Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2963/2022 27.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X17, Ərizəçilər İddiaçı, Cavabdeh1 və Cavabdeh2, ərizəçi İddiaçınin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, Ərizəçilər İddiaçı, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri 17 saylı notariat kontoru maraqlı şəxs qismində qeyd edilməklə hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər İddiaçı, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri 17 saylı notariat ofisini maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək Nardaran kəndində 750 kv.sajin (34 sot) torpaq sahəsinin tərəflərindən vərəsəlik qaydasında qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1981-ci ildə X13 ilə rəsmi nikaha daxil olmuşam. X13 xx.xx.2011-ci ildə vəfat etmişdir. X4 miras qalmış əmlaklar Nərimanov ray, H. Əliyev pr, ev 74-də yerləşən 2 saylı mənzil və Nardaran kəndində yerləşən sahəsi 34 sot (750 kv.sajin. 1 kv.sajın = 4,550 kv.m) olan torpaq sahəsi idi. 9 saylı Notariat Kontorunun xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X5 vərəsələri - onun arvadı İddiaçı, qızı Cavabdeh2 və oğlu Cavabdeh1dur. 9 saylı Notariat Kontoru həmin vaxt Nardaran kəndindəki torpaq sahəsi ilə bağlı qohumluq əlaqələrinin təsdiq edilməsi üçün doğum haqqında şəhadətnamələri istəsə də həmin sənədləri təqdim edə bilməmişdilər. Belə ki, X7 babası X24 və X14 atası X1 Nardaran kəndində yerləşən sahəsi 750 kv.sajına ( 1 kv.sajın = 4,550 kv.m) bərabər olan torpaq sahəsi miras qalmış və onun ölümündən sonra isə həmin torpaq sahəsi onun vərəsələri kimi ərizəçilərin sahiblik və istifadəsindədir. Belə ki, Milli Arxiv İdarəsinin X33 xx.xx.2007-ci il tarixli məktubundan da göründüyü kimi X14 və atası X1 Nardaran kəndində 750 kv.sajin (34sot) torpaq sahəsi miras qalmışdır. Ərizəçi həmin torpaq sahəsinin də ərindən qalan miras əmlak kimi adlarına sənədləşdirilməsini istəsələr də, 17 saylı Notariat Kontorunun xx.xx.2021-ci il tarixli qərarına əsasən qohumluq faktının müəyyən olunması mümkün olmadığından qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin maraqlı şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ərizəçilər İddiaçı, Cavabdeh1 və Cavabdeh2, ərizəçi İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Eyni zamanda qeyd etdilər ki, həmin torpaq sahəsi həmişə onların istfadəsində olmuşdur. Məhkəmə ərizəçi tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. HAZırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi X3 Famil Ağasəlim oğlu ilə xx.xx.1981-ci ildə nikaha daxil olmuşdur (İİ-JQ 451001 №-li nikahın bağlanması haqqında şəhadətnamə). Onların hAZırki iş üzrə ərizəçilər olan iki uşaqları doğulmuşdur: xx.xx.1982-ci il tarixdə Cavabdeh1 (93779 №-li doğum haqqında şəhadətnamə); xx.xx.1984-cü il tarixdə Cavabdeh2 (387434 №-li doğum haqqında şəhadətnamə). X12 xx.xx.1949-cu il tarixdə doğulmuşdur, atası - Atakişiyev Ağa-X42, anası - X20 (İE 276823 №-li doğum haqqında şəhadətnamə). X13 xx.xx.2011-ci il tarixdə ölmüşdür ( AZ-İ 484111 №-li ölüm haqqında şəhadətnamə). Onun atası Atakişiyev Ağa-X42 1926-cı ildə doğulmuşdur, atası - X2, anası X15r (Milli Arxiv İdarəsinin Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, DA-00199-2022 №-li arxiv arayışı). Atakişiyev Ağa-X42 xx.xx.1995-ci ildə (68 yaşında) ölmüşdür (İV-JQ 447940 №-li ölüm haqqında şəhadətnamə). Onun atası Ata X6 1884-cü ildə doğulmuşdur, atası İbrahim Xəlildir (Milli Arxiv İdarəsinin X33 xx.xx.2022-ci il tarixli, TA-00077-2022 №-li arxiv arayışı). Onun atası İbrahim X16 1854-cü ildə doğulmuşdur, atası - Ata Kişidir (Milli Arxiv İdarəsinin X33 xx.xx.2022-ci il tarixli, TA-00078-2022 saylı arxiv arayışı). X19 (32 yaş), oğlu X21 (1 yaş 4 aylıq), qardaşı Əmir X10 (14 yaş) ibarət ailənin Nardaran kəndində 750 kv.sajinə (34sot) bərabər üzüm sahəsi olmuşdur ( 1 kv.sajın = 4,550 kv.m) (Milli Arxiv İdarəsinin X33 xx.xx.2022-ci il tarixli, TA-00050-2022 saylı arxiv arayışı). Göründüyü kimi, ailənin digər üzvləri AZyaşlı olduğundan torpaq sahəsini sahibi İbrahim X19 olmuşdur. Ərizəçilər İddiaçı, Cavabdeh2 və Cavabdeh1 X4 miras qalmış ünvan 1anov rayonu, Moskva prospekti, ev 74, mənzil ünvanında yerləşən mənzilə dair qanun üzrə vərəsə tanınmışdılar və onlara 9 saylı Notariat Kontorunda xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Ərizəçi İddiaçı yuxarıda adıçəkilən torpaq sahəsinin də ərindən qalan miras əmlak kimi adına sənədləşdirilməsini istəmiş, 17 saylı Notariat Kontorunun notariusu Suleyman Məmmədov tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qərarına əsasən qohumluq faktının müəyyən olunması mümkün olmadığından və müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair və ya vərəsəliyin faktiki qəbulu ilə bağlı heç bir sənəd təqdim edilmədiyindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. HAZırda ərizəçilər Nardaran kəndində 750 kv.sajin (34 sot) torpaq sahəsinin tərəflərindən vərəsəlik qaydasında qəbul edilməsinin müəyyən edilməsini istəyirlər. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. AZərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Yuxarıda qeyd edildiyi kimi, ərizəçilər X28 torpaq sahibi İbrahim X11 nəvəsinin oğlunun arvadı, Cavabdeh1 və Cavabdeh2 isə uşaqlarıdır. Beləliklə, qohumluq əlaqəsi iş materialları ilə tam sübut edilmişdir. AZərbaycan Respublikası Mülki Məcəlləsinin: 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qeyd edildiyi kimi, ərizəçilər İddiaçı, Cavabdeh2 və Cavabdeh1 X4 miras qalmış mənzili vərəsəlik qaydasında qəbul etmişdilər. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçilər X4 miras qalmış mənzili qəbul etdiklərindən bütün mirası qəbul etmiş sayılırlar. AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirAZının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və AZərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı, Cavabdeh1 və Cavabdeh2 Nardaran kəndində 750 kv.sajin (34sot) torpaq sahəsinin tərəflərindən vərəsəlik qaydasında qəbul edilməsi müəyyən edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2963/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2963/2022
27.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver