Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-293/2022 17.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəmir günlüyün yığışdırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən evin iddiaçının həyətinə baxan pəncərəsinin üstündə iddiaçının razılığı və icazəsi olmadan quraşdırılan və sementlə divara bərkidilən dəmir günlüyün yığışdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin yaşadığı evin iddiaçının həyətinə baxan pəncərəsinin üstündə eni 25 sm, uzunluğu 123 sm olan dəmir günlük iddiaçının həyətinin ərazisinə keçmişdir, iddiaçı bir mülkiyyətçi kimi öz həyətyanı ərazisinə kənar şəxsə məxsus hər hansısa əşyanın yerləşdirilməsinə icazə vermir. Məhkəm iclasında iştirak edən İddiaçı iddia ərizəsini və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, qeyd etdi ki, o, ona məxsus torpaq sahəsini özəlləşdirndən sonra bütün dalanda dəmirdən örtük edəcək, o zaman cavabehin pəncərəsinin üstündəki dəmir günlük ona mane olacaq. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədi və qeyd etdi ki, iddiaçı özünə məxsus evi əldə etdiyi zaman həmin pəncərə və günlük mövcud idi. Bundan başqa, həmin pəncərə iddiaçının evinə baxmır, ümumi istifadədə olan dalana baxır. İddianın rəd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı və cavabdeh qonşudular. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əliheydar İbrahimov küçəsində istifadədə olan torapaq sahəsində yerləşən 1-(1) mərtəbəli, 2 otaqlı, 24,9 kv metr yaşayış, 23,4 kv metr köməkçi sahədən ibarət olan 4b nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 93 nömrəli reyestr kitabının 8494 nömrəli vərəqində qeydiyyata alınmışdır (DƏDRX tərəfindən verilmiş ******* №-li Çıxarış). X2 nikah bağlandıqdan sonra Qasımova soyadı verilmişdir (170946 №-li nikah haqqında şəhadətnamə). Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X6 küçəsi, ev 4 ünvanında yerləşən 170,10 kv metrdən ibarət olan ev və 0,051990 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir (DƏDRX tərəfindən ********** qeydiyyat nömrəsi ilə verilmiş Çıxarış). Ünvanlar fərqli olsa da, qeyd edildiyi kimi, tərəflər qonşudular. Təqdim edilmiş fotoşəkillərdən görünür ki, tərəfləri evlərinin arasında dalan var, iddiaçının və cavabdehin evləri üzbəüz deyil, iddiaçının evi müəyyən bir məsafədə yerləşir, cavabdehin dalana baxan divarında pəncərə var və həmin pəncərənin üzərində mübahisə predmeti olan dəmir günlük yerləşir. Həmin pəncərə iddiaçının evinə baxmır. Hazırda iddiaçı həmin günlüyün yığışdırılmasını istəyir, belə ki, gələcəkdə həmin günlük ona mane olacaq. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə hesab edir ki, iddiaçı yığışdırılmasını tələb etdiyi günlüyün onun hansı qanuni hüququnu pozduğunu və bunun hüquqi əsasını göstərə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-293/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-293/2022
17.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver