uyğun sahələrin mövcud olmadığını nəzərə alaraq, 0,084010 ha torpaq sahəsinin İddiaçı payına uyğun 8/10 hissədə, üzərində inşa edilmiş tikili(lər) nəzərə alınmaqla naturada ayrılmasının “Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodları”-nın tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən olunmuşdur (cavabdehin faktiki istifadəsində olan kombinin yeri dəyişdirilməklə). Torpaq sahəsinin bölgüsünün hansı qaydada aparılması rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Məhkəmə, xx.xx.2023-cü il tarixli, 10/3065 nömrəli ekspert rəyini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, iş üzrə alınmış həmin ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq da, məhkəmə həmin ekspert rəyini obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirir və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi təmin edilərək, iddiaçının payının naturada ayrılması tələbi rəyin nəticə və tədqiqat hissəsində göstərilən ayrılma variantına uyğun qaydada təmin edilməlidir. Yəni ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,084010 ha olan torpaq sahəsinin İddiaçı mülkiyyətində olan 8/10 hissəsi – 672 kv.m torpaq sahəsi, Cavabdeh faktiki istifadəsində olan 2/10 hissə - 168 kv.m torpaq sahəsindən naturada ayrılmalıdır (cavabdehin faktiki istifadəsində olan kombi aparatının yeri dəyişdirilməklə). Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Eyni zamanda, iş materiallarından görünür ki, verilmiş ekspert rəylərinə əsasən, ekspert tədqiqatının dəyəri ümumilikdə 100 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatlarının dəyəri qismində 100 manat məbləğində məhkəmə xərci Cavabdeh edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,084010 ha olan torpaq sahəsinin İddiaçı mülkiyyətində olan 8/10 hissəsi – 672 kv.m torpaq sahəsi, Cavabdeh faktiki istifadəsində olan 2/10 hissədən - 168 kv.m torpaq sahəsindən naturada ayrılsın (cavabdehin faktiki istifadəsində olan kombi aparatının yeri dəyişdirilməklə). İş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********,Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-229/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-229/2023
13.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver