Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2829/2023 05.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda 79 №li mənzildə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il „ tarixli Səmcamı ilə X4 iştirakçısı kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə inşa olunmuş ünvan 1 ünvanda 79 №-li mənzillə təmin olunmuşdur. Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli Sərəncamına əsasən iddiaçı 2 nəfərlik ailə tərkibilə -(özü və mərhum oğlu Səttarov Ramiz) X4nin iştirakçısı kimi mənzil növbəsinə götürülmüş və vətəndaşların birinci növbəlilik siyahısına daxil edilmişdir. Odur ki, ünvan 1 ünvanda 79 №li mənzil də iddiaçıya oğlu ilə yaşamaq üçün verilmişdi. İddiaçı 2017-ci il tarixdə qızı Cavabdeh yaşadığı mənzilə qeydiyyata düşə bilmədiyinə görə sahibliyində olan mənzilə ünvan 3 ünvanda 79 №-li mənzilə qeydiyyata saldırmışdır. Lakin, Cavabdeh bir gün də olsun ünvan 1 ünvanda 79 №-li mənzildə yaşamayıb. Bu halı MKİS-dən verilən xx.xx.2023-cü il tarixli 25№ -li arayış da təsdiq edir. Cavabdeh iddiaçının mənzilində formal olaraq qeydiyyatda qaldığına görə iddiaçı əmlak üzərində sərbəst şəkildə sərəncam verə bilmir. xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə АR MPM-nin 185-ci maddəsini rəhbər tutaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, cavabdeh qeyd olunan evdə yaşamır və heç vaxt yaşamayıb. Özünün 5 otaqlı evi var və ora qeydiyyata düşə bilər. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal təsərrüfatı Departamenti 3 saylı xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı birliyinin 73 saylı Mənzil-Kommunal istismar sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı, X1 və Cavabdeh ünvan 1 ünvanda 79 №-li mənzildə daimi qeydiyyatdadırlar. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal təsərrüfatı Departamenti 3 saylı xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı birliyinin 73 saylı Mənzil-Kommunal istismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 25 saylı arayışdan görünür ki, Cavabdeh Zabrat qəsəbəsi, Zabrat Pirşağı yolu 1-ci km, 1-ci dalan, ev 6 mənzil 79 ünvanında qeydiyyatda olsa da, heç vaxt həmin ünvanda yaşamayıb və hal-hazırda yaşamır. - Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 421 nömrəli xx.xx.2009cu il tarixli sərəncamına əsasən vətəndaş İddiaçı 2 nəfərlik ailə tərkibi ilə X4 iştirakçısı kimi mənzil növbəsinə götürülmüş və vətəndaşların birinci növbəlilik siyahısına daxil edilmişdir. - Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısı tərəfindən AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi cənab Şəmsi Şahvələdova ünvanlanmış məktubun surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon icra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 421 №-li Sərəncamı ilə X4 iştirakçısı İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakı şəhərinin Sabunçu. Xəzər, Yasamal və Qaradağ rayonlarında inşa olunmuş hər biri 81 mənzilli beş yaşayış binasında ehtiyatda saxlanılan mənzillərin X4 əlilləri və iştirakçılarına (1941 -1945-ci illər əlilləri və iştirakçıları) bölgüsünün həyata keçirilməsi məqsədilə 08 noyabr 2010-cu il tarixli 11/7-143 №-li əmrlə yaradılmış komissiyanın 29 aprel və 04 may 2011-ci il tarixli iclaslarının qərarına əsasən, ünvan 8 ünvanda faydalı sahəsi 42,24 kv.m., ümumi sahəsi 91.69 kv.m. olan 79 №-li mənzil ilə təmin edilmişdir. -AR ƏƏSMN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-17/2-4396/2023 saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Sabunçu rayonunda inşa olunmuş 81 mənzilli yaşayış binasındakı mənzillərin imtiyazlı şəxslərə bölgüsünün həyata keçirilməsi məqsədilə 2010-cu il 8 noyabr tarixli 11/7-143 nömrəli əmrlə yaradılmış Komissiyanın 29 aprel və 4 may 2011-ci il tarixli iclaslarının qərarı ilə İddiaçı ünvan 9 ünvanında 79 nömrəli, ümumi sahəsi 91,69 kv.m olan ikiotaqlı mənzillə təmin olunmuşdur. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal təsərrüfatı Departamenti 3 saylı xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı birliyinin 73 saylı Mənzil-Kommunal istismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu, 1-ci km, 1-ci döngə, ev 6, mənzil 79 ünvanı Zabrat qəsəbəsi, Ruslan Göyüşov küçəsi, ev 6, mənzil 79 ilə eyni ünvandır. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən verilmiş Cavabdeh şəxsi uçot kartoçkasından görünür ki, o, İddiaçı ərizəsi əsasında Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu, 1-ci km, 1-ci döngə, ev 6, mənzil 79 ünvanına qeydiyyata düşmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat Pirşağı yolu 1-ci km, 1-ci dalan, ev 6, 79 saylı mənzil İddiaçı məxsusdur. Cavabdeh onun qızıdır. İddiaçı bildirir ki, cavabdeh formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmış, bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Cavabdehin sözügedən mənzilə, sonradan iddiaçının öz ərizəsi ilə qeydiyyata alındığı və orada yaşamaması iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2. maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. İşin araşdırılan halları ilə müəyyən edildi ki, Cavabdeh ilə mübahisəli mənzilin mülkiyyətçisi olan İddiaçı Hüsseyn qızı arasında mübahisəli mənzilə dair notariat qaydasında təsdiqlənən yazılı razılaşma yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat Pirşağı yolu 1-ci km, 1-ci dalan, ev 6, 79 saylı mənzilinə istifadə hüququ olmadığından, iddiaçı haqlı olaraq mövcud tələblə məhkəməyə müraciət etmişdir. Bundan başqa, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunununun müdəalarını nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin hər hansı ünvan üzrə qeydiyyatda olması onun həmin yaşayış yerinə istifadə hüququnun olması anlamına gəlmir, əsasən şəxslərin uçota alınmasının təmin edilməsi məqsədi daşıyır. Bu baxımdan cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat Pirşağı yolu 1-ci km, 1-ci dalan, ev 6, 79 saylı mənzilində qeydiyyatda olması onun həmin məzilə dair istifadə hüququnun olmasına dəlalət edə bilməz. Lakin, göründüyü kimi, cavabdehin sözügedən mənzildə qeydiyyatda olması səbəbindən iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı cavabdehin həmin mənzildə qeydiyyatda olması ilə məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə cavabdehin mənzildə qeydiyyatda olması maneçilik törədir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı cavabdehin həmin mənzildə qeydiyyatda olması ilə məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə cavabdehin mənzildə qeydiyyatda olması maneçilik törədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və оnlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Hüseyn qızının Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat Pirşağı yolu 1-ci km, 1-ci dalan, ev 6, 79 saylı mənzildən istifadə hüququnun olmaması müəyyən edilsin. Hazırki qətnamə cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-2829/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2829/2023
05.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver