Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2903/2025 06.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, Bakı Şəhəri Cavabdeh2nə qarşı üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi olmaqla “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, Bakı Şəhəri Cavabdeh2nə qarşı üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi olmaqla “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ibtidai istintaq orqanının və məhkəmənin qanunsuz qərarları (hərəkətləri) nəticəsində ona dəymiş ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi müəyyən olunmuş forma və məzmununa riayət edilmədən tərtib olunmuş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs kimi qeyd olunmuşdur. Halbuki, iddia tələbi dəymiş maddi və mənəvi ziyanın ödənilməsidir, vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirildiyindən iddia ərizəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi cavabdeh qismində göstərilməlidir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hüquqi ünvanı ünvan 1aycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə, hesab edir ki, iddia ərizəsinin formasına və məzmununa riayət edilmədiyindən, iddia tələbi üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi cavabdeh qismində göstərilməli olduğundan və onun hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu olduğundan iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya hazırkı tələblə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, Bakı Şəhəri Cavabdeh2nə qarşı üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi olmaqla “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırkı iddia tələbi ilə nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Cavabdeh2nə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-2903/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2903/2025
06.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver