Məhkəmə qərarları › İş №2(008)-2563/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2563/2022

14.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2563/2022 14.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, iddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, Sabunçu Rayon Prokurorluğu, 3 saylı Şəhər Klinik Xəstəxanasına qarşı “pul” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, Sabunçu Rayon Prokurorluğuna, 3 saylı Şəhər Klinik Xəstəxanasına qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizədən görünür ki, ərizədə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. AZərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, ərizənin xahiş etdi hissəsində nəzərdə tutulan “cavabdehlər Cavabdeh1, Cavabdeh2ndən, Sabunçu Rayon Prokurorluğundan və 3 saylı Şəhər Klinik Xəstəxanasından (Sabunçu Rayon Xəstəxanası) aşağıdakı tələblər üzrə iddiaçıya dəymiş zərər və ziyanlara görə müvafiq qaydada və məbləğlərdə xeyrinə ümumi kompensasiya məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş edərək: “Bu günkü günə qədər (əvvəlki dövr üçün) müalicəyə və həmçinində əməliyyatlara çəkilmiş ümumi xərclərin 40 000 manat hissəsi məbləğində, əvvəlki dövr üçün əldən çıxmış ümumi qAZancının 32 400 manat hissəsi məbləğində, Almaniya klinikasında əməliyyat olunmağı üçün 35 000 manat məbləğində vəsait və 5000 manat məbləğində gediş-gəliş və digər əlavə xərclər üçün kompensasiya və cəmi 40 000 manat məbləğində”, “ vurulmuş zərərin icbari sığortaçısından ala bilmədiyi 8500 manat kompensasiya məbləğinin (Hadisəni təsdiq edən müvafiq qərar təqdim edilmədiyi üçün 5000 manat məbləğində avtomobilə dəymiş ziyana görə və 3500 manat məbləğində sağlamlığa ağır zərər vurulduğuna görə kompensasiyanı sığortaçıdan ala bilmədiyi üçün)”, “əmlaka (avtomobil - 7000 manat hissəsi, marketdə olan ərzaq mallarına görə - 30 000 manat hissəsi və hadisə vaxtı üzərində olan 1700 manat məbləğində vəsait) dəymiş ziyana görə cəmi mənəvi istirab və əzaba görə dəymiş zərərin 50 000 manat hissəsi məbləğində” və “xx.xx.2022-ci il tarixindən etibarən yaşamağı və müalicə xərcləri üçün ömürlük hər ay 500 manat məbləğində vəsaitin tutulması” tələbləri bir-biri ilə əlaqədar olmadığı üçün ayrı-ayrı iddia ərizəsi formasında verilməlidir. AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Qeyd olunan qanunvericilik aktı normasına, əsasən, hesab edirəm ki, bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən müvafiq nöqsanı aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, Sabunçu Rayon Prokurorluğu, 3 saylı Şəhər Klinik Xəstəxanasına qarşı “pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Ərizəçi izah olunur ki ərizədə qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar