Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2822/2020 06.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqrasiya qaydasında tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5000 manat yol nəqliyyatı hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu, ümumilikdə 5030 manatın tutularaq “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-də PME ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış Cavabdeh xx.xx.2019-cu il tarixdə idarə etdiyi "Daewoo Gentra" markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nəsimi rayonu A.Bakıxanov küçəsi ilə hərəkət edən zaman manevretmə qaydasını pozmuş və nəticədə "Nissan Sunny" markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Yuxarıda qeyd edilən yol nəqliyyat hadisəsi ilə bağlı Nəsimi RPİ-nin DYPŞ-də tərtib olunmuş TP ******* saylı inzibati tənbehz vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh müəyyən olunmuş, həmçinin protokolda Cavabdeh hadisə baş verən zaman idarəetmə hüququ olmadığı (etibarnamə) da qeyd edilmişdir. Beləliklə, yol nəqliyyat hadisəsi baş verməsi nəticəsində "Nissan Sunny" markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobillə 6519 manat məbləğində maddi zərər dəymişdir. PME ********** nömrəli sığorta şəhadətnaməsinə və xx.xx.2019-cu il tarixli İAS 192593 saylı sığorta ödənişi aktına əsasən “xxxx” ASC tərəfindən zərərçəkənə 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədi və iddianın radd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adaları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). “Sığortaçı” «xxxx» ASC tərəfindən “sığortalı” Cavabdeh arasında "Daewoo Gentra" markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsinə dair «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə bir il müddətinə xx.xx.2019-cu il tarixli ********** №-li İcbari Sığorta müqaviləsi bağlanmışdır (İcbari Sığorta müqaviləsinə dair Məlumatın surəti). Həmin avtomobilin mülkiyyətçisi "xxxx" MMC-dir (nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi). xx.xx.2019-cu il tarixdə Cavabdeh idarəetmə hüququ olmadan (etibarnamə) həmin avtomobili Bakı şəhəri Nəsimi rayonu A.Bakıxanov küçəsində idarə edərkən yol nəqliyyat hadisəsi törədərək "Nissan Sunny" markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bununla da Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 -cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir (Nəsimi rayon DYPŞnin AP № ******* saylı inzibati xəta haqqında protokolun təsdiq olunmuş surəti). xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində "Daewoo Gentra" markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir (Bakı şəhəri Nəsimi rayon DYPŞ-nin xx.xx.2019-cu il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarının surəti). "Nissan Sunny" markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi 6519,00 manat təşkil etmişdir («KİA Motors» tərəfindən verilmiş xx.xx.2019cu il tarixli qüsur Aktının təsdiq olunmuş surəti). Qeyd olunan hadisə ilə əlaqədar «xxxx» ASC tərəfindən xx.xx.2019-cu il tarixli LAS192593 №-li sığorta aktı tərtib edilmişdir. «xxxx» ASC tərəfindən X2 hesabına 5000 manat məbləğində pul köçürülmüşdür (4284 №-li xx.xx.2019-cu il tarixli ödəniş tapşırığının təsdiq olunmuş sürəti). Hazırda iddiaçı cavabdehdən 5000 manat məbəğində verilmiş sığorta ödənişinin tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 922.1-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qununun 15.2-ci maddəsinə əsasən zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. 15.3. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir. Həmin Qanunun 15.3.1-ci maddəsinə əsasən zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İşdə olan sənədlərdən görünür ki, "Daewoo Gentra" markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsus olmuş və yol nəqliyyat hadisəsi törədilən zaman Cavabdeh həmin avtomobili idarəetmə (etibarnamə) hüququ olmamışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh "Daewoo Gentra" markalı ** AR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarəetmək hüququ olmadan idarə edərkən X5 məxsus "Nissan Sunny" markalı ** CL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan vurulmasına səbəb olan hərəkətlərə yol vermiş, nəticədə sonuncuya ziyan dəymiş və həmin ziyanın məbləği olan 5000 manat «xxxx» ASC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 5000 manat yol nəqliyyatı hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu, ümumilikdə 5030 manat tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5000 manat yol nəqliyyatı hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu, ümumilikdə 5030 manat tutularaq “xxxx” ASC-yə ödənilsin. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimTahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2822/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2822/2020
06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver