Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2677/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, Ərizəçi maraqlı şəxs Naxçıvan MR Ədliyyə Nazirliyi olmaqla vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında düzəlişin aparılmasına dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Naxçıvan MR Ədliyyə Nazirliyi olmaqla vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında düzəlişin aparılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında Ramin adının Ramil adı ilə əvəz edilməsinə dair müvafiq düzəliş edilməsinin müəyyən edilməsi, doğum haqqında şəhadətnamənin dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən verilmiş ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. Ərizənin məzmunundan görünür ki, ərizəçinin xahişi inzibati orqanın səlahiyyətlərinə aiddir. Məhkəmə qeyd edir ki, inzibati orqanın üzərinə müəyyən öhdəliyin qoyulması barədə iddialara mülki məhkəmə icraatı qaydasında baxılmır, hazırkı tələb üzrə iddiaçı inzibati orqana və ya inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə məhkəmə dövlət rüsumunu geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Naxçıvan MR Ədliyyə Nazirliyi olmaqla vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında düzəlişin aparılmasına dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə qaytarılsın. Ərizəçiyə izah edilsin ki, hazırkı tələblə bağlı müvafiq inzibati orqana və ya inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-2677/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2677/2023
28.02.2023 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver