Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3063/2025 04.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X18 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin yenidən qurulması və təmirə çəkilmiş xərcin ödənilməsi-pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin yenidən qurulması və təmirə çəkilmiş xərcin ödənilməsi-pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi 6, 13 nömrəli mənzilin ümumi istifadədə olan sahələrin- hamamın, ayaqyolunun, mətbəxtin, dəhlizin, eyvanın, mənzilin santexni qovşaqlarının- (unitaz, su xəttin, su qızdırıcı kalonka, su vannası) təmir və yenidən qurma işlərinin aparılmasına sərf edilmiş 20.094,80 manat vəsaitinin cavadehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, övladı X7 ilə, Cavabdeh1 xx.xx.2013-cü ildə ailə qurmuş, aralarında rəsmi nikah xx.xx.2014-cü ildə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeyd kitabında 362 nömrəsi ilə qeydiyyata alınmışdır. Qızının birgə nikahlarından iki övlad xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı övladları olmuşdur. Qızı ailə quran zaman ilkin olaraq başqa bir mənzildə yaşamış və bir müddət sonra Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi 6 nömrəli evin 13 nömrəli mənzilinə köçmüşdür. Mənzil bir otaqdan ibarət olmaqla təmirli olmamışdır. Həmçinin mənzilin arxa tərəfindən çolə baxan pəncərələrin qarşısında iki balaca otaq divarları inşa edilməsinə baxmayaraq, otaqların pəncərəsi və heç bir təmiri olmamışdır. Mənzilin əsas giriş qapısından içəri balaca və təmirsiz balkon olmuş, evin sahibi Cavabdeh2 onlara mənzil onun adına olmasına baxmayarq, daimi olaraq yeni ailə quranlara kirayə olaraq verdiyini və onlar necə istəyirlərsə o cür təmir eləyib yaşadıqlarını bildirmişdir. İddiaçı Rəfael Kərimova qızına cehiz əşyaların vermək əvəzinə mənzili təmir edlətdirəcəyini bildirmiş və həyat yoldaşının köməyi ilə öz vəsaitləri hesabına ilkin olaraq mənzilin bir otağında yenidən qurma etmişlər və bir otaqlı mənzili genişləndirərək, əlavə köməkçi bir otaq və uşaq üçün otaq artırma etmişdir. Mənzilin əsas giriş hissəsində köhnə taxtadan inşa edilmiş balkonu sökərək, əlavə mişar daşından balkon tikdirmiş və həmin işlərin görülməsinə böyük məbləğdə vəsait xərcləmişdir. Binanın arxa hissəsində iki balaca otaq olan sahələri yenidən planlaşdırma apararaq bir otaq və mətbəx kimi təmir eləmişdir. Belə ki, qızının mənzil şəraitini yaxşılaşdırmaq üçün ayrıca otaq kimi təmir elətdirib onların istifadəsinə vermişdir. Bir otaqlı mənzin həm girişində, həm də arxa hissəsində olan artırmalar mənzilin texniki pasportunda göstərilən əsas hissəsinə aid olmamışdır. Sonradan mənzildə etdikləri artırmalardan ibarət olan hər iki otaq yeni ailə quranların yaşadıqları mənzilə əlavə kimi onların istifadəsinə verilmiş və mənzilin içərisindən qapı açaraq əsas mənzilə qoşulmaqla onların istifadəsinə verilmişdir. Mənzilin ilkin Texniki Pasportunda göstərilən eskizdə, həmin otaqların mənzilin sahələrinə heç bir aidiyyatı olmadığı, lakin sonradan mənzilə edilən əlavənin bir hissəsi nəzərə almaqla, Kərimov Rəfael yeni tikililərin qeydiyyatının aparılması üçün reyestr xidmətinə müraciət etmişdir. Sonradan cavabdehin oğlunun günahı üzündən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə qızının nikahı pozulmuş və iki az yaşlı uşaq iddiaçının qızı Aytənin himayəsində qalmışdır. 2019-cu ildən X13 onunla prinsip apararaq, vəsaiti hesabına yenidən qurma və təmir etdirib gənc ailənin istifadəsinə verdiyi mənzildən qızını və iki azyaşlı övladlarını çıxartdırmaq üçün məhkəməyə müraciət etmişdir. Həmin vaxtı cavabdeh mübahisəli mənzilə qızının hüququnun olmasını bilərək, heç kimə məlumat vermədən, mənzili qardaşı Cavabdeh3 adına keçirmişdir. Bütün bunları onun üçün edilmişdir ki, güya mənzilin sahibi başqa şəxsdir və qızının həmin şəxsə qarşı iddia və tələbi olmasın. Qızı uzun müddət həmin mənzildə yaşamasına baxmayaraq, bir dəfə də olsun Cavabdeh3 görməmiş və mənzilin ona aid olması barədə nə qızına nə iddiaçıya heç bir məlumat verilməmşdir. Uzun müddət davam edən məhkəmə mübahisələrindən sonra qızı məcbur olub onun vəsaiti hesabına təmir edilmiş və Texniki Pasportla müəyyən edilmiş ölçüdən də iki dəfə artıq sahəni Rəfael Kərimova təhvil vermişdir. Nəzərə alınmalıdır ki, qızından mənzili rəsmi mülkiyyətçi deyil, Rəfael təhvil almışdır. Sonradan İcra Probasiya Şöbəsinin razılığı ilə qızı iki az yaşlı övladları ilə birlikdə mübahisəli mənzilin arxa pəncərəsinin qarşısında inşa edilmiş bir otaq və mətbəx sahəsinə köçürülmüşdür. Həmin sahə çox kiçikdir və hazırda qızı nəvələri ilə birlikdə həmin kiçik yerdə yaşayır. Tərəfindən mənzilə edilmiş həmin artırmalar rəsmi qeydiyyata alınmasa da, Rayon İcra Hakimiyyətinin mənzil-istismar idarəsinin razılığı ilə iddiaçı əlavə xərc çəkərək həmin sahələri yaşayış üçün münasib yaşayış sahəsinə çevirmiş və qızını övladalrı ilə birlikdə həmin mənzil sahəsinə yerləşdirmişdir. Mənzildən çıxarılma məsələsi həll edilən zaman mənzilin rəsmi sahəsi 32 kv.metrə çatdırılmışdır. Lakin buna baxmayaraq mənzilin hazırda həqiqi sahəsi daha çoxdur. Belə ki, qızı ailəsi ilə mübahisəli mənzilə köçüb yaşayandan sonra mənzilin sahəsi ümumilikdə 80 kv.metrə çatdırılmışdır. Ümumillikdə həmi sahənin yenidən qurulması və təmirinə 20.094,80 manat vəsait sərf edilmişdir. Mənzilə çöl qapısının dəyişdirilməsi üçün əlavə olaraq Cavabdeh1 1600 manat pul vermişdir. O zaman mübahisəli sahənin mənzilin mülkiyyətiçisi Malikə heç bir aidiyyəti olmamışdır. Mənzildə aparılan təmir işləri ilə əlaqədar görülən işləri iddiaçı dəvət etdiyi ustalar tərəfindən həyata keçirilmişdir. Sabunçu Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixində tərtib edilmiş aktında qeyd edilmişdir ki, 32 kv.m sahə boşaldılaraq təhvil verilmiş və məhkəmə qətnaməsinin icraatına xitam verilmişdir. Həmin vaxtı qızı və iki az yaşlı övladları, həmin balaca mənzilə köçürülmüşdür. Lakin hazırda qızını və iki azyaşlı övladlarını həmin otaqlardan da çıxardırlar. Ona görə də hesab edir ki, mənzilin təmirinə çəkdiyi və yenidən qurulmasına xərclədiyi vəsaitlər mənzilin o zamankı sahibi Cavabdeh2 və mənzilin hazırkı sahibi Cavabdeh3 Rəfail oğlundan qızının keçmiş həyat yoldaşı Cavabdeh1 Rəfael oğlundan tutularaq iddiaçıya verilməlidir. Əvvəlki məhkəmə prosesslərində iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən etmək olur ki, mənzilin ilkin sahəsi əvvəlcə 18 kv.m olmuş, sonradan mənzilin sahəsi 32 kv.m kimi qeydiyyatdan keçmişdir. Daha sonra isə mənzilin qabaq tərəfində əlavə 34 kv.m artırma edilmişdir. Mənzilin arxa tərəfində balkon 17 kv.m. artırma edilməklə mənzilin ümumi sahəsinə əlavə etdirmişdir. Hazırda mənzilin ümumi sahəsi 83 kv.metrdən çoxdur. Qızının mənzildən çıxarılması barədə mülki işin məhkəmə baxışı zamanı ekspertiza keçirilmiş və ekspertizanın rəyinə əsasən hazırda istifadədə olan mənzil sahəsinin mübahisəli mənzilə aidiyyatı olmadığı göstərilmişdir. O zaman iş üzrə 1-ci dəfə ekspertiza keçirilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 2217 nömrəli xx.xx.2020-cil tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, Bakı şəhəri, Akif Mustafayev küçəsi 6 nömrəli binada yerləşən və hazırda X2 istifadəsində olan sahənin Cavabdeh2 mülkiyyətində olan 13 nömrəli mənzillə eynilik təşkil etmədiyi müəyyən edilir. İş üzrə 2-ci dəfə ekspertiza keçirilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9959 nömrəli rəyinin nəticə hissəsi aşağıdakı kimi müəyyən edilmişdir: "cavabdehin çıxarılması tələb olunan tikili (balkon) iddiaçının mülkiyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsində yerləşən bina 6, 13 nömrəli mənzilə dair AR ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş inventar nömrəsi 04/3908 olan texniki pasport sənədində öz əksini tapmadığı nəzərə alınaraq, həmin balkon tikilisinin iddiaçının mülkiyyətində olan 13 nömrəli mənzilə aid olmadığı müəyyən edilmşdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsində yerləşən bina 6, 13 nömrəli mənzilə dair AR ƏMDK yanında DƏDRX İ saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş inventar nömrəsi 04/3908 olan texniki pasport sənədində göstərilən İ və 3 nömrəli tikilinin qarşısından küçəyə çıxışı olmadığı müəyyən edilmişdir”. Bu hal onu göstərir ki, mübahisəli mənzilin arxa hissəsinin cavabdehlərə heç bir aidiyyatı olmamış, lakin buna baxmayaraq cavabdehlər müxtəlif bəhanələr gətirməklə məhkəmə qətnaməsi qəbul etdirərək qızını və övladlarını müvəqqəti yaşadığı sahədən çıxartdırmasına nail olmuşdur. Hesab edir ki, uzun müddət əziyyət çəkməklə böyük məbləğdə vəsait hesabına mənzilin təmir və yenidən qurma xərcləri cavabdehlərdən alınaraq ona qaytarılmalıdır. Çünki cavabdehlər o zaman iddiaçının qızını aldadaraq ömürlük yaşayacağını bildirməklə arxayın etmişlər. Lakin hazırda iddiaçı və qızı aldandıqlarını müəyyən etmişlər. Ona görə də mənzilə çəkdiyi vəsaiti geri tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi, həmçinin Cavabdeh2 iddianı qəbul etməyərək izahatında, iddianın əsassız olduğunu, heç bir sübut olmadığını, belə bir iddia ilə əvvəl iddiaçının qızının məhkəmədə iddia qaldırdığını və iddiasının rədd edildiyini, onunla iddiaçının arasında mənzilin təmir olunması haqqında heç bir danışıq və müqavilə olmadığı, mənzilinin 2010-2011-ci illərdə təmir olunduğunu və 14 il ərzində 1 dəfə də olsun təmir olunmadığını bildirmişdir. Hazırda mənzilin təmirə ehtiyacı olduğunu, iddiaçının qızı mənzildən çıxan zaman külli miqdarda ziyan vuraraq, unitazı çıxarmış, hamam otağının metlax və kafelini sındıraraq dağıtdıqlarını, qapıları və pəncərələri çıxardaraq yerləri qırmızı kərpiclə hördüklərini, ümumiyyətlə mənzil yararsız vəziyyətə saldıqlarını, həmin mənzildə təmir olmadığını, mənzilə baxış keçirilsə mənzilin təmirsiz olduğunu və necə xarabaya salındığını görmək olar. İddiaçı öz iddia ərizəsinin 3-cü abzasında 2 balaca otağın əvvəlcədən tikildiyini qeyd edir, 5-ci abzasında isə sonradan artırma etdiyini qeyd etmişdir. İddialar hamısı yalandır. Təmir bərpa işlərini aparan ustaların qonşuların ərizə və aktları mövcuddur. Mənzil 2006-cı ildə alınmış, 2010-2011-ci illərdə təmir edilmiş, 2013-cü ildə oğlu və keçmiş gəlini mənzildə müvəqqəti olaraq yaşamağa başlamışlar. Həmin mənzildə onun 3 övladı yaşamışdır İddiaçı mövcud qüvvədə olan məhkəmə qətnamələrinə hörmətsiz yanaşır. Qeyd edir ki, həmin qeyriqanuni tikiliyə yığışandan sonra orada hamamın, ayaqyolunun, mətbəxin, dəhlizin, sanitar qovşağının (unitaz, su xətti, su qızdırıcısı kalonkanı, su vannasının) iddiaçının vəsaiti ilə təmir olunmuşdur. (onun mənzilində hal-hazırda nə unitaz, nə su qızdırıcısı, nə su vannası yoxdur) Əslində həmin qeyri-qnuni tikilidə aparılmış qeyri-qanuni bərpa işləri mənzilin sahibinin mənzildən istifadə hüquqlarını kobudcasına pozduğu üçün qeyri-qanuni tikilinin sökülməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsi, Apelyasiya Məhkəməsi və Ali Məhkəmə hakimləri həmin qeyri-qanuni tikilinin sökülməsinə qərar vermişlər. Hal-hazırda sözügedən iş Sabunçu Rayon İcra Şöbəsinin icaatındadır. Bundan öncə verilmiş iddia ərizələrində yerin otağın iddiası aparılmış təmirlə bağlı heç bir mübahisə olmamış, 15 il bundan öncə təmir elədiyi mənzili iddiaçının qızı 14 il istifadə etmiş, mənzildən məhkəmə qərarı ilə çıxarılan vaxt mənzili yararsız hala salmışlar. Onun iddiaçı ilə təmir haqqında heç bir razılaşması olmamışdır. İddiaçının pul sərf etdiyi yerin ona heç bir aidiyyəti yoxdur və həmin sahə texniki pasportda göstərilməyən özbaşına tikilidir. Bundan başqa iddia ərizəsində 2013-cü ildən sonra, yəni iddiaçının qızı gəlin gəldikdən sonra təmir bərpa işləri aparılması yalandır. Belə ki, X7 Bakı Apelyasiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli qətnaməsindən vermiş olduğu kassasiya şikayətinin 6-cı abzasında yazır ki, 02 aprel 2014-cü ildə Cavabdeh1lə nikahlarını qeydiyyatından keçirib ailə qurmuş, ailə qurandan sonra ünvan 1 yerləşən özbaşına tikiliyə gəlin köçmüş və cehiz əmlakını da həmin evə gətirilmişdir. Bir daha göründüyü kimi özbaşına tikili əvvəldən mövcud olmuş və X8 tərəfindən heç bir təmir-tikinti işi aparılmayıb. İddia ərizəsində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi 6 nömrəli evin 13 nömrəli mənzilinə köçdüyünü, kassasiya şikayətində isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi ev 6-da yerləşən özbaşına tikiliyə gəlin köçdüyü və cehiz əmlaklarını da həmin evə gətirdiyini qeyd etmişdir. X3 yalan iddiaları öz yazdıqları ilə sübut olunur. Mənzilə baxış zamanı Cavabdeh2 qızının həmin vaxtı orada yaşadığı soruşulan zaman cavab olaraq bu otağa sonradan yışdıqları qeyd edilmişdir. X7 mənzildən çıxarıln vaxtı hər bir şəraiti olan otağa yox, balaca bir balkona (mətbəxə) yığış hər ikisi də qeyri-qanuni tikilidir. 2019-cu ildən sonra özbaşına tikilidə aparılmış təmir-tikinti işlərindən onun xəbərinin olmadığını, mənzildə heç bir təmir işi olmadığı, əksinə külli miqdarda ziyan vurulduğu, təmirə ehtiyac olduğu, mənzildə təmir işlərinin 14 il öncə, yəni 2010-2011-ci ildə aparıldığını bildirdi. İddiaçı qeyd edir ki, onun qızı toydan sonra Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi 6 nömrəli evin 13 nömrəli mənzilinə köçmüşdür. Amma iddiaçının qızı Aytən Kərimova 15 sentyabr 2020-ci il tarixli Bakı Apelyasiya Məhkəməsinin qətnaməsinin 4-cü abzasında qeyd edir ki, 6 nömrəli evin 13 nömrəli mənzilin cavabdehin adına olan hazırda yaşadığı (mübahisəsi edilən bir hissəsi özbaşına tikili sayılan yaşayış sahəsinə) mənzilə gəlin köçmüşdür. İddiaçının qızı 03 sentyabr 2019-cu il tarixli Sabunçu Rayon Məhkəməsinin qətnaməsində, 26 fevral 2020-ci il tarixli Sabunçu Rayon Məhkəməsinin qətnaməsində, 15 sentyabr 2020-ci il tarixli Bakı Apelyasiya Məhkəməsinin qətnaməsində, 10 fevral 2021-ci il tarixli Sabunçu Rayon Məhkəməsinin qətnaməsində (əlavə tikilidə yaşadığını) təmirdən söz açmadığı aydın şəkildə görünür. Bununla sübut olunur ki, iddiaçının iddiası sonradan düşünülmüş əsassız uydurma iddiadır. 09 iyun 2021-ci il tarixdə Aytən Kərimova kassasiya şikayətində toydan sonra ev 6-da yerləşən özbaşına tikiliyə köçdüyünü, Akif Mustafayev küçəsi, ev 6, mənzil 13 qaynatası Cavabdeh2 adına olmaqla 1 otaqdan ibarət, sahəsi 18 kv.m-dir. Həmin evin ətrafında özbaşına tikililər vardır. Toydan sonra Aytən həmin tikililərin birinə gəlin köçmüş, cehiz əmlakı ora gətirilmiş və uzun illərdir ki, orada yaşayır. Bundan görünür ki, mənzilin ətrafında olan tikililər əvvəldən olmuş və Aytən də ora gəlin köçmüşdür. Mənzil 18 kv.metr yox, ümumi sahəsi 32.34 kv.metrdir. İddiaçı qeyd edir ki, 18 kv.m başqa qalan hissəni onun puluna tikilməsi yalandır. Texniki pasportdan görünür ki, mənzilin ümumi sahəsi 32.34 kv.metr olmuşdur. 09 fevral 2023-cü il tarixli Sabunçu Rayon Məhkəməsinin qətnaməsində 18000 manat xərcləndiyini, hazırki iddia ərizəsində isə 20.094 manat xərclədiyini qeyd etmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 oğıu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh1 04 aprel 2025-ci ildə məhkəməyə daxil olmuş etiraz ərizəsində iddianın tamamilə əsassız olduğunu, onlar həmin mənzilə köçəndən sonra mənzildə heç bir təmir işləri aparmadığını, ümumiyyətlə onun təmir işlərindən heç bir anlayışı olmamış, onlar mənzilə köçəndə mənzil təmirli olmuş, mənzil onun deyil mənzilin təmirindən xəbəri olmadığını, sözügedən mənzilə köçməmişdən orada bacısı və qardaşı yaşadığını, mənzil təmir edilən vax o, Şirvanda mühafizəçi işlədiyini bildirmişdir. Cavabdeh3 04 aprel 2025-ci ildə məhkəməyə daxil olmuş etiraz ərizəsində, iddiaçı və qızının məhkəmə qərarlarına hörmətsiz yanaşaraq icra etməkdən boyun qaçırdaraq, müxtəlif üsullara əl atdıqlarını, 5 ildir ki öz mənzilindən istifadə edə bilmədiyini, ağır gedişli alfa talasimiya xəstəliyindən əziyyət çəkdiyini, qardaşına etibarnamə vermişdir ki, onun işləri ilə məşğul olsun. O, mənzil alandan sonra İddiaçı görməmiş, onunla heç bir münasibəti olmadığını bildirmişdir. 08 may 2025-ci il tarixli məhkəmə iclasında: şahid qismində dindirilmiş X14 ifadəsində, 2003-cü ildə Zığ kəndinə gələndən bəri ara-ara İddiaçı evində işlədiyini bildirmişdir. şahid qismində dindirilmiş X1 ifadəsində, mübahisə gedən evdə fəhlə kimi işləmiş, hörgü, mayaq işlərində kömək etmiş, Əli adlı usta və bir işçinin ona kömək etdiyini bildirmişdir. şahid qismində dindirilmiş X9 ifadəsində, mübahisə gedən evdə mayaq işləri gördüyünü, sözügedən mənzildə 2010-2011-ci və 2017-ci illərdə işlədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafayev Akif küçəsində istifadədə olan 0.276 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 2 mərtəbəli binada yerləşən 18 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 13 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 129 nömrəli reyestr kitabının 11676 nömrəli vərəqində 26 iyul 2006-cı ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-1433/2020 nömrəli iş üzrə 26 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tanınması tələbi barədə iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5968/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1433/2020 nömrəli iş üzrə 26 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X3 Cavabdeh2 qarşı azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 6 nömrəli evin 13 nömrəli mənzilinə istifadə hüquqlarının tanınması barədə iddia ərizəsi təmin olunmamışdır. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-679/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X7 ünvan 1 ünvanında yerləşən 13 nömrəli, ümumi sahəsi 32,34 kv.m olan mənzildən məcburi qaydada çıxarılmış və iddiaçı Cavabdeh3 həmin mənzilə köçürülmüşdür. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4728/2021 nömrəli iş üzrə 09 iyun 2021-ci il tarixli qətnaməsindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-679/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023 nömrəli iş üzrə 09 fevral 2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh X7 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi 6 nömrəli evin 13 nömrəli mənzilin hörülmüş qapı və pəncərələri sökülməsi, cavabdeh X7 həmin qapı və pəncərələrə bitişik olan mənzilə aid balkon sahəsindən çıxarılması və cavabdeh X7 tərəfindən qeyri-qanuni tikilmiş balkonun sökülməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-207/2024 nömrəli iş üzrə 19 mart 2024-cü il tarixli qətnaməsindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023 nömrəli iş üzrə 09 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-5243/2024 nömrəli iş üzrə 24 oktyabr 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia tələbi rədd edilmişdir. İş materiallarında olan X1 və X17 tərəfindən verilmiş Şirvan şəhəri 1 nömrəli notariat ofisi tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 6 nömrəli evin, 13 nömrəli mənzilin arxasında olan binaya bitişik köhnə tikilinin təmir bərpa işini onlar aparmışlar. İşlərinə görə onlara düşən zəhmət haqqı Cavabdeh2 tərəfindən tam ödənilmişdir. İş materiallarında olan qonşular X10, X11 və Cavabdeh3 tərəfindən tərtib edilmiş aktdan görünür ki, ünvan 1-da olan mənzil 13, satılıb-alınmasında yaxından iştirak etmişlər. Həmin mənzil Şirvan şəhər sakini X15 və qardaşı Cavabdeh3 tərəfindən göstərilən vəziyyətdə (yataq otağı 1-təmirli; qonaq otağı 1-təmirli; mətbəx və sanuzel qovşağı eyvanda yerləşmiş halda-təmirli; binanın əks tərəfi də binaya bitişik, hasara alınmış halda iki otaqlı tkili olduğununşahidi olmuşlar; mənilin (18 kv.m yaşayış sahəsi) və yaradıcı sahəsi var) 2006-cı ildən bəyənilib alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi 6, 13 nömrəli mənzilə ümumi istifadədə olan sahələrin- hamamın, ayaqyolunun, mətbəxtin, dəhlizin, eyvanın, mənzilin santexni qovşaqlarının- (unitazı, su xəttini, su qızdırıcı kalonkanı, su vannasının ) onun vəsaiti ilə təmir və yenidən qurma işlərinin aparılmasına sərf edilmiş 20.094,80 manat vəsaitin cavadehlərdən tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, təmir işlərinin İddiaçı tərəfindən aparılması və təmirə çəkilmiş 20.094 manat pulun xərclənməsi, hansı materiallın hansı qiymətə və hardan alınması ilə bağlı iddiaçı tərəfindən bu halları təstiq edəcək heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023 nömrəli iş üzrə 09 fevral 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh X7 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi 6 nömrəli evin 13 nömrəli mənzilin hörülmüş qapı və pəncərələrinin sökülməsi, cavabdeh X7 həmin qapı və pəncərələrə bitişik olan mənzilə aid balkon sahəsindən çıxarılması və cavabdeh X7 tərəfindən qeyri-qanuni tikilmiş balkonun sökülməsi qət edilmişdir. Həmin qətnamədə cavabdeh X7 ifadə verərək evin heç bir sənədi olmadığını, özbaşına tikili olduğunu, evin artırmaları o, gəlin gəldikdən sonra tikildiyini, həmin evin təmirinə onun atası 18000 manat xərc çəkdiyini qeyd etmişdir. Bundan başaqa göründüyü kimi mübahisəli tikili özbaşına tikilidir. Tikinti Məqsədlər üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tgikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək –onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Bundan başqa X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi 6, 13 nömrəli mənzilə ümumi istifadədə olan sahələrin –hamamı, ayaqyolunu, mətbəxi, dəhlizi, eyvanın, mənzilin santexnik qovşaqları-unitazı, su xəttini, su qızdırıcı kalonkanı, su vannasının sanitar qovşağının onun vəsaitilə təmir və yenidın qurma işlərinin aparılmasına sərf edilmiş 20094,80 manat vəsaitin cavabdehlərdən tutularaq ödənilməsini xahiş etmişdir. Həmin mənzilə tərəflərin iştirakı ilə məhkəmə tərəfindən baxış keçirilən zaman müəyyən olunmuşdur ki, mənzilə bitişik iki otaq qanunsuz inşa edilmişdir, həmin iki otaq Cavabdeh3 mülkiyyətindədir. Bundan başqa cavabdehlərin həmin mənzillə heç bir əlaqəsinin olmadığı müəyyən edilmişdir. Bu səbəbdən Sabunçu Rayon Məhkəməsinin 2(008)-5243/2024 nömrəli iş üzrə 24 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X3 iddia tələbi rədd edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən mübahisəli tikiliyə baxış keçirilmiş, yerli baxış zamanı ilkin olaraq evin əsas blok tərəf girişindən daxil olmuşlar. Təxmini 40 kv.m-dən çox tikili sahə mövcuddur, İddiaçı göstərməyə çalışdı ki, mənzilə əsas girişdən daxil olan zaman köhnə taxtada inşa edilmiş balkon sındırılmış və mişar daşından balkon tikdirmişdir. Yataq otağı və qonaq otağını təmir etdiyini, oboyların İran İslam Respublikasından həyat yoldaşı ilə birlikdə alıb gətirdiyini, həmçinin hamam və sanuzel otağı kimi açıq yaşıl rəngdə olan kafel metlaxları da təmirdə istifadə etdiyini, kafel-metlaxı keçmiş Şərq bazarı adlanan ərazidən aldığını bildirdi. Videoçəkiliş aparılan zaman müəyyən olunur ki, hamam otağının tavan hissəsi sökülmüş, kafellərin bir hissəsi sındırılmış, unitaz, kanalizasiya sistemi qopardılmışdır. Həmin qonaq otağından evin arxa hissəsinə, yəni digər küçəyə olan çıxışı kərpiclə hörülərək bağlanmışdır (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsindən sonra). Cavabdeh2 isə qeyd etdi ki, evin ortasında ümumi binanı saxlayan ana sütunlar mövcuddur. Bu sütunlar hələ evi alan zaman da mövcud olmuşdur. Mənzilin arxa küçəsindən olan girişinə baxan zaman 2 ədəd 4-5 kv.m olan otaqlar olduğu müəyyən edildi. 1. Otaq yataq otağı kimi istifadə olunur; 2. Otağın isə yarısı mətbəx və yarı hissəsi plastik qapı ilə ayrılaraq hamam, sanuzel kimi istifadə olunduğu, hal-hazırda həmin sahədən iddiaçının qızının istifadə etdiyi və orada yaşadığı müəyyən olundu. Yerli baxış zamanı göstərilən əşyaların tamamilə yararsız vəziyyətdə olması müəyyən olundu. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 mart 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndində qeyd olunur: “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir”. Məhkəmə hesab edir ki, iddiaçı öz iddia tələbinin əsasını təsdiq edilən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehə hər hansı pul verilməsini təsdiq edən tutarlı sübut gətirilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəmənin iddianın rədd edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə iddianın dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsində göstərilən dəlillər əsasən formal mülahizələrdir və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbi rədd edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 180 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin yenidən qurulması və təmirə çəkilmiş xərcin ödənilməsi-pul tələbi” barədə iddiası rədd edilsin. Ödənilmiş 180 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-3063/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3063/2025
04.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver