Məhkəmə qərarları › İş №2(008)-231/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-231/2025

18.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-231/2025 18.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “payların naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “payların naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış evinin paylara uyğun olaraq İddiaçı və Cavabdeh arasında naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi 1/2 hissədə pay hüququ əsasında onun, digər 1/2 hissədə isə cavabdehin mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan əmlak üzərində hüquqlarından istifadə zamanı müəyyən çətinliklərlə üzləşir, cavabdehlə aralarında yaranmış mübahisələr nəticəsində yaşayış sahəsinə dair sahiblik və sərəncam verə bilmədiyindən, mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Hazırda məhkəməyə müraciət edərək, pay hüququ əsasında ona aid olan 1/2 hissdə daşınmaz əmlakın naturada ayrılmasını istəyir. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, ünvan 1 ünvanında yerləşən yaşayış evinin paylara uyğun olaraq tərəflər arasında naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin faktiki halları: İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ümumi paylı mülkiyyət kimi 1/2 hissədə İddiaçı və 1/2 hissəsi Cavabdeh məxsusdur. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz Əmlakın Texniki Pasportun surətindən görünür ki, ünvan 1 dair İddiaçı və Cavabdeh adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhəkəmə Ekspertiza Mərkəzinin 10/2023 nömrəli 21 iyun 2025-ci il tarixli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evin payçı İddiaçı faktiki istifadəsində olan B tikilisinin, cavabdehin istifadəsində olan A tikili hissəsindən faktiki olaraq bölünmüş vəziyyətdə olduğunu nəzərə alaraq paydan kənara çıxmaqla İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2-ci, 2.4-cü, 2.9-cu bəndlərinə və metodik əsasların Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə uyğun olaraq təcrid mənzillər şəklində texniki cəhətdən naturada bölünməsinin mümkün olduğu və bölgünün texniki pasportda qeyd olunduğu kimi aparılması müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ünvanında payçı İddiaçı mülkiyyətində faktiki istifadəsində və sahibliyində olan tikili hissəsi cavabdehə məxsus tikili hissələri ilə bir dam altında yerləşmədiyi naturada ayrı olduğu, küçəyə ayrı-ayrılıqda giriş-çıxışının olduğu müəyyən edilmişdir. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən - Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən- mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə qeyd edir ki, mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. İddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsi çıxış edir. Həmin normaya əsasən, paylı mülkiyyətçi öz payının ayrılmasını tələb edə bilər, paylı mülkiyyətçilər ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. İşdən göründüyü kimi mübahisəli torpaq sahəsi ümumi paylı mülkiyyətdədir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri **********36-10301 nömrəli çıxarışda ümumi sahəsi 144.1 kv.m olan fərdi yaşayış evinin payçıları Cavabdeh 1/2 hissə, İddiaçı isə 1/2 hissədə olmaqla xüsusi paylı mülkiyyətdə olduğu göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ünvan 1 dair Texniki Pasport tərtib edilmişdir.Texniki pasportda A tikilisinin ümumi sahəsinin 51.90 kv.metr, B tikilisinin ümumi sahəsinin isə 92.50 kv.metr olduğu, torpaq sahəsinin planında A və B tikililərinin torpaq sahəsinin daxilində olmaqla ayrı-ayrı hissələrdə yerləşdiyi qeyd edilmişdir. Belə olan halda iddiaçı mülkiyyətində olan payına müstəqil surətdə sərəncam verə bilməməsi və mülkiyyət hüququnu istəyinə uyğun olaraq gerçəkləşdirə bilməməsi ilə qarşılaşması mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olan şəxs kimi tələbinin təmin olunmasını iddia etməkdə haqlıdır. Belə ki, iddiaçı digər mülkiyyətçiyə bərabər hüquqlu olmaqla öz əmlakı üzərində qanunvericiliklə müəyyən olunmuş hüquqlara, o cümlədən, sərbəst qaydada istifadə etmək üçün subyektiv hüquqa malik olan şəxsdir. İş üzrə keçirilmiş ekspertiza rəyindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ünvanında payçı İddiaçı faktiki istifadəsində olan B tikili hissəsinin cavabdehin istifadəsində olan A tikili hissəsindən faktiki olaraq bölünmüş vəziyyətdə olduğunu nəzərə alaraq paydan kənara çıxmaqla İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2-ci, 2.4-cü, 2.9-cu bəndlərinə və metodik əsasların Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə uyğun olaraq təcrid mənzillər şəklində texniki cəhətdən naturada bölünməsinin mümkün olduğu və bölgünün texniki pasportda qeyd olunduğu kimi aparılması müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ünvanında payçı İddiaçı mülkiyyətində-faktiki istifadəsində sahibliyində olan tikili hissəsi cavabdehlərə məxsus tikili hissələri ilə bir dam altında yerləşmədiyi naturada ayrı olduğu, küçəyə ayrıayrılıqda giriş-çıxışının olduğu müəyyən edilmişdir. Məhkəmə məhz bu rəyi əsas götürərək, mübahisəli torpaq sahəsinin tərəflərin mülkiyyətində olan paylara mütənasib şəkildə iş materiallarında olan xx.xx.2010-cu il tarixdə tərtib edilmiş texniki pasporta uyğun naturada bölünməsini əsaslı hesab edir. Beləlilkə, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh aid 1/2 hissədə və İddiaçı aid 1/2 paylarına əsasən xx.xx.2010-cu il tarixdə tərtib edilmiş texniki pasporta uyğun olaraq naturada bölünməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödədiyindən, iddia təmin edildiyi üçün 100 manat məbləğində pul Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat pulun 50 manat iddiaçıdan və 50 manat cavabdehdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülməlidir. Nəticə: Şərh edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh aid 1/2 hissədə və İddiaçı aid ½ hissədə paylarına əsasən xx.xx.2010-cu il tarixdə tərtib edilmiş texniki pasporta uyğun olaraq naturada bölünsün. 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq, İddiaçı qızına ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pulun 50 manatı İddiaçı 50 manatı Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar