Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2432/2024 23.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi X27 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdeh üzrə Təhsil İdarəsi 170 nömrəli tam orta məktəbin nümayəndəsi direktor X6 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi 170 nömrəli tam orta məktəbə qarşı "intizam tənbehin verilməsi barədə əmrin ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi 170 nömrəli tam orta məktəbə qarşı "intizam tənbehin verilməsi barədə əmrin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri üzrə Təhsil İdarəsi 170 nömrəli tam orta məktəbin direktoru səlahiyyələrini müvəqqəti icra edən X13 barəsində "intizam tənbehinin verilməsi barədə" 480 nömrəli xx.xx.2023-cü (xx.xx.2023-cü) il tarixli əmrinin ləğv edilməsinə, ödənilmiş 60 manat mediasiya xərcinin və hüquqi yardım göstərilməsi üçün ödənilmiş 300 manat, cəmi 360 manat məbləğində pulun Bakı şəhəri üzrə Təhsil İdarəsi 170 nömrəli tam orta məktəbdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri üzrə Təhsil İdarəsi 170 nömrəli tam orta məktəbdə 2021-ci ilin yanvar ayından ibtidai sinif müəllimi kimi çalışır. Həmişə öz fəaliyyətində seçilməyə çalışmış, şagirdlərinə keyfiyyətli təhsilə əlçatanlılığının təmin edilməsi və sağlam bilik və bacarıqlara sahiblənmələri üçün öz zamanını, gücünü, bilik və bacarıqlarını əsirgəməmişdir. Son dövrlər onun bu üstün fəaliyyətini məktəbin direktoru X1 qısqanclıq hissləri yaratmağa başlamış, onun şagirdlərə olan sevgisinin, qayğısının və diqqətinin qarşısını kəsməyə çalışmışdır, hətta, ona qarşı qəsdən edilən qərəzli hərəkətləri hiss etməyə başlamışdır. Məktəbin direktoru əvəzi, direktorun diktəsi ilə hərəkət edən Aynur Musayeva barəsində heç bir əsas olmadan intizam tənbehin verilməsi barədə 480 nömrəli əmr imzalamışdır. Əmrə əsasən guya o, 2023-2024-cü tədris ilinin əvvəlindən başlayaraq dəfələrlə məktəbin ümumi iş rejimini, X17ydalarını, əmək intizamını və müəssisədaxili intizam qaydalarını pozan hərəkətlərə yol vermişdir. Belə ki, xx.xx.2023cü ildə məktəbdə olduğu halda 1d sinfində dərs keçməkdən imtina etmiş və məktəb rəhbərliyi dərs prosesini tənzimləmək məqsədi ilə həmin sinfin şagirdlərini digər müəllimlərin nəzarətinə vermək məcburiyyətində qalmışdır. xx.xx.2023-cü ildə yas mərasimi və cədvəl dəyişikliyi ilə bağlı izahat yazaraq direktora müraciət etdikdə, onun ərizə ilə müraciət etməli olduğu və həmin gün üçün əmək haqqının tutulacağını bildirildiyi halda yenidən səs-küy salaraq məktəbin ümumi iş rejimini pozmuşdur. xx.xx.2023-cü ildə o, növbəti dəfə əmək intizamını pozaraq işə gəlməmiş, bununla bağlı izahat istədikdə xx.xx.2023-cü ildə təkrar direktor otağına gələrək məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X16 və məktəbin direktoru X9 qarşı təhqiredici ifadələr işlətməklə X17ydalarını pozmuş, məktəb rəhbərliyini ona qarşı intriqa aparmaqda günahlandırmışdır. Direktorun otağına dəvət edilən o, orada da məktəbin ümumi iş rejimini pozan səs-küy yaratmışdır. xx.xx.2023-cü ildə o, rəhbəri olduğu 1d sinfinin informatika müəllimi X2 dərsi olduğu halda sinifə buraxmamış, beləliklə növbəti dəfə əmək intizamını və məktəbin ümumi iş rejimini pozmuş, direktor otağına gələrək X10 öldürməklə hədələmişdir. Hərəkətini dərs cədvəlinin onun istəyinə uyğun qurulmalı olması ilə əsaslandırmışdır. Ona edilən xəbərdarlıqlara əhəmiyyət vermədiyini nəzərə alaraq, əmək müqaviləsi üzrə vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq barəsində töhmət verilməsi əmr edilmişdir. Qeyd olunanlar tamamilə əsassız, həqiqətə uyğun olmayan hallardır, əmrdə qeyd olunan pozuntuların heç biri tərəfindən törədilməmişdir. İşlədiyi müddətdə daim nizam-intizama, qaydalara əməl etmiş, kollektivlə və rəhbərliklə daim nəzakətlə davranmış, vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirmişdir. Hətta, xx.xx.2023-cü ildə direktor tərəfindən Sabunçu Rayon 12-ci PŞ-nə şikayət edilmiş, aparılmış araşdırma nəticəsində məktəb direktorunun barəsində dediyi şər və böhtan xarakterli sözləri öz təsdiqini tapmadığından cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. İntizam tənbehi verilməsi barədə əmr əmək qanunverciliyinin tələblərinin pozulması ilə tərtib edilmişdir və onun ləğv edilməsi üçün qanuni əsaslar vardır. İşlədiyi illər ərzində barəsində heç vaxt intizam tənbehi olmamış, hətta, xəbərdarlıq növündə belə intizam tənbehi verilməmişdir. Hər zaman öz fəaliyyəti ilə seçilmiş, istər iş kollektivi arasında, istər valideyin komitəsi qarşısında yüksək rəğbət qazanmışdır. Məktəb rəhbərliyi tərəfindən tənbeh verilərkən bu halların heç biri – şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi nəzərə alınmamışdır. İntizam məsuliyyətinə cəlb edilmə barədə əmr işəgötürən hesab edilən vəzifəli şəxs – direktor tərəfindən deyil, onun müavini tərəfindən verilmişdir. Əmrdə sadalanan hər bir halla bağlı işəgötürən tərəfindən ondan yazılı izahatın verilməsi tələb edilməmişdir. Barəsində verilmiş əmrin 2-ci abzasında qeyd olunmuşdur ki, xx.xx.2023-cü ildə 1d sinfinin sinif rəhbəri olan o, məktəbdə olduğu halda öz sinfində dərs keçməkdən imtina etmiş və məktəb rəhbərliyi dərs prosesini tənzimləmək məqsədi ilə həmin sinfin şagirdlərini digər müəllimlərin nəzarətinə vermək məcburiyyətində qalmışdır. İşəgötürən xx.xx.2023-cü ildə baş vermiş hesab etdiyi hadisədən 38 gün sonra həmin hala söykənərək əmr vermiş, bununla da qanunun bir aylıq müddət məhdudiyyətinin tələbini pozmuşdur. Əmrin məzmununa diqqət etdikdə açıq aşkar müəyyən edilir ki, mətndə onun şərəf və ləyaqətini alçaldan, şəxsiyyətini, mənəvi hisslərini gəzdən salan, habələ, qisas almaq motivli məlumatlar öz əksini tapmışdır. Bundan sonra iddiaçı xx.xx.2024-cü ildə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Bakı şəhəri üzrə Təhsil İdarəsi 170 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərinin müvəqqəti icra edən X13 barəsində "intizam tənbehin verilməsi" barədə 480 nömrəli xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 5*** manat pulun Bakı şəhəri üzrə Təhsil İdarəsi 170 nömrıli tam orta məktəbdən tutularaq ona ödənilməsi, ödənilmiş 60 manat mediasiya xərcinin və hüquqi yardım göstərilməsi üçün ödənilmiş 300 manat, cəmi 360 manat məbləğində pulun Bakı şəhəri üzrə Təhsil İdarəsi 170 nömrəli tam orta məktəbdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsi 170 saylı tam orta məktəbin nümayəndəsi Vəkil2 xx.xx.2024-cü ildə iddia tələbinə yazılı etiraz təqdim edərək, İddiaçı qıznın Bakı şəhəri üzrə Təhsil İdarəsi 170 saylı tam orta məktəbə qarşı "əmrin ləğv edilməsi, mənəvi zərərin əvəzi kimi 5*** manat və məhkəmə xərclərinə görə 360 manat həcmində pulun cavabdehdən alınaraq ona verilməs barədə" iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin həmin etiraz qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyindən məhkəmə etirazı sadə yazılı mülahizə kimi qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, dərs cədvəli sentyabrda qurulmuş, ona da verilmişdi. İnformatika müəllimi jurnalı səhv işləmişdir. Bundan sonra cədvəl dəyişdirilmiş, ona bu barədə məlumat verilməmişdir. Belə ki, jurnalda 5 səhv olanda bu hal aktlaşdırılır və töhmət verilir. İnformatika müəllimi o vaxta qədər 11 səhv buraxmış, onun işini düzəltmək üçün cədvəli dəyişdirmişlər. Cədvəl bir dəfə qurulmalıdır, müəllimlər tanış edilməli, imza etməlidir. Daha sonra cədvəl məlumat üçün məktəbin xüsusi ayrılmış yerində asılmalıdır. Cədvəlin dəyişdirilməsinidən nə onun, nə uşaqların valideynlərinin, nə də İlkanə müəllimənin xəbəri olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddiaçının izahatına əlavə olaraq bildirmişdir ki, iddiaçı sözügedən məktəbdə 1d sinifin sinif rəhbəridir. Pedaqoji fəaliyyətində uğuru ilə seçilmiş, keyfiyyətli təhsilin tədrisi, uşaqların vətənpərvər böyüməsi ilə tanınmışdır. Dəfələrlə təşəkkürnamə almış, kitab dərc etmişdir. Məktəbin direktoru X7 ona qarşı aqressiya yaranmışdır. İddiaçının qardaşı rəhmətə getdikdə direktor ona yas mərasimində iştirak etməsi üçün icazə verməmişdir. Bundan başqa, əmrin verilməsi nəzərdə tutulmuş müddət buraxılmış, dörd hadisə ilə bağlı bir əmr verilmişdir. İntizam tənbehini direktoru deyil, müavini vermişdir. Direktor səlahiyyətlərinin müavinə həvalə edilməsi barədə əmrdə bunu əsaslandırmalı, səbəblərini göstərməlidir. Ona görə, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi 170 nömrəli tam orta məktəbin nümayəndəsi direktor X14 iddianı qəbul etməyərək bildirmişdir ki, cədvəl müəllimlərin dərs yükünə uyğun olaraq hazırlanır, müəllimlərin şəxsi istəyinə görə cədvəl qurulmur. xx.xx.2024-cü ildə cədvəl artıq qurulmuşdur. Bundan sonra, məktəbdə iki sistemli təhsil tətbiq olunduğundan və coğrafiya müəlliminin evdə təhsil sisteminə keçmək üçün ərizə ilə müraciət etdiyindən cədvəldə dəyişiklik edilmişdir. Qanunda fövqəladə hal baş veridiyində cədvələ dəyişiklik edilməsi imkanı nəzərdə tutulmuşdir. Məsələn, müəllimlərdən biri analıq məzuniyyətinə getdiyində onun dərs yükü digər müəllimlər arasında bölünür, cədvəldə müvafiq dəyişikliklər olur. Bu hal da fövqəladə hal kimi qiymətləndirilmiş və cədvəl dəyişdirilmişdir. Bundan sonra, iddiaçı icazə barədə ərizə yazdığını bildirsə də, ərizə yazmamışdır. xx.xx.2023-cü ildə iddiaçı ona yaxınlaşaraq, xx.xx.2023-cü ildə qardaşının cümə axşamı mərasimi üçün sabah işə gəlməyəcəyini bildirmişdir. Ona bu barədə ərizə ilə müraciət etməsi təklif olunsa da, iddiaçı ərizə yazmaqdan imtina etmişdir. Belə ki, ərizə yazıldıqda o, təsdiq olunur, bu barədə üzərində qeyd aparılır. Həmçinin, ərizə aktlar və ərizələr kitabına daxil edilir. İddiaçı vəzifə borcunu layiqincə yerinə yetirərək əmək intizamını və müəsisə daxili qaydaları pozmadığını, hətta məktəb direktorunun polis orqanına etdiyi şikayəti təmin edilmədiyini iddia etmişdir. İddiaçının öz əmək funksiyasına qəsdən səhlənkar yanaşması, dəfələrə əmək və icra intizamını pozması, xəbərdarlıqlar edilməsinə baxmayaraq, bundan nəticə çıxarmaması və sonra məktəb həmkarlar təşkilatının razılığı ilə onun barəsində intizam tənbehi olaraq töhmət verilməsi üçün əsaslar, o cümlədən video görüntülər, "WhatsApp" danışıqları və yazışmaları, aktlar, izahatlar mövcuddur. Polis orqanın məktəb direktorunun şikayəti ilə bağlı qəbul etdiyi qərar mübahisələndirilmiş və Sabunçu Rayon Prokurorluğuna şikayət edilmiş, lakin bu vaxtadək şikayətlə bağlı hər hansı tədbirlər görülmədiyindən Bakı Şəhər Prokurorluğuna da şikayət etmişdir. İddiaçı ona töhmət verilməmişdən əvvəl xəbərdarlıq edilmədiyini, barəsində intizam tənbehi tətbiq olunarkən kollektivdə olan nüfuzu, şəxsiyyəti və peşəkarlıq səviyyəsi nəzərə alınmadığını iddia etmişdir. Bundan əvvəl iddiaçıya icra və əmək intizamında yol verdiyi nöqsanlara görə dəfələrlə şifahi xəbərdarlıqlar edilmişdir. Daha sonra iddiaçı barəsində töhmət intizam tənbehi tətbiq edilərkən təbii olaraq onun şəxsiyyəti, kollektivdəki nüfuzu və peşəkarlıq səviyyəsi nəzərə alınmışdır. İddiaçı töhmət verilməmişdən əvvəl ondan izahat alınmamasını qeyd etmişdir. Bu dəlil də həqiqəti əks etdirmir ona görə ki, iddiaçıya izahat verilməsi təklif edilmişdir, lakin o, bundan imtina etmiş və bu hal aktlaşdırılmışdır. İddia ərizəsinin daha bir dəlili xx.xx.2023-cü ildə baş vermiş hadisəyə görə bundan 38 gün sonra, yəni qanunla bundan ötrü nəzərdə tutulmuş 1 aylıq müddəti ötürməklə iddiaçıya töhmət verilməsi barədədir. Bununla bağlı bildirilir ki, iddiaçıya töhmət verilməsinə əsas olmuş əmrdə tək xx.xx.2023-cü ildə baş vermiş intizam xətası yox, habelə xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərində törətdiyi intizam xətaları nəzərdə tutulmuşdur. Beləliklə iddiaçıya töhmət intizam tənbehi verilərkən qanunla nəzərdə tutulmuş müddətə də tam olaraq riayət edilmişdir. İddia ərizəsinin daha bir dəlili ondan ibarətdir ki, iddiaçı barəsində intizam tənbehinin verilməsi barədə əmr direktor deyil, onun müavini tərəfindən imzalamışdır. Bu dəlili də ona görə əsassızdır ki, əmrin verilməsi anında direktor üzürlü səbəbdən işdə olmamış və Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəsmi əmri ilə direktorun bütün səlahiyyətləri onun müavininə həvalə edilmişdir. İddiaçı barəsində verilmiş əmrdə onun şərəf və ləyaqətini alçaldan, mənəvi hisslərini gözdən salan və qisas almaq xarakterli məlumatlar əks olunduğunu bildirmişdir. Bu dəlili də tamamilə əsassızdır ona görə ki, sözügedən əmrdə etikadan kənar hər hansı ifadə işlənməmiş, bütün məlumatlar yalnız iddiaçının törətdiyi intizam xətasını əks etdirən xarakterdə olmuşdur. Bundan başqa, iddiaçı iddia tələbinin həcminin artırılması, o cümlədən ona vurulmuş mənəvi zərərin əvəzi olaraq dəymiş 5.*** manat pulun məktəb tərəfindən ona ödənilməsini iddia etsə də, bu tələb heç bir sübutla əsaslandırılmamış, ümumiyyətlə bu tələbin hüquqi əsasları yoxdur. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ilə cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi 170 nömrəli tam orta məktəb arasında xx.xx.2023-cü ildə müddətsiz bağlanmış, iddiaçı həmin məkətəbdə ibtidai-sinif müəllimi kimi işləyir. - xx.xx.2023-cü il tarixli aktdan görünür ki, məktəbin 1d sinif müəllimi İddiaçı xx.xx.2023-cü ildə İ növbədə məktəbdə olduğu halda sinfə girməmiş və həmin sinifdə dərs prosesi pozulmuşdur. Müəllimin dərsə girmədiyi barədə izahatı alınmışdır. - xx.xx.2023-cü il tarixli aktdan görünür ki, məktəbin 1d sinif müəllimi İddiaçı xx.xx.2023-cü ildə İ d sinfinin cədvəl üzrə 5 dərsi olduğu halda heç kimə məlumat vermədən sinif şagirdlərini 4 dərsdən yola salmışdır. - 06.12.2023-cü il tarixli aktdan görünür ki, məktəbin İbtidai sinif müəllimi İddiaçı səs-küy salaraq məktəbdə dərs prosesinin pozulması, nizam-intizam və etik davranış qaydalarını dələlərlə pozduğuna görə ona töhmət veriləcəyi bildirilib və izahat yazması barədə direktorun otağına dəvət edilib, lakin İddiaçı direktorun otağına gəlməmiş və hər hansı bir izahat yazacağına etiraz etmiş və hətta etdiklərinə görə töhmət verilə bilməyəcəyini bildirmişdir. - Sabunçu rayonu 170 nömrəli tam orta məktəb üzrə 480 nömrəli xx.xx.2023-cü il tarixli "İntizam tənbehinin verilməsi barədə" əmrin çıxarışdan görünür ki, məktəbin ibtidai sinif müəllimi İddiaçı əmək müqaviləsi üzrə vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq töhmət verilməsi əmr edilmişdir. İddiaçı nəzərinə çatdırılmışdır ki, gələcəkdə belə nöqsanlara yol verəcəyi təqdirdə onun barəsində daha ciddi intizam tədbirləri görüləcəkdir. Əsas olaraq göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin "b" bəndi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş X17ydaları, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli aktlar, müəllimlərin izahatları və ərizələri göstərilmişdir. - Bakı şəhəri üzrə Təhsil İdarəsi 170 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Aslanovaya həmin məktəbin coğrafiya müəllimi X18 ünvanladığı xx.xx.2023-cü il tarixli ərizənin direktor tərəfindən əsli ilə düz olduğu təsdiq edilmiş surətindən görünür ki, X3 ilə əlaqədar olaraq məktəbdəki həfətəlik dərs yükünü xx.xx.2023-cü ildən götürüb evdə fərdi təhsil proqramlı dərs yükü ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə icra üçün qəbul edilmiş və möhürlənmişdir. - 170 nömrəli tam orta məktəbin direktoruna həmin məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini X21 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş təqdimatdan görünür ki, coğrafiya müəllimi X23 xx.xx.2023-cü ildə səhhəti ilə əlaqədar olaraq məktəbdəki həfətəlik dərs yükünün götürülüb evdə fərdi təhsil proqramlı dərs yükü ilə əvəz edilməsinə münasibət bildirilməsini xahiş etmişdir. - Sabunçu rayonu 170 nömrəli tam orta məktəb üzrə 378 nömrəli xx.xx.2023-cü il tarixli "Dərs cədvəlinə dəyişiklik edilməsi barədə" əmrin çıxarışdan görünür ki, 2023-2024cü tədris ilinin xx.xx.2023-cü ildə tərtib edilmiş dərs cədvəlinə məktəbin coğrafiya müəllimi X23 ev təhsili dərsi ilə təmin olunduğu üçün xx.xx.2023-cü il tarixdən dəyişdirilməsi məqsədi ilə məktəbin 2023-2024-cü tədris ilinin dərs cədvəlində mövcüd vəziyyətə uyğun olaraq dəyişiklik edilməsi təlim-tərbiyə işləri üzrə direktor müavini Aynur Musayevaya tapşırılması, dərs cədvəlində edilmiş dəyişikliklər pedaqoji heyətə çatdırılması, yeni tərtib edilmiş dərs cədvəli X4 sədri və məktəbin direktoru tərəfindən təsdiq edilməsi, yeni cədvəl məktəbin dərs cədvəlləri guşəsindən asılması əmr edilmişdir. Bunun üçün əsas təlimtərbiyə işləri üzrə direktor müavinin X13 təqdimatı göstərilmişdir. - Sabunçu rayonu 170 nömrəli tam orta məktəb üzrə 403 nömrəli xx.xx.2023-cü il tarixli "Ödənişli məzuniyyətin verilməsi barədə" əmrin çıxarışdan görünür ki, İddiaçı məktəbin ibtidai sinif müəllimi qardaşının vəfatı ilə əlaqədar olaraq müəssisənin maliyyə imkanları daxilində əməkhaqqı saxlanılmaqla xx.xx.2023-ci ildən xx.xx.2023-ci ilədək (7 iş günü) icazə verilməsi, zəfər günü bayramı nəzərə alınmaqla – 4 gün əlavə edilməsi, işçi xx.xx.2023-cü ildən işdə hesab edilməsi əmr edilmişdir. Bunun üçün əsas Azərbaycan Respublikası Təhsil X15 İttifaqının kollektiv sazişinin 5.1.2-ci bəndi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 179 maddəsinin "i" bəndi, təlim-tərbiyə işləri üzrə direktor müavini Aynur Musayevanın təqdimatı göstərilmişdir. - 170 nömrəli tam orta məktəbin direktoruna həmin məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini X21 tərəfindən verilmiş təqdimatdan görünür ki, ibtidai-sinif müəllimi İddiaçı qardaşının yas mərasimi ilə əlaqədar xx.xx.2023-cü ildən dərslərdə iştirak edə bilmədiyi bildirilmiş və onun işə qayıdanadək tədris etdiyi dərslərin məktəbin xüsusi təhsil proqramı ilə dərs tədris edən ibtidai sinif müəllimi X19 dərs cədvəlində müvəqqəti dəyişiklik edilərək tədris etməsinə münasibət bildirilməsini xahiş etmişdir. - Bakı şəhəri üzrə Təhsil İdarəsi 170 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Aslanovaya həmin məktəbin sinif müəllimi X19 ünvanladığı xx.xx.2023-cü il tarixli ərizənin direktor tərəfindən əsli ilə düz olduğu təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ailə məsələləri ilə bağlı onun dərs dediyi 1d sinfində dərsləri əvəz etməyə etiraz etmədiyini bildirmişdir. Ərizə icra üçün qəbul edilmiş və möhürlənmişdir. - Sabunçu rayonu 170 nömrəli tam orta məktəb üzrə 405 nömrəli xx.xx.2023-cü il tarixli "Buraxılan və əvəz edilən dərslər barədə" əmrin çıxarışdan görünür ki, İddiaçı 1d sinfində buraxdığı dərs saatları xx.xx.2023-ci ildən müəllim işə qayıdanadək məktəbin ibtidai sinif müəllimi X24 tərəfindən tədris edilməsi əmr edilmişdir. Əmrin əsası olaraq təlim-tərbiyə işləri üzrə direktor müavini Aynur Musayevanın teqdimatı, X19 ərizəsi, buraxılan və əvəz edilən dərslərin uçotu kitabı, dəyişiklik edilmiş dərs cədvəli olduğu göstərilmişdir. - Sabunçu rayonu 170 nömrəli tam orta məktəb üzrə 410 nömrəli xx.xx.2023-cü il tarixli "Buraxılan və əvəz edilən dərslər barədə" əmrin çıxarışdan görünür ki, İddiaçı 1d sinfində buraxdığı dərs saatları xx.xx.2023-ci ildən müəllim işə qayıdanadək məktəbin ibtidai sinif müəllimi X24 tərəfindən tədris edilməsi əmr edilmişdir. Əmrin əsası olaraq təlim-tərbiyə işləri üzrə direktor müavini Aynur Musayevanın teqdimatı, X19 ərizəsi, buraxılan və əvəz edilən dərslərin uçotu kitabı, dəyişiklik edilmiş dərs cədvəli olduğu göstərilmişdir. - Sabunçu rayonu 170 nömrəli tam orta məktəb üzrə 433 nömrəli xx.xx.2023-cü il tarixli "Əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə" əmrin çıxarışdan görünür ki, İddiaçı məktəbin ibtidai sinif müəllimi səhhəti ilə əlaqədar olaraq xx.xx.2023-cü ildən xx.xx.2023cü ilədək səhhəti ilə əlaqədar xəstə olduğu üçün xəstəlik verəqi verilməsi əmr edilmişdir. İşə başlama vaxtı xx.xx.2023-cü il hesab edilmişdir. - İddiaçının Bakı şəhəri üzrə Təhsil İdarəsi 170 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Aslanovaya ünvanladığı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələrin fotoşəklindən görünür ki, iddiaçı qardaşının rəhmətə getməsi və onun cümə axşamında iştirak etməsi üçün icazə istəmişdir. Ərizələr yalnız iddiaçı tərəfindən imzalanmışdır, başqa qeydlər edilməmişdir. - Sabunçu rayonu 170 nömrəli tam orta məktəb üzrə 456 nömrəli xx.xx.2023-cü il tarixli "Əmək haqqının tutulması barədə" əmrin çıxarışdan görünür ki, məktəbin informatika müəllimi X8 xx.xx.2023-cü ildə 1d sinfində 1 saat buraxdığı dərsin əmək haqqı ödənilməsi əmr edilmişdir. - Sabunçu rayonu 170 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü ildə keçirilən 10 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, 170 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsi ibtidai sinif müəllimi İddiaçı məktəb rəhbərliyi tərəfindən intizam tənbehi töhmət verilməsinə etiraz edilmədiyi qərara alınmışdır. - Sabunçu RPİ-nin 12-ci PŞ-nın baş təhqiqatçısı, polis mayoru X11 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X6 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibinin əlamətləri aşkar edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir. - Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyevanın "Vəzifənin icrasından müvəqqəti azad edilmə və vəzifənin icrasının həvalə edilməsi barədə" əmrdən görünür ki, Bakı şəhəri 170 nömrəli tam orta məktəbin direktoru X12 müvafiq X5 işinin təşkilinə cəlb edilmələri ilə əlaqədar onların əsas iş yeri üzrə aldığı orta əməkhaqqı saxlanılmaqla 09 dekabr 2023-cü il tarixdən 11 fevral 2023-cü il tarixədək vəzifələnin icrasından müvəqqəti olaraq azad edilmiş, onun vəzifəsi təlim-tərbiyə işləri üzrə direktor müavini X16 həvalə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən sözügedən əmrin ləğvinə əsas kimi 3 əsas hal göstərilmişdir. Birincisi-əmrin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması, ikinci-əmrin qanunvericilikdə nəzərdə tutulan müdətdən gec verilməsi, üçüncüsü isə-ümumiyyətlə əmrdə göstərilən halların baş verməməsi. Məhkəmə tərəfindən sübutlar tədqiq olunaraq müəyyən olunmuşdur ki, intizam təbehinin verilməsi barədə xx.xx.2023-cü il tarixli əmr X21 tərəfindən imzalanmışdır. Həmin vəzifəni icra etmək səlahiyyəti ona qanunvericiliklə nəzərdə tutulan qaydada Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tərəfindən verilmişdir. Bundan başqa, mübahisələndirilən əmrdə istinad olunan son pozuntunun tarixi xx.xx.2023-cü il qeyd olunmuş, əmr isə xx.xx.2023-cü il tarixdə, yəni qanunda nəzərdə tutulan bir ay müddətində verilmişdir. Əmrdə qeyd olunduğu kimi iddiaçının məktəbin əmək intizamını pozması halı isə məhkəmə tərəfindən tədqiq olunan videoyazılarda tam əksini tapmışdır. Məhkəmə hazırkı mübahisənin həlli üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıdakı normalarına istinad olunmasını zəruri hesab edir. Maddə 186 (1-ci hissə). İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 186 (4-cü hissə). İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Maddə 187 (1-ci hissə). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 187 (2-ci hissə). İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddə 187 (3-cü hissə). İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Maddə 188 (1-ci hissə). İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Maddə 188 (2-ci hissə). Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. Sadalanan normalarda intizam tənbehin verilməsi şərtləri və qaydası açıqlanmışdır. Məhkəmə hesab edir ki, intizam tənbehin tətbiq edilməsi barədə əmrin ləğv edilməsi üçün yuxarıda qeyd olunan müddəalardan biri və ya biriləri pozulmuş olmalıdır. İş materiallarına əlavə edilmiş Sabunçu rayonu 170 nömrəli tam orta məktəb üzrə 480 nömrəli xx.xx.2023cü il-tarixli "İntizam tənbehinin verilməsi barədə" əmrin çıxarışdan görünür ki, əmr müəyyən edilmiş formada və müddətdə, səlahiyyəti təsdiq olunmuş şəxs tərəfindən əmək vəzifələrini yerinə yetirməmiş və intizam qaydalarını pozmuş iddiaçı barəsində çıxarılmışdır. İddiaçının onun barəsində çıxarılmış əmrdə qeyd olunan bütün faktlar öz əksini sübut kimi təqdim olunmuş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş "flascard"dakı səs və videoyazılarda tapmışdır. Videoyazılar Sabunçu rayonu 170 nömrəli tam orta məktəbdəki müşaiyət kameraları vasitəsi ilə qeydə alınmışdır. Belə ki, həmin "flascard"da olan "ozune qesd etme" adı verilmiş videoyazıdan görünür ki, İddiaçı məktəb direktorunun otağında yüksək səslə danışaraq məktəbin ümumi iş rejimini pozmuş, daha sonra fincanı sındıraraq özünə qəsd etməyə çalışmışdır. Bundan sonra "direktoru öldürəcəyi ilə hədələməsi" adı verilmiş videoyazıdan iddiaçının yenə direktorun otağında səs-küy salmış, X10 öldürməklə hədələyərəq ona "özümü də öldürərəm, səni də öldürərəm" demişdir. "Flascard"da olan və məhkəmə baxışı zaman tədqiq edilmiş səsyazılırdan İddiaçı məktəbin direktoru X9, direktorun müavini X16, "Şahnaz" adlı həmin məktəbdə çalışan digər müəlliməyə qarşı nalayiq təhqiredici ifadələr işlətmiş, onların şərəf və ləyaqətini alçadan sözlər demişdir. Göstərilənlərə əsasən məhkəmə həsab edir ki, mübahisələndirilən əmrdə qeyd olunan faktlar sübut edilmişdir. Sözügedən əmr əsaslı olduğundan və qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun çıxarıldığından İddiaçı Sabunçu rayonu 170 nömrəli tam orta məktəb üzrə 480 nömrəli xx.xx.2023-cü il-tarixli "İntizam tənbehinin verilməsi barədə" əmrin ləğv edilməsinə dair iddia tələbi təmin edilməməlidir. İddiaçının vurulmuş mənəvi ziyanın əvəzi olaraq 5*** manat pulun cavabdehdən tutulması barədə tələbinə dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinə əsasən, "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Sadalanan normaların birgə təhlilindən görünür ki, mənəvi zərər tələb etmək hüququ yalnız o halda yarana bilər ki, həmin zərər onun hüquqlarının pozulması nəticəsində əmələ gəlmiş olsun. Hazırkı iş üzrə iddiaçı cavabdeh tərəfindən onun hər hansı hüquqlarının pozulmasını, bunun nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini sübut etməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddia tələbinin 5*** manat məbləğində mənəvi ziyanın ödənilməsi hissəsində də təmin edilməməlidir. İddiaçı həmçinin ödənilmiş 60 manat mediasiya xərcinin və hüquqi yardım göstərilməsi üçün ödənilmiş 300 manat, cəmi 360 manat pulun cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, hazırki iddia tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməli, yəni bu hissədə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi 170 nömrəli tam orta məktəbə qarşı "intizam tənbehin verilməsi barədə əmrin ləğv edilməsi və mənəvi zayanın ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №2(008)-2432/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2432/2024
23.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver