Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2490/2025 14.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Cavabdeh2 qarşı “icra məmurunun hərəkətlərinin qanunsuzluğu” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Cavabdeh2 qarşı “icra məmurunun hərəkətlərinin qanunsuzluğu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsi Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə 10 fevral 2025-ci il tarixdə daxil olmuşdur. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-cü və 152.1.1-ci maddələrinin tələblərinə uyğun olaraq icraata götürülmədən geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan göründüyü kimi İddiaçı1 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlı məhkəməyə iddia icraatı qaydasında iddia ərizəsi ilə müraciət etmişdir. Lakin qanunvericiliyin tələblərinə uyğun olaraq, icra məmurunun hərəkətləri ilə bağlı icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət olunmalı idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verildiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləinin 152, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Cavabdeh2 qarşı “icra məmurunun hərəkətlərinin qanunsuzluğu” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə apellyasiya şikayətinin məhkəməyə verilməsi üçün üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu həmin ödənişi həyata keçirmiş İddiaçı1 nümayəndəsi vəkil Nümayəndə büdcədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Sabunçu Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-2490/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2490/2025
14.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver