Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2355/2025 15.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, Tərcüməçi Axund-zadə Ayşən Elmixan qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2, mənzil 11 və 12-in su axıdılması nəticəsində dəymiş maddi zərərə görə 1600 (min altı yüz) manat, dəymiş mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat, ”AECS” MMC-yə ekspertizaya görə ödənilən xərclər-100 (yüz) manat, hüquqi yardıma görə ödənilən xərclər – 130 (yüz otuz) manat, ödənilmiş 49 (qırx doqquz) manat dövlət rüsümunun, cəmi – 2879 (iki min səkkiz yüz yetmiş doqquz ) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilməsi və mənzilinə su axıdıİmasına son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi, 7 saylı evin 8 saylı mənzili ona məxsusdur və mənzildə qızı ilə yaşayır. Onun mənzilinin üst mərtəbəsindəki 11 və 12 saylı mənzillərin mülkiyyətçilər cavabdehlər Cavabdeh1 və Cavabdeh2dur. Cavabdehlərin 11 və 12 saylı mənzillərindən neçə illərdir mütamadi onun mənzilinə su axıdılır. Həmin mənzillərdən mütamadi su axıdılması nəticəsində mənzilinin yaşayış otağı, hamam-tualet, mətbəx və dəhlizinin tavanı və divarı pis vəziyyətə düşmüşdür. O, xeyli xərc çəkib mənzilini təmir etdi. Lakin, cavabdehlərin mənzillərindən su axıdılması nəticəsində mənzilinin təmiri bərbad vəziyyətə düşmüşdür. Altı ildən artıq müddətdir ki, davamlı su axıdılması nəticəsində mənzilinin tavanı və divarı nəmişlikdən kif atmışdır və evdən daimi nəmişlik iyi» gəlir. Mənzildə yaranmış nəmişlik onun və qızının səhətinə pis təsir edir. Dəfələrlə cavabdehlərdən mənzilinə su axıdılmasına son qoymasını tələb etməyinə baxmayaraq, onlar bu xəbərdarlıqlara məhəl qoymayaraq ona ziyan vuran hərəkətlərini davam etdirmiş və axırıncı dəfə xx.xx.2025-ci il tarixdə mənzilinin hamamına kanalizasiya suyu axıdılmışdır. Bununla əlaqədar o, Sabunçu rayon İHB-nın Sabunçu qəsəbəsi üzrə nümayəndəliyinə, su İdarəsinə, Sabunçu RPİ-nin 13- cü Polis Bölməsinə şikayət etsə də, heç bir nəticə olmamışdır. Qeyd olunmalıdır ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)- 551/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onun Bakı şəhəri, Sabunçu rayonu. Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsində yerləşəh 7 saylı evin 11 saylı mənzilin əvvəlki sahibi olan S.F.Kərimovaya qarşı su axıdılması nəticəsində dəymirş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş S.F.Kərimovadan dəymiş maddi zərərə görə 998 manat, mənəvi zərərə görə 200 mana{ və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdehlər mənzilinə mütamadi su axıdılması nəticəsində ona vurduqları zərərə görə mülki məsuliyyət daşıyırlar. Cavabdehlərin mənzilindən mütamadi su axıdılması nəticəsində piz vəziyyətə düşmüş mənzilinin təmirinə azı 1600 manat pul tələb olunur. ”AECS” MMC-nin xx.xx.2025-ci il tarixli hesabata əsasən, aparılmış təhlil və hesablamalar nəticəsində ünvan 1 ünvanda yerləşən İddiaçı məxsus mənzilə su basma nəticəsində dəymiş maddi ziyanın dəyəri 1600(bir min altı yüz) manat təşkil edir. Ona vurulmuş həmin maddi zərər cavabdehlər tərəfindən ödənilməlidir. Eyni zamanda cavabdehlərin həmin hərəkətləri nəticəsində ona və ailə üzvləri əsəb və mənəvi sarsıntı keçiririk və rahatlığımız pozulmuşdur. Buna görə ona vurulmuş mənəvi zərəri ən aşağı həddə 1000 manat dəyərində qiymətləndirirəm. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş, Cavabdeh1 məxsus olan mənzildən onun mənzilinə su axıdılıdığını, digər Cavabdeh2 məxsus mənzildən su axıdılmadığını bildirmişdir (xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında). Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək iddiaçının mənzilinə su axıdılan zaman ünvan 2 ünvanında yerləşən 11 saylı mənzil onun mülkiyyətində olduğunu, 2024-cü ilin noyabr ayında onun mənzilindən iddiaçının mənzilinə su axdığını, belə ki, həmin suyun axılmasına səbəb durbanın nasaz olması olduğunu, hadisədən sonra onlar öz turbalarını dəyişdiyini, lakin iddiaçının mənzilini təmir etdirmədiklərini, belə ki iddiaçının tələb etdiyi məbləğin şişirdilmiş olduğunu, hazırda həmin mənzili 3-cü bir şəxsə satdığını, bu səbəbdən ekspert gələn zaman mənzil başqa bir şəxsin mülkiyyətində olduğunundan qapının həmin şəxs tərəfindən açılmadığını, onun həmin mənzilə dəyən zərər üçün 1000 manat pul ödəmək imkanının olduğunu (xx.xx.2025-ci il tarixli məhkəmə iclası), axan su nəticəsində cavabdehin mənzilinin yalnız bir divarına zərər dəydiyini, lakin ekspertiza rəylərində 4 divarın bərpası xərcinin qeyd edildiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə ona məlumat verməmişdir. Məhkəmə mülki işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanının mülkiyyətçisi İddiaçıdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-551/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, X1 dəymiş maddi zərərə görə 998 manat, mənəvi zərərə görə 200 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq X2 xeyrinə ödənilməsi qət edilmişdir. "xxxx" Azərbaycsn Qiymətləndirmə və Konsaltinq Xidmətinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 5 ünvanında yerləşən İddiaçı qızına məxsus mənzilə su basma nəticəsində dəymiş maddi ziyanın dəyəri 1600 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 02-318/25 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 5 ünvanında yerləşən İddiaçı qızına məxsus mənzilə su basma nəticəsində dəymiş maddi ziyanın dəyəri 1541,65 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/3504/2025 nömrəli, xx.xx.2025-ci il tarixli ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi, 7 saylı evin 8 saylı mənzilin dəhlizinin, hamamının və mətbəxinin tavan və divar hissələrində emulsiya qatının qopmuş və şişmiş vəziyyətdə olduğu, rənginin dəyişdiyi, susızmaya xarakterik izlərin olduğu müşahidə olunmuşdur. Həmin binada yerləşən 12 saylı mənzilə baxış zamanı sanitar qovşağında və mətbəxdə su və kanalizasiya borularının gözlə görünən hissələrində hər hansı bir nasazlıq müşahidə edilməmişdir. Beləki, həmin su və kanalizasiya borularının digər hissələri gizli şəkildə olduğundan (döşəmə altı və divar içi) həmin hissələrdə nasazlığın olub-olmamasını müəyyən etmək mümkün olmadığı səbəbindən 8 saylı mənzilə su axmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi, 7 saylı evin 11 saylı mənzilin qapısı bağlı olduğu və təqdim edilmədiyi üçün baxış keçirilməsi mümkün olmadığından su axıntısının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 130 manat pul ödəmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə ilk öncə iddia tələbinin Cavabdeh2 yönəlmiş hissəsinə münasibət bildirərək qeyd edir ki, nə qədərki, Cavabdeh2 mülkiyyətində olan mənzildən iddiaçının mülkiyyətində olan mənzilə suyun axılması mülki işin matriallarından sübuta yetirilmədiyindən iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin digər Cavabdeh1 yönəlmiş hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi, 7 saylı evin, 11 saylı mənzil Cavabdeh1 məxsus olmuşdur. Cavabdeh1 sözügedən mənzilin mülkiyyətçisi olduğu dövürdə sözügedən mənzildən su axıdılması nəticəsində iddiaçının mülkiyyətində olan 8 saylı mənzilinə maddi zərər dəymişdir. İddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, cavabdeh X3 evindən axan susızması nəticəsində iddiaçının mülkiyyətində olan mənzilə 1600 manat məbləğində ziyan dəymişdir. Lakin cavabdeh bu məbləğ ilə razı olmamış, sözügedən mənzilə dəymiş zərərin məbləğini müəyyən edilməsi üçün onun tərəfindən mütəxəssis rəyi təqdim edilmiş, sözügedən mütəxəssis rəyi ilə iddiaçının mənzilinə dəymiş ziyanın məbləği 1541.65 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki iddiaçının mənzilinə dəymiş ziyan Cavabdeh1 mülkiyyətində olmuş mənzildən axıdılmışdır, Cavabdeh1 iddiaçıya dəymiş ziyanın əvəzi tutulmalıdır. Bundan sonra məhkəmə tərəfindən dəymiş ziyanın məbləği müəyyən edilərək, qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən dəymiş ziaynın 1541.65 manat müəyyən edildiyindən, iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin 1000 manat mənəvi zərərin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı iş üzrə iddiaçının cavabdehin təqsirli hərəkəti nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi müəyyən edilir, lakin mənəvi sarsıntının nəticəsində iddiaçıya 1000 manat mənəvi zərər dəyməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya 200 manat məbləğində mənəvi zərərin dəymiş hesab edilməsi daha ədalətli hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, "Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.” «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11,2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X4 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və Əsas Azadlıqların j Müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bundan sonra məhkəmə iddia tələbinin 100 ekspertiza xərcinin tutulması hissəsinə münasibət bildirərək qeyd edirki, iddiaçı tərəfindən ekspertiza rəyinin verilməsi üçün nə qədər məbləğin ödənilməsi iş matrialları ilə müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin 130 manat hüquqi xidmətə görə məhkəmə xərcinin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş qəbzdən iddiaçı tərəfindən 130 manat ödəniş edildiyi müəyyən ediləsə də,sözügedən ödənişin kimə və hansı əsaslə aparıldığı müəyyən edilmədiyindən iddia tələbi təmin hissədə də təmin edilməməlidir. Bundan sonra məhkəmə 49 manat dövlət rüsumunun ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edirki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlər rüsumuda qismən 37.42 manat hissədə təmin edilməlidir. Bundan əlavə keçirilmiş ekspertiza xərlərinin tutulması hissəsində məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/3504/2025 nömrəli, xx.xx.2025-ci il tarixli ekspertiza rəyinə əsasən çəkilmiş 100 manat xərc Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1541,65 (bir min beş yüz qırx bir manat altmış beş qəpik) manat dəymiş maddi, 200 (iki yüz) manat mənəvi zərər və 37.42 (otuz yeddi manat qırx iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. 100 manat ekspertiza xərc Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2355/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2355/2025
15.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver