Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2758/2022 07.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçılar İddiaçı1 Zeynalabdi oğlu və İddiaçı2, Cavabdeh X4in iştirakları ilə, İddiaçılar İddiaçı1 Zeynalabdi oğlu və İddiaçı2 Cavabdehlər X4, X5, X9, X6 qarşı yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında, məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 Zeynalabdi oğlu və İddiaçı2 cavabdeh X4, X5, X9, X6 qarşı məhkəməyə iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əşrəf Yunisov küçəsində yerləşən 34 saylı (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əşrəf Yunisov küçəsi, ev 110) fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdilər. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əşrəf Yunisov küçəsində yerləşən 34 saylı (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əşrəf Yunisov küçəsi ev 110) fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə iddiaçılara məxsusdur. Onlar həmin evin 1/2 hissəsi xx.xx.2018-ci il tarixdən X7, 1/2 hissəsi isə xx.xx.2021 -ci il tarixdən İddiaçı1 məxsusdur. İddiaçı1 həmin fərdi yaşayış evinin 1/2 hissəsini 16 sentyabr 2021 -ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh X1 almışdır. Daha sonra isə həmin alqı-satqı müqaviləsi xx.xx.2021 -ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilmişdir. Lakin buna baxmayaraq cavabdehlər ona aid hissədə pasport qeydiyyatında qalmışlar. Cavabdehlər onların ailə üzvləri deyildir, hətta həmin şəxslərlə heç bir qohumluq əlaqələri də yoxdur. Cavabdehlər X5, X9, X10 iddia ərizəsində qeyd olunan ünvana məktub göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulan qaydada xəbərdar edilsələr də, onlar məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə adları çəkilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 Zeynalabdi oğlu və İddiaçı2 iddianı müdafiə etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 izahat verərək qeyd etdi ki, o, mənzilin 1/4 hissəsini digər cavabdehlərdən almış, onlar qeydiyyatdan çıxmalarına söz versələr də, bu günədək qeydiyyatdan çıxmamışdılar. Onların harada olmaları barədə heç bir məlumatı yorxdu. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, mülki iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Dövlət Reysetrindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 181,06 kv metr olan fərdi yaşayış evi (sonradan – mübahisəli ev) və onun altındakı 0,043080 ha torpaq sahəsi iddiaçılar İddiaçı1 Zeynalabdi oğlu (1/4 hissə xx.xx.2021-ci il tarixdən) və İddiaçı2 (3/4 hissə xx.xx.2021-ci il tarixdən) xüsusi mülkiyyətlərindədir. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin”dən görünür ki, X4 mübahisəli evin 1/4 hissəsini İddiaçı1 Zeynalabdi oğluna satmışdır. Satıcı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, mübahisəli evdə X4, X5, X9, X10 qeydiyyatdadırlar. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, mübahisəli evi İddiaçı1 Zeynalabdi oğlu alqı-satqı müqaviləsinə əsasən cavabdeh X1 almışdır. Qeyd olunan ev hal-hazırda iddiaçılar İddiaçı1 Zeynalabdi oğlu və İddiaçı2 xüsusi mülkiyyətindədir. Mənzilin keçmiş mülkiyyətçisi və onun ailə üzvləri mübahisəli evdən qeydiyyatdan çıxmamışlar. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 Zeynalabdi oğlu və İddiaçı2 mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onların xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir, cavabdehlərin istifadə hüquqları yoxdur, onların qeydiyyatı formal xarakter daşıyır. Ona görə də İddiaçı1 Zeynalabdi oğlu və İddiaçı2 mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və cavabdehin ailə üzvləri ilə birlikdə İddiaçı1 Zeynalabdi oğlu və İddiaçı2 mülkiyyətində olan evə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər X4, X5, X9, X3 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əşrəf Yunisov küçəsində yerləşən 34 saylı (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əşrəf Yunisov küçəsi, ev 110) fərdi yaşayış evinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə X4, X5, X9, X3 evə olan qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2758/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2758/2022
07.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver