Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-243/2025 27.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X14 qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi, eləcə də Cavabdeh iddiası üzrə cavabdeh Abdullayev Yaqub Yunis oğlu, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “servitut olaraq yüklü edilmə” tələbinə, həmçinin iddiaçı Cavabdehlər İddiaçı və X5 qarşı “cavabdehlərin mülkiyyətindəki əraziyə daxil olmaqla apardığı tikinti işlərinin onların öz hesabına sökülərək, əvvəlki vəziyyətinə qaytarılması, gələcəyində onunla bu sahəyə görə mübahisə yaratmaq üçün əkdiyi ağacların onun mülkiyyətindəki sahədən çıxarması, ona məxsus hörgü daşlarından istifadə etməsi nəticəsində vurulmuş zərərin müştərək qaydada tutularaq ödənilməsi və bütün tikililərinin özünün hesabına sökülərək mülkiyyətindəki ərazidən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı X7 Cavabdeh qarşı “servitut olaraq yüklü edilmə” tələbinə dair məhkəməyə müraciət edərək, cavabdeh X2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 262 K nömrəli bağ sahəsinin (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən bağ sahəsi) sağ tərəfində yerləşən çıxıntısının onun xeyrinə servitut olaraq yüklü edilməsinə və ona öz mülkiyyətindən istifadə etmək üçün yol və kommunalkommunikasiya xətlərinin çəkilməsinə icazə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 261 B nömrəli bağ sahəsi (Yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Nəsir İmamquliyev küçəsi 181) ona məxsusdur. Onun mülkiyyətində olması ilə bağlı xx.xx.2023-cü il tarixli **********24 nömrəli Dövlət Reystrindən çxarış və torpaq sahəsinin plan ölçüsü mövcuddur. Həmin torpaq sahəsinin sağ tərəfində yerləşən hissəsi artıq başqa şəxsin adına özgəninkiləşdirilmişdir. Yəni halhazırda onun istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,045 ha təşkil edir. Torpağının sol tərəfində yerləşən 262 K nömrəli bağ sahəsi (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən bağ sahəsi) isə qonşu X3 məxsusdur. Onun torpaq sahəsinin sağ tərəfə doğru çıxıntısı mövcuddur ki, həmin çıxıntı onun sağ tərəfindəki qonşunun hasarına qədər uzanır. Bunu torpaq sahəsini plan və ölçü xəritəsindən də görmək mümkündür. İddiaçının bağ sahəsinə gələn əsas yol, kommunal və digər kommunikasiya xətləri buradan keçir. Cavabdehin onunla münasibətləri pisləşdiyi üçün xx.xx.2024-cü il tarixdən artıq bünövrə qazaraq onun darvazasının qarşısından hasarına paralel sağ tərəfindəki qonşunun hasarına qədər hasar çəkməyə başlamışdır. Bununla da mülkiyyətində olan bağ sahəsinə gediş-gəliş yolu bağlanmışdır. Faktiki olaraq mülkiyyətindən istifadə edə bilmir, həmçinin cavabdeh tərəfindən onun sahəsinə gələn kommunal xətlər də artıq yararsız hala salınmışdır. Cavabdeh iddia ilə İddiaçı və X5 qarşı mülkiyyətindəki əraziyə daxil olmaqla apardıqları tikinti işlərinin onların öz hesabına sökülərək, əvvəlki vəziyyətinə qaytarılması, gələcəyində onunla bu sahəyə görə mübahisə yaratmaq üçün əkdiyi ağacların onun mülkiyyətindəki sahədən çıxarılması, ona məxsus hörgü daşlarından istifadə etməsi nəticəsində vurulmuş zərərin müştərək qaydada tutularaq ödənilməsi və cavabdehlərin bütün tikililərinin onların hesabına sökülərək mülkiyyətindəki ərazidən çıxarılması”nı xahiş etmişdir. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 0,12 ha sahəsi olan 262K nömrəli bağ massivi mərhum babası X10 21 may 1991-ci il tarixində verilmişdir. X1 həmin bağ sahəsindən istifadə etmiş, orada üzüm və əncir ağacları əkərək onlara özü qulluq etmişdir. Babası mərhum X13 ağır yataq xəstəsi olduğundan, anasının isə ayaqları şiş xəstəliyinə tutulduğundan bağ sahəsinə gedib-gələ bilməmişdir. Onun babası ölərkən bütün əmlakını ona vəsiyyət etdiyindən həmin 0,12 ha olan bağ sahəsini sənədləşdirərək Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsindən adına çıxarış almışdır. Artıq beş ay olarki, İddiaçı və atası X7 anasının xəstə olmasından və öz mülkiyyətindəki əraziyə mütəmadi gələ bilməməyindən sui istifadə edərək həyətindəki hörgü daşlarından istifadə etməklə onun mülkiyyətindəki sahələrə müdaxilə etməklə və özləri üçün müxtəlif tikintilər tikməklə mülkiyyətindəki ərazini mənimsəmək məqsədi daşıyırlar. Cavabdehlərə bu vəziyyət ilə bağlı xəbərdarlıq etmiş, mülkiyyətindəki sahədən çıxmalarını tələb etsə də, mülkiyyətindəki sahəyə müdaxilə etməklə həmin sahəni ələ keçirtməyə çalışmaqdadırlar. Həmçinin cavabdehlərin özlərinə məxsus torpaq sahəsinin arxa hissələrini başqa şəxslərə satmaqla onun yerinə müdaxilələr edərək əlavə torpaqlar zəbt etmək məqsədi daşıyırlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4982/2024 nömrəli xx.xx.2024-cü il tarixli qəradadına əsasən iddiaçı Cavabdehlər İddiaçı və X5 qarşı iddia tələbinə dair 2(008)- 4982/2024 nömrəli mülki iş, İddiaçı Cavabdeh qarşı servitut olaraq yüklü edilmə tələbinə dair 2(008)-4322/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən X7 iddia tələbini müdafiə edərək, mülkiyyətindən istifadə, yol, işıq, rabitə xətlərinin çəkilməsi üçün başqa yol olmadığını, əsas yola çıxışının olmasının zəruri olduğunu, bununla bağlı kompensasiya ödəməyə razı olduğunu, yolun hansı hissədə verilə biləcəyi və həmin ərazinin dəyəri mütəxəssis rəyində öz əksini tapdığını, digər iddia ilə bağlı iddia tələbini qəbul etmədiyini, heç kimin ləvazimatlarından, materiallarından istifadə etmədiyini, hər hansı ağacları yandırmadığını, Cavabdeh tərəfindən irəli sürülmüş tələbin təmin edilməməsini, İddiaçı tərəfindən irəli sürülmüş tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında cavabdehlərə tikintinin dayandırmasını, 12 sot torpaq sahəsi ilə bağlı Bakı İnzibati Məhkəməsində mübahisəsi bitdikdən sonra razılığa gələ biləcəyini, həmin ərazi ilə bağlı bu məsələri tam aydın izah etdiyni, lakin cavabdehlərin tikintiyə davam etdiyni, torpaq sahəsənin sevitutla yüklü edilməsinə razı olmadığını, İddiaçı öz torpaq sahəsinin bir hissəsini başqa şəxsə satdığını, torpaq sahəsi servitutla yüklü edildiyi halda arxa tərəfdən çıxışı mümkün olmayacağını, Abudllayev Elvin və Abdullayev Yaqub hörgü üçün onun daşlarından istifadə etdiyini, bununla ona 6.000 manat zərər vurulduğunu və İddiaçı tərəfindən irəli sürülmüş tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdıraraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli tam baxaraq hesab edir ki, İddiaçı tərəfindən qaldırılmış iddia təmin edilməli, iddiaçı Cavabdeh iddiası rədd olunmalıdır. İş materiallarına əlavə olunan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 261 B nömrəli bağ sahəsi (Yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Nəsir İmamquliyev küçəsi 181) İddiaçı xüsusi mülkiyyətindədir. Onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 262 K nömrəli bağ sahəsi (Yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Sahil küçəsi, 133A) Cavabdeh xüsusi mülkiyyətindədir. Onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan 21 iyun 2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 261B nömrəli bağ sahəsinin ümumi sahəsi 0.11 ha olan torpaq sahəsinin 0.065 ha hissəsini alıcı X6 mülkiyyətinə vermişdir. Torpaq sahəsinin 0.045 ha hissəsi satıcının mülkiyyətində qalmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquşi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 261B nömrəli bağ sahəsi Yeni qaydalarla: AZ 1135, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Nəsir İmanquluyev küçəsi, giriş 181 üzərində İddiaçı 0.045 ha torpaq sahəsi üzrə xüsusi mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış və X6 0.065 ha torpaq sahəsi üzrə xüsusi mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. "xxxx" MMC-nin 10 yanvar 2025-ci il tarixli 02 nömrəli ekspert rəyindən görünür ki, 1-ci suala cavab olaraq, X4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 262 K nömrəli bağ sahəsi ünvanında 0,12 ha (1200 m2) ərizidə yerləşən daşınmaz əmlakın 1 m2 dəyəri: 100 (bir yüz) manat təşkil edir. 2-ci suala cavab olaraq, Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 262 K nömrəli bağ sahəsi ünvanında 0,12 ha (1200 m2) ərizidə yerləşən daşınmaz əmlakın 11,2 m2 hissəsi İddiaçı məxsus torpaq sahəsinin giriş-çıxışın qarşısına düşür. Qeyd olunan sahənin bazar dəyəri: 11.2 m2 x 100 = 1120 (bir min yüz iyirmi) manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 24 fevral 2025-ci il tarixli mütəxəsis rəyinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 261B nömrəli Yeni qaydalarla: AZ1135, ünvan 4 ünvanında yerləşən torpaq sahəsinə yeganə giriş-çıxışın qonşu tərəfindən bağlanması və sevitutun təmin edilməməsi mümkünsüzdür. Torpaq sahəsinin yerləşdiyi mühit, təbii və şəhərsalma amilləri, ərazinin mövcud infrastrukturu, yol şəbəkəsi və qonşu sahələrin vəziyyəti başqa qonşu sahələrdən giriş-çıxışa yol verilməsinə imkan vermir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1 Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 241.1 Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər Maddə 241.3 Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. Maddə 243.2 Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir Maddə 255.1 Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Maddə 255.2 Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Maddə 255.4 Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Maddə 256.1 Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. Maddə 256.2 Servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Maddə 261.1 Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. Maddə 261.2 Haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 54. Torpaq sahəsi üzərində servitutlar: Servitut - bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Servitut - torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilərək, torpaq sahəsindən girişçıxış və kommunikasiya xətlərinin çəkilməsinin başqa çür mümkün olmaması nəzərə alınaraq, Cavabdeh məxsus 11,2 kv tikili sahəsi İddiaçı hesabına sökülməli, hasarın inşasına sərf olunmuş 1120 manat iddiaçıdan alınadaq, Cavabdeh ödənilməlidir. Məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahələrinə ayrı ayrı vaxtlarda iki dəfə yerli baxış keçirilmiş, həmçinin ekspert və mütəxəsis rəylərindən göründüyü kimi qeyd olunan torpaq sahəsinə qonşu torpaq sahəsindən giriş-çıxış yolunun verilməsi, torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilinməsi mümkün hesab olunmuşdur. Araşdırma zamanı Cavabdeh məxsus torpaq sahəsindən zəruri yol və komunukasiya xətlərinin çəkilməsinin zəruri olmasını təstiq edən bir sıra hallar mövcud olmuşdur ki: Torpaq sahəsinin coğrafi yerləşməsi-sahənin dörd tərəfinin digər şəxslərə məxsus torpaq sahələri ilə əhatə edilməsi və əsas yola birbaşa çıxışın olmaması; Mövcud infrastrukturun olmaması- sahənin ayrıca çıxış üçün yol çəkməyə texniki imkan verən boş sahənin olmaması; Hüquqi məhdudiyyətlər- torpaq planlaşdırma sənədlərinə əsasən, sahəyə ayrıca giriş üçün yolun salınmasının mümkün olmaması; Şəhərsalma qaydalarına uyğunluq- bələdiyyə və müvafiq qurumların təstiq etdiyi layihələrdə ayrıca giriş-çıxış yolunun nəzərdə tutulmaması. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 262 K nömrəli bağ sahəsinin sağ tərəfində yerləşən çıxıntı hissəsinin 11.2 kv.m hissəsi İddiaçı xeyrinə servitutla yüklü edilməli və ona mülkiyyətindən istifadə etmək üçün yol və zəruri kommunalkommunikasiya xətlərinin çəkilməsinə icazə verilməlidir. "xxxx" MMC-nin 10 yanvar 2025-ci il tarixli 02 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 262 K nömrəli bağ sahəsi ünvanında yerləşən daşınmaz əmlakın 1 m2 dəyəri 100 (bir yüz) manat təşkil edir. Servitutla yüklü edilən sahənin 11,2 kv olduğunu nəzərə alaraq, həmin sahənin dəyəri olan 1120 manat İddiaçı tutularaq, Cavabdeh ödənilməli və servitutla yüklü edilmiş hüquq Azərbaycan Respublikası DƏDR xidmətinə qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 261-ci maddəsində göstərilir ki, servitutla yüklü edilmiş daşınmaz əmlakın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. Haqqın miqdarı tərəflərin razılaşması ilə mümkün olmadıqda məhkəmənin qərarı ilə müəyyənləşdirilir. Qanunun məzmunundan göründüyü kimi servituta görə haqq tələbi servitutla yüklü edilmiş mülkün sahibinin hüququ kimi nəzərdə tutulmuşdur. Yəni mülkün sahibi sahədən istifadə üçün haqq tələb etmirsə, bu hüququndan istifadə etmirsə məhkəmə öz təşəbbüsü ilə xeyrinə servitut qoyulan şəxs üçün belə bir öhdəlik müəyyən edə bilməz. Yalnız servitutla yüklü edilmiş mülkün sahibi sahədən istifadəyə görə haqq tələb edərsə və xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxs tələb olunan haqqın məbləği ilə razılaşmadıqda, bu barədə mübahisə olduqda haqqın məbləği məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Məhkəmə qeyd edir ki, sahəsi servitutla yüklü edilmiş şəxs haqq tələbi ilə müraciət etmədiyindən və tərəflər arasında bu barədə mübahisə olmadığından, servituta görə haqqın müəyyən edilməsi müzakirə olunmur. Ona görə də servituta görə haqqın müəyyən edilməsi məsələsinə mahiyyəti üzrə baxılmır və izah edilir ki, Cavabdeh gələcəkdə bu hüququndan istifadə edə və zərurət yaranarsa haqq tələbi ilə əlaqədar məhkəmə mübahisəsi başlaya bilər. İş materiallarındakı torpaq sahələrinin sxemindən və video görüntülərdən göründüyü kimi Cavabdeh torpaq sahəsinin bir hissəsi çıxıntı formasında uzanaraq, iddiaçının qonşusu X6 hasarına dirənmişdir. Ona görə də, cavabdehin tikdiyi hasar Ramiz Bodurovun hasarından başlayaraq 5,1 m enində sökülməli (yəni 5,1 x 2,2 = 11,2 kv) və 5,1 m enində 1 m uzunluğunda torpaq sahəsi servitut hüququ ilə yüklü edilməlidir. Bu hüquq müddətsiz müəyyənləşdirilməlidir. İddiaçı Cavabdehlər İddiaçı və X5 qarşı “cavabdehlərin mülkiyyətindəki əraziyə daxil olmaqla apardığı tikinti işlərinin onların öz hesabına sökülərək, əvvəlki vəziyyətinə qaytarılması, gələcəyində onunla bu sahəyə görə mübahisə yaratmaq üçün əkdiyi ağacların onun mülkiyyətindəki sahədən çıxarması, ona məxsus hörgü daşlarından istifadə etməsi nəticəsində vurulmuş zərərin müştərək qaydada tutularaq ödənilməsi və cavabdehlərin bütün tikililərinin özünün hesabına sökülərək mülkiyyətindəki ərazidən çıxarılması” tələbinə dair iddiası rədd edilməlidir. Belə ki, yerli baxış zamanı çəkilmiş iş materiallarına əlavə edilmiş video və foto şəkillərdən göründüyü kimi iddiaçı Cavabdeh iddia ərizəsində göstərdiyi hallar öz təstiqini tapmamış, həmçinin bu halların təstiqi barədə iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “servitut olaraq yüklü edilmə” tələbinə dair iddiası təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 262 K nömrəli bağ sahəsinin (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən bağ sahəsi) sağ tərəfində yerləşən çıxıntı hissəsinin 11.2 kv.m hissəsi, yəni Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin qonşu Ramiz Bodurovun hasarına bitişik hissədən 5,1 metr enində və 1 metr uzunluğunda hissəsi İddiaçı xeyrinə servitutla yüklü edilsin və ona mülkiyyətindən istifadə etmək üçün yol və zəruri kommunal-kommunikasiya xətlərinin çəkilməsinə icazə verilsin. Söküntü işlərinin aparılması İddiaçı hesabına aparılsın. Bu hüquq müddətsiz müəyyən edilsin. İddiaçıya gediş-gəliş yolu kimi istifadə etmək üçün sökülən 5,1 metr enində (5,1 x 2,2) hasarın dəyəri olaraq 1120 manat İddiaçı tutularaq Cavabdeh ödənilsin. Servitutla yüklü edilmiş hüquq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı X11 Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qeydə alınsın. İddiaçı Cavabdehlər İddiaçı və X5 qarşı “cavabdehlərin mülkiyyətindəki əraziyə daxil olmaqla apardığı tikinti işlərinin onların öz hesabına sökülərək, əvvəlki vəziyyətinə qaytarılması, gələcəyində onunla bu sahəyə görə mübahisə yaratmaq üçün əkdiyi ağacların onun mülkiyyətindəki sahədən çıxarması, ona məxsus hörgü daşlarından istifadə etməsi nəticəsində vurulmuş zərərin müştərək qaydada tutularaq ödənilməsi və cavabdehlərin bütün tikililərinin özünün hesabına sökülərək mülkiyyətindəki ərazidən çıxarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-243/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-243/2025
27.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver