Məhkəmə qərarları › İş №2(008)-2835/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2835/2024

14.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2835/2024 14.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoruna qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC olmaqla “icra qeydinin ləğvi edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoruna qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC olmaqla “icra qeydinin ləğvi edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş 8İ- 343 saylı, xx.xx.2024-cü il tarixli və 8İ-436 saylı, xx.xx.2024-cu il tarixli ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında icra qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 17 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-343 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsində yerləşən 0.35651 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 774 kv.m, yaşayış sahəsi, 427 kv.m, yardımçı sahəsi 347 kv.m, tikintialtı sahəsi 419,1 kv.m olan 16 B s ünvanlnda yerləşən əmlaka tutulma yönəldilmişdir, (öhdəliyi müəyyən edən 01/107 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 142.2922,97 manat əsas borc, 98142,17 manat faiz borcu, 2569,17 manat dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 1523624.21 manat təşkil edir). Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-436 saylı xx.xx.2024-cü il tarixli icra qeydi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsində yerləşən 0,18 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 561,9 kv.m, yaşayış sahəsi, 199,3 kv.m, yardımçı sahəsi 362,6 kv.m, tikintialtı sahəsi 27,1 kv.m olan 16 B f ünvanlnda yerləşən əmlaka tutulma yönəldilmişdir, (öhdəliyi müəyyən edən 02/107 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 142.2922,97 manat əsas borc, 98142,17 manat faiz borcu, 2569,17 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 1523624.21 manat təşkil edir.) Belə ki, Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-343 saylı və 8İ-436 saylı ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında icra qeydləri ilə eyni borc müqaviləsi üçün İddiaçı məxsus iki müxtəlif əmlakdan (hər birindən borcun tam tutulması üçün) tutulmanın aparılması ilə bağlı icra qeydi vermişdir. 8İ-343 saylı xx.xx.2024-cü il tarixli icra qeydi ilə 1422922.97 manat borc, 98142.17 manat faiz borcu, 2569.17 manat dəbbə pulu olmaqla, cəmi 1523634.31 manat borc pul üçün tutulma İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsində yerləşən 0.356561 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 774 kv.m olan 16B s ünvanında yerləşən əmlakına yönəldilməlidir. 8İ-436 saylı xx.xx.2024-cü il tarixli icra qeydi ilə isə eyni məbləğdə borc, yəni 1422922.97 manat borc, 98142.17 manat faiz borcu, 2569.17 manat dəbbə pulu olmaqla, cəmi 1523634.31 manat borc pul üçün tutulma müvəkkili İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsində yerləşən 0.18 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 561.9 kv.m olan 16 saylı f ünvanında yerləşən əmlakına yönəldilməlidir. Qeyri-qanuni olaraq çıxarılan bu iki icra qeydi nəticəsində İddiaçı, cəmi tutulmalı olan 1523634.31 manat borc məbləği əvəzinə 3047268.62 manat pul tutulmaq üçün icra qeydi çıxarılmışdır. Bu halda isə İddiaçı Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən mülkiyyət hüquqları açıq şəkildə pozulmuş olur. Odur ki, Bakı şəhəri 17 saylı notariat ofisinin işə laqeyd yanaşması nəticəsində eyni borc üzrə iki müxtəlif icra qeydi ilə iki müxtəlif əmlaka tutulma etməsi şəxsin mülkiyyət hüquqlarının kobud surətdə pozulmasına səbəb olmuşdur. Bu qərardan da görünürür ki, Kapital Bank icra qeydi üçün müraciət edərkən, qanunverciliyin tələblərinə əməl etmədən müraciət etmişdir. Belə ki, vəkil olaraq o, 17 Saylı Dövlət Notariat Kontoruna müraciət edərək, ofisi 8İ-343 saylı və 8İ-436 saylı icra qeydlərinin verilməsinə əsas olmuş sənədləri əldə etsə də, ipoteka müqavilələrini ümumiyyəti oxumaq mümkün olmamış, borcun yaranması ilə bağlı heç bir sənəd əlavə edilməmişdir. Eyni zamanda borcluya bildiriş göndərilmiş, lakin qəbzinə tanımadılar qeydi ilə çatdırmamışlar. Hansı tərəf uzun illərdir ki, həmin ünvanda yaşayır, ətraf qonşular hamı onu tanıyır, poçt idarələri bütün məktubları asanlıqla çatdırır. Hətta icra qeydindən sonra belə onlarla məktub həmin ünvana vaxtı vaxtında çatdırılmışdır. Bir məqamı da qeyd etmək istəyir ki, icra qeydinin verilməsi barədə ərizə sistemə xx.xx.2023-cü il tarixdə saat 00:00-da göndərilmişdir. Lakin borcluya göndərilmiş qəbzdən də asanlıqla görünür ki, həmin zərf kuriyerə xx.xx.2023-cü il tarixdə, saat 11:40 təhvil verilmiş, xx.xx.2023-cü il tarixdə isə kuriyer tanımadılar qeydi ilə qaytarmışdır. Belə olan halda necə icra qeydi xx.xx.2023-cü il tarixdə qanunun tələblərinə əməl olunmaqla göndərilmiş sayılır və icra qeydi verilir? Notariat icra qeydi haqqında ərizə ilə etibarnamə əsasında X5 müraciət etmişdir. Etibarnaməsi əlavə edilmişdir. Lakin həmin etibarnamədə X2 Mediasiya təşkilarlarında və məhkəmələrdə olan səlahiyyətləri qeyd olunsa da, notariat icra qeydi haqqında ərizə ilə müraciət edə bilməsi barədə müvafiq qeyd-bənd nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun yazılı izahat verərək bildirmişdir ki, Kapital Bank icra qeydi üçün müraciət edərkən, qanunverciliyin tələblərinə əməl etmədən müraciət etmişdir. Belə ki, vəkil olaraq o, 17 saylı Dövlət Notariat Kontoruna müraciət edərək, ofisi 8i-343 saylı və 8i-436 saylı icra qeydlərinin verilməsinə əsas olmuş sənədləri əldə etsə də, ipoteka müqavilələrini ümumiyyətlə oxumaq mümkun olmamış, borcun yaranması ilə bağlı heç bir sənəd əlavə edilməmişdir. Eyni zamanda borcluya bildiriş göndərilmiş, lakin qəbzinə tapmadılar qeydi ilə çatdırmamışlar. Hansı tərəf uzun illərdir ki, həmin ünvanda yaşayır, ətraf qonşular hamı onu tanıyır, poçt idarələri bütün məktubları asanlıqla çatdırır. Hətta icra qeydindən sonra belə onlarla məktub həmin ünvana vaxtı vaxtında çatdırılmışdır. Bundan başqa icra qeydinin verilməsi barədə ərizə sistemə xx.xx.2023-cü il tarixdə saat 00:00-da göndərilmişdir. Lakin borcluya göndərilmiş qəbzdən də asanlıqla görünür ki, həmin zərf kuriyerə xx.xx.2023-cü il tarixdə, saat 11:40 təhvil verilmiş, xx.xx.2023-cü il tarixdə isə kuriyer tanımadılar qeydi ilə zərfi geri qaytarmışdır. Belə olan halda necə icra qeydi xx.xx.2023-cü il tarixdə qanunun tələblərinə əməl olunmaqla göndərilmiş sayılır və icra qeydi verilir? Qeyd olunan icra qeydinin qəbul edilməsi üçün qanunvercilyin tələblərinə əməl edilməmişdir. Tərəf ümumiyyətcə o bildirişi almamışdır. Daha doğrusu alması imkansız olmuşdur. İcra qeydi sisteme yerləşdirildikdən sonra həmin bildiriş göndərilmişdir. Əslində isə o bildiriş göndərilməli, tərəf aldıqdan sonra 20 gün müddət gözlənməli sonra icra qeydi üçün sənədlər oxunaqlı şəkildə göndərilməli idi. Lakin hazırkı icra qeydləri bütün bu qanunverciliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Ayrıca 2 fəqli icra qeydində ayrı-ayrı borclar göstərilmişdir. Borclu şəxs həmin borcunu ödəmək iqtidarında olduqda kim bu barədə dəqiq deyə biləcək ki, bir dəfə ödənin həmin məbləğ ilə iki icra qeydinə xitam veriləcək. Məhkəmə zalında cavabdehin nümayəndəsi qeyd etmişdir ki, icra qeydində olan borc əslində bir borcdur. Lakin iki fərqli icra qeydi olduğunu üçün bu vətəndaşın öhdəliyini süni şəkildə artırılmasına hüquqlarının kod şəkildə pozulmasına səbəb olur. Nümayəndə əlavə olaraq qeyd etmişdir ki, ipoteka predmeti 2 mənzil olduğu üçün 1 icra qeydində 2 mənzili qeyd etmək olmadığı üçün sisteme bu formada yerləşdirilmişdir. Lakin belə olan halda yaranmış təcrübəyə əsasən tələbkar icra qeydi ilə yox, müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət etməlidir. Eyni zamanda hazırkı pozuntularla qəbul edilmiş icra qeydlərinin ləğv olunması ilə bağlı xeyli sayda qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcuddur. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmşdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəfin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməçəlidir. İş materiallarına əlavə edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli 8İ-436 nömrəli icra qeydindən görünür ki, ipoteka saxlayan "xxxx" ASC-nin ipoteka qoyan İddiaçı məxsus ipotek predmeti olan ünvan 1 ünvanında yerləşən 0.18 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 561.9 kv.m yaşayış sahəsi 199.3 kv.m yardımçı sahəsi 362.6 kv.m tikintialtı sahəsi 27 kv.m olan 16 saylı f ünvanında yerləşən əmlaka tutma yönəldilməsini qərar almışdır. ( öhdəliyi müəyyən edən 02/107 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1422922.97 manat əsas borc, 98142.17 manat faiz borcu, 2569.17 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 1523534.31 manat təşkil edir). xx.xx.2024-cü il tarixli 8İ-343 nömrəli icra qeydindən görünür ki, ipoteka saxlayan "xxxx" ASC-nin ipoteka qoyan İddiaçı məxsus ipotek predmeti olan ünvan 1 ünvanında yerləşən 0.356561 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 774 kv.m olan 16B s ünvanında yerləşən əmlaka tutma yönəldilməsini qərar almışdır. ( öhdəliyi müəyyən edən 02/107 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1422922.97 manat əsas borc, 98142.17 manat faiz borcu, 2569.17 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 1523534.31 manat təşkil edir). 02/107 nömrəli xx.xx.2021-ci il tarixli X1 görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında olan müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən 0.18 ha torpaq sahəsi və onun üzərində yerləşən 561.9 kv.m ümumi, 199.3 kv.m yaşayış, 362.6 kv.m yardımçı, 27 kv.m tikintialtı sahədən ibarət olan 8 otaqlı fərdi yaşayış evi 96/107 nömrəli, xx.xx.2021-ci il tarixli korpirativ müştəriyə verilən kreditlər üzrə ümumi müqavilə çərçivəsində imzalanan və onun ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 01 saylı əlavəsinə əsasən gələcəkdə yaranan öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipotekaya qoyulmuşdur. 01/107 nömrəli xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli X1 görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında olan müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsi ünvanında 0.35651 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 774 kv.m yaşayış sahəsi 427 kv.m yardımçı sahəsi 347 kv.m tikinitaltı sahəsi 419.1 kv.m olan 16 b saylı fərdi yaşayış evi 96/107 nömrəli, xx.xx.2021-ci il tarixli korpirativ müştəriyə verilən kreditlər üzrə ümumi müqavilə çərçivəsində imzalanan və onun ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 01 saylı əlavəsinə əsasən gələcəkdə yaranan öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipotekaya qoyulmuşdur. xx.xx.2021-ci il tarixli xx.xx.2021-ci il tarixli, 02/107 saylı X3 Dəyişiklik edilməsi ilə bağlı 01 saylı Əlavədən görünür ki, ipoteka ilə təmin edilmiş maksimal borcalma limitinin məbləği və valyutası bərpa olunan 4.500.000 manat ekvivalentində olması müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli xx.xx.2021-ci il tarixli, 01/107 saylı X3 Dəyişiklik edilməsi ilə bağlı 01 saylı Əlavədən görünür ki, ipoteka ilə təmin edilmiş maksimal borcalma limitinin məbləği və valyutası bərpa olunan 4.500.000 manat ekvivalentində olması müəyyən edilmişdir. Kapital Bank ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişin məzmunundan görünür ki, bank Master Trade MMC, Səfərov Elşən məhərrəm oğlu, “İS Consumer Products” MMX və X6 arasında bağlanmış kredit müqavilələri üzrə öhdəliklərin icra edilmədiyi halda kredit üzrə borcun öhdəliyin təmintları olan ipoteka müqavilələri üzrə ipoteka predmentinə yönəldilməsinə dair tədbirlərin başlanacağına dair xəbər etmişdir. Şamil İ. Abdullayev tərəfindən 13 dekabr 2023-cü il tarixli bildirişin surətindən görünür ki, "xxxx" MMC Bank qarşısında olan öhdəliyi lazimi qaydada yerinə yetirmir və bu səbəbdən də Bank Qanunamüvafiq qaydada öz tələbi ipoteka predmetinə yönəldilməsi prosedurunu başlatması barədə xəbərdar edilmişdir. 22 dekabr 2023-cü il tarixli Divi 2 Problemli Kreditlərin hüququ teqibinin tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı adına Azeri Express şirkəti vasitəsi ilə məktub göndərilmiş, müştəri ünvanda yaşamadığı üçün məktub çatmamışdır. Azəri Express MMC tərəfindən təqdim edilən qəbizdən görünür ki, İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli bildiriş Baı şəhər Sabunçu rayonu ünvan 3 ünvanına xx.xx.2023-cü il tarixdı göndərilmiş, bildiriş xx.xx.2023-cü il tarixdə "xxxx" qeydi ilə geri qaytarılmışdır. Kapital Bank ASC-nin Notariat icra qeydi barədə ərizəsindən görünür ki, bank xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun 02/107 nömrəli X4 üzrə müqavilə predmentinə yönəldilməsini xahiş etmiş və ərizə notariusa xx.xx.2023-cü il tarixdə saat 00.00-da göndərilmişdir. Kapital Bank ASC-nin Notariat icra qeydi barədə ərizəsindən görünür ki, bank xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun 01/107 nömrəli X4 üzrə müqavilə predmentinə yönəldilməsini xahiş etmiş və ərizə notariusa xx.xx.2023-cü il tarixdə saat 00.00-da göndərilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir; Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Təlimatın 169-1-ci bəndinin e) yarım bəndinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) yarım bəndinə əsasən ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə aparılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 36.2-ci maddəsinə əsasən İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə: müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası məlumatlar əks etdirilməlidir. Həmin Qanunun 36.3-ci maddəsinə əsasən İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 36.3-1-ci maddəsinə əsasən İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. Həmin Qanunun 36.4-ci maddəsinə əsasən Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı” 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, mübahisə predmenti olan icra qeydləri xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə borclunun yaşadığı yer üzrə notariat kontoru tərəfindən verilmişdir. İddiaçı məhkəməyə müraciət edərək sözügedən icra qeyidlərinin verilməsi zamanı bank tərəfindən borclu qanunla nəzərdə tutulmuş müddət ərzində yəni 20 gün əvvəldən məlumatlandırılmadığını bildirsədə, məhkəmənin sorğusuna əsasən təqdim edilmiş icra qeydinə dair sənədlərdən məlum olur ki, ipoteka qoyanı yəni hazırki mükli iş üzrə iddiaçı olan İddiaçı rəsmi qeydiyyat ünvanı üzrə ilk icra qeydinin verilməsində 30 gün əvvəl yəni xx.xx.2023-cü il tarixdə “AzərExpress” vaistəsi ilə məlumatlandırmış, lakin ipoteka qoyanın ünvanına göndərilmiş bildiriş "xxxx" qeydi ilə xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, nə qədərki icra qeydinə dair bildiriş ipoteka qoyanın xx.xx.2023-cü il tarixdə rəsmi ünvanına göndərilmişdir və həmin ünvandan bildiriş "xxxx" qeydi ilə xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdı, ipoteka qoyana bildiriş çatdırılmış hesab edilməlidir. Bundan sonra məhkəmə iddiaçı tərəfin iddia tələbinin əsaslılığı kimi bir kredit müqaviləsi üzrə iki ayrı-ayrı icra qeydlərinin verilməsinə dair arqumentinə məhkəmə tərəfindən hüquqi qiymət verilərək qeyd edilir ki, mülki iş matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı kredit müqaviləsi üzrə mülkiyyətində olan iki ayrı-ayrı əmlakını ipoteka ilə yüklü etmişdir. Mülki iş matriallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli icra qeydləridə məhz bir kredit müqaviləsi üzrə öhdəliyin təminatı olan iki ayrı ipoteka predmentinə yönəldilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, nəqədər ki bir kredit müqaviləsi üzrə iki ayrı-ayrı predment üzrə ayrı-ayrı ipoteka mövcuddur, bu halda iddiaçının qeyd etdiyi hallar əsaslı hesab edilə bilməz. Bundan başqa məhkəmə iddiaçının icra qeydlərinə əlavə edilmiş ipoteka müqavillələrin oxunaqlı olmamasına dair fikrinə münasibət bildirərək iddiaçının diqqətinə çatdırırki, sözügedən icra qeydlərinə əlavə edilmiş ipoteka müqavilələri məhkəməyə A4 kağız formasında təqdim edilmişdir. Lakin işin hallarından habelə qanunvericiliyin tələbindəndə görünür ki, icra qeydinin verilməsinə əsas olunmuş sənədlər elektron sistemə yerləşdirilmişdir. Yəni icra qeydi üzrə notariat işinə əlavə edilmiş ipoteka müqavilələri elektron sistemdən kağız daşıyıcı forması ilə çıxarılmış olduğundan oxunaqlı olmaması texniki məsələlər olduğundan iddiaçının irəli sürmüş olduğu bu halda əsaslı hesab edilə bilməz.. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoruna qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC olmaqla “icra qeydinin ləğvi edilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoruna qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC olmaqla “icra qeydinin ləğvi edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar