Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-229/2025 08.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X14 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fiziki ayrılma yolu ilə ümumi paylı mülkiyyət hüququna xitam verilməsi və paylı mülkiyyətə olan daşınmaz əmlakın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fiziki ayrılma yolu ilə ümumi paylı mülkiyyət hüququna xitam verilməsi və paylı mülkiyyətə olan daşınmaz əmlakın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mövcud faktiki fiziki bölgünün təsdiq edilməsi yolu ilə onun cavabdehlərlə birlikdə həmin ev üzərində ümumi paylı mülkiyyət hüququna xitam verilməsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ona aid olan tikilisinin cavabdehlərə X9 və Cavabdeh2 aid tikili hissələrindən naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdehlər Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən 26 nömrəli evin paylı mülkiyyətçilərdilər. Həmin evin iddiaçıya məxsus olan ½ hissəlik payına mülkiyyət hüququ dünyadan köçmüş həyat yoldaşı X1 qalmış miras əmlakın vərəsəlik yolu ilə iddiaçıya keçməsi nəticəsində yaranmışdır (1/4 hissədə). 1/4 hissəsini isə mərhum qaynı X6 həyat yoldaşı X2 alqı-satqı yolu ilə almışdır. Hal-hazırda 1/2 hissənin mülkiyyətçisidir. Bildirmək istəyir ki, 1/4 hissəni X2 almamışdan əvvəl onunla iddiaçı hazırki işdəki cavabdehlərə qarşı iddia qaldıraraq evin yerləşdiyi torpaq sahəsinin bölgüsünə nail olmuşdur. Belə ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli, 2(008)-330/2023 nömrəli qətnaməsi ilə qət edilmişdir ki, "ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1970-ci illərdə Azərbaycan SSR keçmiş, Mənzil Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasport’da əks olunan 1132.9 kv.m-lik ümumi torpaq sahəsindən iddiaçılar İddiaçı və X7 aid hissəsi - iddiaçıların sahibliyində olan 430 kv.m torpaq sahəsi (iddiaçılara aid olan evin/tikintialtının yerləşdiyi sahənin və sərbəst həyətyanı sahənin cəmi) cavabdehlər X17 oglu və X4 aid digər torpaq sahəsi hissəsindən naturada ayrılsın". Məhkəmə qətnaməsi icraya yönəldilərkən iddiaçıya bildirildi ki, evin tikilisi ilə torpaq sahəsi vahid əmlak olduğundan tikilinin də bölünməsi ya qarşılıqlı razılıqla, ya da məhkəmə qaydasında həyata keçirilməlidir. Bu üzdən icrada çətinliklər yaranıb. İddiaçı o vaxt torpağı bölərkən hesab edirdi ki, torpaq bölündükdən sonra üstündəki tikili də avtomatik qaydada bölünür. Lakin, daşınmaz əmlakın dövlət reyestri orqanının mövcud inzibati praktikası, tikilinin də bölgüsünü nəzərdə tutur, bu üzdən X5 payını aldıqdan sonra iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Həmin qətnamədən və nəticə hissəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yasayış evinin 1970-ci illərdə Azərbaycan SSR keçmis, Mənzil Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasport”da əks olunan 1132.9 kv.m-lik ümumi torpaq sahəsindən iddiaçıya və X7 aid hissəsi – onların birgə sahibliyində olmuş 430 kv.m torpaq sahəsi (iddiaçıya və X7 aid olan evin/tikintialtının yerləşdiyi və sərbəst həyətyanı sahənin cəmi) cavabdehlər X17 oglu və Cavabdeh2 aid digər torpaq sahəsi hissəsindən naturada ayrıdır. İddiaçı X7 aid olan pay hissəsini aldığı üçün halhazırda 430 kv.m torpaq sahəsi, üzərindəki ev tikili hissəsi ilə birlikdə iddiaçının tək sahibliyində və istifadəsindədir. Ümumiyyətlə, ev tikilisi mərhum həyat yoldaşı və qaynı tərəfindən alındığı vaxtdan ayrıca tikili və həyətyanı sahə şəklində olub. Hal-hazırda da iddiaçıya məxsus olan ev və torpaq hissəsinin digər mülkiyyətçilərlə (X11 və Cavabdeh2 ilə) heç bir ortaqlığı yoxdur. İddiaçıya məxsus hissə onlara məxsus hissədən həm torpaqda, həm də tikilidə ayrılmışdır. Həm torpağın, həm də evin iddiaçıya aid olan hissəsi hasarla və hörgü divarı ilə onlara məxsus hissədən fiziki olaraq naturada ayrıdır, təcrid olunmuş vəziyyətdədir. Digər payçılara məxsus otaqların da giriş-çıxış qapısı ayrıcadır və digər həyətə açılır, bunların iddiaçıya heç bir təsiri və aidiyyəti yoxdur. İddiaçının isə öz sahə və tikilinə ayrıca giriş-çıxışı vardır. Hərənin özünə məxsus ayrıca sanitar qovşağı və digər yardımçı tikililəri, həyətyanı sahəsi və küçədən ayrıca giriş-çıxış darvazası mövcuddur. İddiaçıya məxsus sanitar qovşağı və köməkçi sahələrindən yalnız iddiaçı və ailəsi istifadə edir, bunlar ümumi istifadədə deyildir. Evin və torpağın iddiaçıya aid olan hissəsi artıq 50 ilə yaxındır ki, fiziki cəhətdən bölünmüşdür. 2022-ci ildə isə torpağın bölgüsü, yuxarıda qeyd edildiyi kimi, məhkəmə qaydasında həyata keçirilmişdir. Qeyd edir ki, indiyə kimi ümumi mülkiyyət yalnız sənəd üzərində mövcud olmuşdur, gerçəklikdə isə iddiaçı və digər payçılar öz paylarından müstəqil və fərdi qaydada istifadə etmişlər, etməkdə də davam edirlər. Hazırda mülkiyyətində olan payına müstəqil surətdə sərəncam verə bilmir və mülkiyyət hüququnu istəyinə uyğun olaraq gerçəkləşdirə bilmir. Hal-hazırda iddiaçı öz payını cavabdehlərin payından ayırmaq, payı üzərində ümumi mülkiyyət hüququnu öz adına ayrıca olaraq qeydiyyata aldırmaq niyyətindədir. Bunun üçün ilk növbədə mövcud fiziki ayrılmanın texniki sənədlərdə əks etdirilməsi tələb olunur. Fiziki bölgünün texniki sənədlərdə əks olunması üçün isə ya tərəflərin qarşılıqlı razılaşması ilə notarial qaydada, təsdiq olunmuş bölğü sxemi tərtib edilməli, yaxud da bununla bağlı məhkəmə qətnaməsi olmalıdır. Məlum olduğu kimi, paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydası Mülki Məcəllənin 220-ci maddəsi ilə tənzimlənir və həmin maddi hüquq normasında sözügedən məsələnin həll edilməsinin hüquqi mexanizmləri dəqiq və konkret şəkildə müəyyən edilmişdir. Göründüyü kimi, payçısı olduğu fərdi yaşayış evində paylar məlumdur, ev faktiki olaraq (mövcud vəziyyətində) və fiziki olaraq (yerləşməsinə, istifadə və sahiblik imkanlarına görə) hissələrə ayrılmışdır, lakin hüquqi ayrılma aparılmamışdır və evin həm hüquqi, həm də texniki sənədləşmə cəhətdən ayrılmasına zərurət vardır. Hesab edir ki, qanunvericiliklə təsbit və müəyyən olunmuş hüquqlar əsas tutularaq, digər mülkiyyətçilərlə arasındakı ümumi paylı mülkiyyət hüququna mövcud faktiki fiziki bölgünün məhkəmə qaydasında təsdiqi yolu ilə xitam verilməli, payımın naturada ayrılması təmin edilməlidir. Hesab edir ki, tələbi məhkəmə qaydasında araşdırılmalı və əmlakıma ayrıca sahib olmaq, ondan ayrıca istifadə etmək və onun barəsində ayrıca sərəncam verməklə bağlı hüququ təmin edilməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mövcud faktiki fiziki bölgüsünün təsdiq edilməsi yolu ilə iddiaçının cavabdehlərlə birlikdə həmin ev üzərində ümumi paylı mülkiyyət hüququna xitam verilməsini və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin çıxarışda göstərilən 128,30 kv.m sahəsinin ½ hissədə naturada ayrılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən 26 nömrəli ev ümumi paylı mülkiyyət kimi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X16 Şəxsi tərəfindən verilmiş 20 dekabr 2021-ci il tarixli Çıxarışa əsasən 1/4 hissəsi Cavabdeh2, ¼ hissəsi X9, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən 1/4 hissəsi X7, **********0 qeydiyyat nömrəli Çıxarışa əsasən ¼ hissəsi isə İddiaçı məxsusdur. İş materiallarında olan 29 mart 2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X8 ünvan 2 ünvanında istifadədə olan torpaq sahəsində yerləşən ümumi sahəsi 128.3 kv/m olan fərdi yaşayış evindən paylı mülkiyyət üzrə ona məxsus ¼ hissəni İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən 26 nömrəli ev ümumi paylı mülkiyyət kimi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X16 Şəxsi tərəfindən verilmiş 04 aprel 2024-cü il tarixli Çıxarışa əsasən 1/4 hissəsi Cavabdeh2, ¼ hissəsi X9, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən 2/4 hissəsi isə İddiaçı məxsusdur. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli 2(008)-330/2023 nömrəli qətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1970-ci illərdə Azərbaycan SSR keçmiş Mənzil Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasportda əks olunan 1132.9 kv.m-lik ümumi torpaq sahəsindən iddiaçılar İddiaçı və X7 aid hissəsi - iddiaçıların sahibliyində olan 430 kv.m torpaq sahəsi (iddiaçılara aid olan evin/tikintialtının yerləşdiyi sahənin və sərbəst həyətyanı sahənin cəmi) cavabdehlər X11 və Cavabdeh2 aid digər torpaq sahəsi hissəsindən naturada ayrılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhəkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-10/8722 nömrəli 03 aprel 2025-ci il tarixli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1 ünvanında yerləşən tikililərin faktiki təyinatlığına uyğun olaraq, tikililərin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, tərəflərin istifadəsində olan tikililərə ayrı-ayrı giriş-çıxışın olduğunu, tərəflərin hər birinin sərəncamında yaşayış və yardımçı sahələrin olduğunu, həmin tikililərin faktiki vəziyyətinin və texniki parametrlərinin Tikinti Norma və Qaydaları 2.08.01.89-un 2.2., 2.4., 2.7. bəndlərininvə metodik tövsiyyənin uyğun olduğunu nəzərə alaraq, İddiaçı istifadəsində olan tikililərin faktiki istifadəsinə uyğun olaraq naturada ayrılmasınınTikinti Norma və Qaydaları 2.08.01.89-un 2.2., 2.4., 2.7. bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq bölünməsi texniki cəhətdən mümkündür. ünvan 3 ünvanında yerləşən İddiaçı faktiki istifadəsində olan tikililərin cavabdehlərə məxsus tikililər ilə bir dam altında yerləşmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən - Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən- mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Belə ki, hazırda iddiaçının nümayəndəsi və vəkili ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mövcud faktiki fiziki bölgüsünün təsdiq edilməsi yolu ilə iddiaçının cavabdehlərlə birlikdə həmin ev üzərində ümumi paylı mülkiyyət hüququna xitam verilməsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin çıxarışda göstərilən 128,30 kv.m sahəsinin ½ hissədə naturada ayrılması barədə tələb irəli sürmüşdür. Qanunvericiliyin tələbindən də görünür ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər, yalnız bunun naturada ayrılması mümkün olsun və ya belə bölünmə mülkiyyətdə olan əşyaya zərər vurmasın. Məhkəmə ümumiyyətlə qeyd edir ki, mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Məhkəmə həmçinin qeyd edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin çıxarışda göstərilən 128,30 kv.m sahəsinin ½ hissəsi iddiaçının paylı mülkiyyətində olmasına baxmayaraq, iddiaçı mülkiyyətində olan payına müstəqil surətdə sərəncam verə bilməməsi və mülkiyyət hüququnu istəyinə uyğun olaraq gerçəkləşdirə bilməməsi ilə qarşılaşması mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Buna görə də, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olan şəxs kimi tələbinin təmin olunmasını iddia etməkdə haqlıdır. Belə ki, iddiaçı digər mülkiyyətçilərlə bərabər hüquqlu olmaqla öz əmlakı üzərində qanunvericiliklə müəyyən olunmuş hüquqlara, o cümlədən, sərbəst qaydada istifadə etmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Hazırki iş üzrə məhkəmə qərardadına əsasən keçirilmiş ekspertiza rəyindən də müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən tikililərin faktiki təyinatlığına uyğun olaraq, tikililərin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, tərəflərin istifadəsində olan tikililərə ayrı-ayrı giriş-çıxışın olduğunu, tərəflərin hər birinin sərəncamında yaşayış və yardımçı sahələrin olduğunu, həmin tikililərin faktiki vəziyyətinin və texniki parametrlərinin Tikinti Norma və Qaydaları 2.08.01.89-un 2.2., 2.4., 2.7. bəndlərininvə metodik tövsiyyənin uyğun olduğunu nəzərə alaraq, İddiaçı istifadəsində olan tikililərin faktiki istifadəsinə uyğun olaraq naturada ayrılmasınınTikinti Norma və Qaydaları 2.08.01.89-un 2.2., 2.4., 2.7. bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq bölünməsi texniki cəhətdən mümkündür. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mövcud faktiki fiziki bölgüsünün təsdiq edilməsi yolu ilə iddiaçının cavabdehlərlə birlikdə həmin ev üzərində ümumi paylı mülkiyyət hüququna xitam verilməli və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin çıxarışda göstərilən 128,30 kv.m sahəsinin ½ hissədə naturada ayrılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Adı: X3, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülməlidir. Şərh edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mövcud faktiki fiziki bölgüsünün təsdiq edilməsi yolu ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə həmin ev üzərində ümumi paylı mülkiyyət hüququna xitam verilsin və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin çıxarışda göstərilən 128,30 kv.m sahəsinin ½ hissədə naturada ayrılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Adı: X3, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-229/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-229/2025
08.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver