Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2841/2024 28.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisinə mütəxəssislər tərəfindən texniki baxış keçirilməsinə və inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmasının cavabdehlərə həvalə edilməsi, bununla bağlı hər hansı bir maneənin yaradılmasının onlara (cavabdehlərə) qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu (keçmiş Lenin) Balaxanı qəsəbəsi Cahangirov küçəsi (keçmiş Yaroslavski) dalan 2 ev 1 ünvanında yeləşən fərdi yaşayış evi 1963-cü ildə tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”a əsasən mərhum X1 və mərhum nənəsi Bəhrəgül Abutalıb qızının adınadır. X1 1982-ci ildə, nənəsi Bəhrəgül Abutalıb qızı isə 1983-cü ildə vəfat etmişdir. Atası və nənəsinin vəfatından sonra yuxarıda qeyd olunan ünvanda yerəşən fərdi yaşayış evi miras qalmışdır. Sonrdan o, miras əmlakla bağlı AR Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN XİDMƏT” mərkəzindəki notariat ofisinə müraciət etmiş və onun müraciəti əsasında həmin notariat ofisində X1nun adına vərəsəlik işi açılmışdır. Öz növbəsində AR Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN XİDMƏT” mərkəzindəki notariat ofisi vərəsəlik işi açıldıqdan sonra 18 sentyabr 2023-cü il tarixli 2210 saylı məktubla AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Ərazi İdarəsinə müraciət edərək miras qoyanın-X2 adına Bakı şəhəri, Sabunçu rayonu (keçmiş Lenin) Balaxanı qəsəbəsi Cahangirov küçəsi (keçmiş Yaroslavski) dalan 2 ev 1 ünvanında yeləşən daşınmaz əmlaka (fərdi yaşayış evi) dair Dövlət Reyestrindən çıxarış verilməsi xahiş olunmuşdur. Miras əmlak olan Bakı şəhəri Sabunçu rayonu (keçmiş Lenin) Balaxanı qəsəbəsi Cahangirov küçəsi (keçmiş Yaroslavski) dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evi “A” və “B” tikilisindən ibarətdir. O, öz ailə üzvləri ilə birmərtəbəli olan “B” tikilisində yaşayır. Digər vərəsələr olan cavabdehlər isə “A” tikilisində yaşayırlar. “A” tikilisi iki mərtəbəlidir. Baxmayaraq ki, “A” və “B” tikilisi bir ünvanda yerləşir, həmin tikililər faktiki olaraq bir-birindən təcrid olunmuş tikililərdir. Orada yaşayan hər üç ailə yaşadıqları sahələrdən ayrıca giriş-çıxışı olmaqla istifadə edilir. Yuxarıda göstərdiyi kimi AR Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN XİDMƏT” mərkəzindəki notariat ofisi məktubla AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Ərazi İdarəsinə müraciət etdikdən sonra həmin qurumun mütəxəssisləri ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların mərhum X1na məxsus olması barədə arayışın verilməsi ilə məqsədi ilə ilkin olaraq texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün həmin ünvanda olmuş, lakin cavabdehlər yaşadıqları sahədə mütəxəssislər tərəfindən qeyd edilən işlərin aparılmasına maneçilik törədərək şərait yaratmamışlar. Bu səbəbdən AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubu ilə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. O, hal-hazırda müəyyən yaş həddinə çatmışdır və istəyir ki, yaşadığı evə dair mülkiyyət hüququ əldə etsin. Lakin cavabdehlər miras əmlakla bağlı yuxarıda qeyd etdiyi kimi bu prosesin ilkin mərhələsi olan texniki baxışın keçirilməsi və inventarlaşdırma işlərinin aparılmasına şərait yaratmamaqla maneçilik törətmələri çətinliklərin yaranmasına səbəb olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-430/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, 5 oktyabr 1909-cu il təvəllüdlü Bəhrəgül Əbətalib qızının ərizəçi İddiaçı nənəsi, 29 mart 1982-ci il tarixdə ölmüş atası – Fətdarbəy Mirzəbəy oğlunun isə anası olması faktının müəyyən edilməsi qət edilmişdir. -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4155/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı 4 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinin notariusu Sidqi Həbibbəylinin Bakı şəhəri Balaxanı qəsəbəsi C.Cahangirov küçəsi döngə 2 ev 1 barədə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinasının əsassız hesab edilməsi qət edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında olan fərdi yaşayış evi üzərində hüquqların mərhum X3 məxsus olması barədə arayışın verilməsi ilə bağlı İddiaçı ərizəsinə baxılmış, texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. -4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 2210 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı müraciəti əsasında mirasqoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.1982-ci ildə ölmüş X2 adına vərəsəlik işi açılmışdır. Qeyd olunanlara əsasən mərhum X2 adına olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarışın verilməsi xahiş olunmuşdur. -Balaxanı qəsəbəsi Yaroslavski küçəsi döngə 2 ev 1 ünvanında yerləşən ev Bakı şəhər X5 İcraiyyə Komitəsinin Texniki İnvertarlaşdırma Bürosu tərəfindən 1963-cü ildə verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid” Texniki Pasportuna əsasən Bəhrıgül Abutalıb qızı və Fətdarbəy Mirzəbəy oğlunun adınadır. -yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadırlar. İddia tələbindən görünür ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak iddiaçının mərhum X1na və mərhum nənəsi Bəhrəgül Abutalıb qızına məxsus olmuşdur. X4 1982-ci ildə, Bəhrəgül Abutalıb qızı isə 1983-cü ildə vəfat etmişdir. İddiaçının müraciəti əsasında xx.xx.1982-ci ildə ölmüş X2 adına vərəsəlik işi açılmış və sonuncudan miras qalmış ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarışın verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən xahiş olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri miras əmlaka ilkin olaraq texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün həmin ünvana gəlsələr də, cavabdehlər mütəxəssislər tərəfindən zəruri işlərin aparılmasına maneçilik törətmişlər. Bu səbəbdən miras əmlakın hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdehlərin hüquqazidd hərəkətləri nəticəsində iddiaçı miras əmlaka mülkiyyət hüququ əldə edə bilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § ЫЫ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddia tələbi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki baxış keçirilməsinə və inventarlaşdırma işlərinin aparılmasına hər hansı maneənin yaradılmasının Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi hissəsində qanuni və əsaslıdır, odur ki, həmin hissədə təmin edilməli, maneənin yaradılmasının cavabdehlərə qadağan edilməsi elə həmin işlərin aparılmasına şərait yaradılmasının cavabdehlərə həvalə edilməsini əhatə etdiyindən iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki baxış keçirilməsinə və inventarlaşdırma işlərinin aparılmasına hər hansı maneənin yaradılması Cavabdeh1 və Cavabdeh2 qadağan edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki baxış keçirilməsinə və inventarlaşdırma işlərinin aparılmasına hər hansı maneənin yaradılması cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-2841/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2841/2024
28.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver