Məhkəmə qərarları › İş №2(008)-2521/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2521/2022

30.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2521/2022 30.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Şəms Aqşin qızının katibliyi, İlk iddia üzrə İddiaçı nümayəndəsi X4, Qarşılıqlı iddia üzrə iddaçı Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “aparılan tikinti işlərinin dayandırılması” tələbinə dair ilk iddia ərizəsi, qarşılıqlı iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “fərdi yaşayış evinin inşa edilməsinə qarşı yaradılan maneələrin qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləəç bağ massivində 2500 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin sökülməsi və tikinti materiallarının ərazidən cavabdehin hesabına təmizlənməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləəç bağ massivində 2500 kv.m torpaq sahəsində qanunsuz olaraq tikinti işləri aparmağa başlamışdır. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləəç bağ massivində 2500 kv.m torpaq sahəsində müvafiq dövlət qurumlarından hər hansı icazə almadan, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini kobud şəkildə pozmaqla qanunsuz olaraq fərdi yaşayış evinin tikintisini həyata keçirməyə başlamışdır. Cavabdehə tikintinin dayandırılması barədə dəfələrlə şifahi şəkildə xəbərdarlıq olunsa da o, buna məhəl qoymayaraq tikinti işlərini davam etdirir. Cavabdeh qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsini, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləəç bağ massivi ünvanında icarəyə götürdüyü torpaq torpaq sahəsi üzərində fərdi yaşayış evlərinin tikintisi ilə əlaqədar aparılan inşaat işlərinə İddiaçı tərəfindən qanunsuz müdaxilənin qadağan edilməsi barədə qətnamə qəbul edlməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləəç bağ massivi adlanan ərazisində yerləşən 2500 kv.m torpaq sahəsi onunla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli İcarə müqaviləsinə əsasən xx.xx.2099-ci il tarixə qədər icarə hüququ əsasında onun istifadəsinə verilmişdir. Hazırda həmin torpaq sahəsində qanunveriliciyə uyğun olaraq fərdi yaşayış evi inşa edilir. Lakin bir sıra maneçiliklər yaradılır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı nümayəndəsi X5 iddia ərizənin və tələbin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddaçı Cavabdeh nümayəndəsi və vəkili X2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, ilk və qarşılıqlı iddia ərizələrini və iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi təmin edilməməli, qarşılılqlı iddia tələbi təmin edilməlidir. Hazırda ilk iddia üzrə iddiaçı mübahisəli tikintinin sökülməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ilk iddia tələbinin qanunsuz və əsassız olduğu qənaətinə gəlmişdir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərabycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsini qeyd etmişdir. Həmin maddəyə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 365 №-li Qərarı ilə təsdiq edilmiş «Dövlət şəhərsalma nəzaritinin həyata keçirilməsi Qaydaları»-nın 4.2-ci bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir, 4.3-cü bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir. Göründüyü kimi, iddiaçının qanunsuz tikinti aşkar etdiyi halda yerli icra hakimiyyəti orqanının nəzarəti tikinti işlərinin dayandırılması barədə yazılı tövsiyyə verməkdən ibarət ola bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsinə əsasən tikinti obyektlərinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı əsasında sökülməsi və ya həmin orqan tərəfindən məhkəməyə verilən iddialar üzrə nəzərdə tutulub. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı belə bir iddia qaldırmağa dair subyektiv hüququ yoxdur. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbini dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə Sabunçu rayonu Maştağa Bələdiyyəsi arasında notarial qaydada təsdiq edilmiş 27 sentyabr 2006-cı il tarixli torpaq icarə müqaviləsinin surətindən görünür ki, Maştağa Bələdiyyəsi tərəfindən Ləəc bağlar massivi ərazisində yerləşən 2500 kv.m torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının istinad etdiyi halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi də çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləəç bağ massivi ərazisində yerləşən 2500 kv.m torpaq sahəsi Cavabdeh qanuni istifadəsində olduğundan və onun tərəfindən orada inşa edilmiş fərdi yaşayış evlərinə İddiaçı tərəfindən qanunsuz müdaxilə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləəç bağ massivi ünvanında icarəyə götürdüyü torpaq sahəsi üzərində fərdi yaşayış evlərinin tikintisi ilə əlaqədar aparılan inşaat işlərinə İddiaçı tərəfindən qanunsuz müdaxilə qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar