Məhkəmə qərarları › İş №2(008)-3098/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3098/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3098/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Chevrolet MALİBU” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə edilmiş 400 (dörd yüz) manat məbləğində ödəniş və məhkəmənin hesabına köçürülmüş 20 manat məbləğində dövlət rüsumunun əvəzinin "xxxx" Sığorta Şirkəti ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Chevrolet Aveo” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-də PAZ ********** nömrəli şəhadətnamə ilə 17.02.2020-ci il tarixdən 17.02.2021-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh X3 02.06.2020-ci il tarixdə, saat 13:00-da radələrində idarə etdiyi “Chevrolet Aveo” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Bakı şəhəri, H.Zərdabi küçəsində yolnəqliyyat hadisəsi törədərək, “Chevrolet MALİBU” markalı, ** SS *** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. Cavabdeh hadisə törədərək hadisə yerindən yayınmışdır. Hadisəni törədən cavabdeh X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə İXP ******* nömrəli, 27.06.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. “xxxx” ASC tərəfindən “Chevrolet MALİBU” markalı, ** SS *** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə vurulmuş maddi ziyan 400 manat məbləğində müəyyən edilərək, həmin məbləğdə pul avtomobilin sahibinə ödənilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, 02.06.2020-ci il tarixində saat 13.00 radələrində onun maşınında xəstə adam olduğu üçün fikri yayınıq olmuş və bu səbəbdən yol-nəqliyyət hadisəsi baş vermişdir. Dəymiş zərəri ödəməyə etiraz etmədiyini, lakin hal-hazırdakı vəziyyətdə maddi imkanı çox zəif olduğundan hissə-hissə ödəyə biləcəyini qeyd etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə müraciət edərək tələb olunan bütün sənədlər məhkəməyə təqdim edildiyindən işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin surətindən görünür ki, dövlət qeydiyyat nişanı ** VP ***, markası "Chevrolet Aveo", istehsal ili 2006, sığorta müqaviləsinin qüvvədə olma müddəti 17.02.2020 – 17.02.2021-ci il qeyd edilmişdir. - İXP serialı, ******* nömrəli, 27.06.2020-ci il tarixli inzibati xəta haqqında protokolun və inzibati xəta haqqında iş üzrə qərarın surətindən müəyyən olunur ki, "Chevrolet Aveo" markalı ** VP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh 27.06.2020-ci il tarixdə saat 13:00 radələrində Azərbaycan Respublikasının İnzibai Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törətmişdir. -Azəbaycan Respublikası DİN Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin 27.06.2020-ci il tarixli, 046-26504 nömrəli məktubunun surətindən görünür ki, 02.06.2020ci il tarixdə, “Chevrolet” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsinə aid toplanmış materialların surəti “xxxx” Sığorta Hadisələri Xidmətinə göndərilmişdir. - “xxxx” Sığorta Hadisələri Xidməti tərəfindən 11.06.2020-ci il tarixli dəymiş zərərin hesabatı ilə bağlı arayışın surətindən görünür ki, “Chevrolet MALİBU” markalı, **-SS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə ümumilikdə 400 manat ziyan dəymişdir. - 07.07.2020-ci il tarixli məxaric xəzinə orderinin surətindən görünür ki, “xxxx” ASC tərəfindən 400 (dörd yüz) manat məbləğində sığorta ödənişi X2 ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. X4 Azərbaycan Respublikası qanununu 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "Chevrolet Aveo" markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh 02.06.2020-ci il tarixdə saat 13:00 radələrində H.Zərdabi küçəsində yol nəqliyyat hadisəsi törədərək, “Chevrolet MALİBU” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobilə ziyan vurmuşdur. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən barəsində inzibati protokol tərtib edilmişdir. Nəticədə, "Chevrolet MALİBU” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 400 (dörd yüz) manat məbləğində ziyan dəymişdir. “xxxx” ASC tərəfindən 400 (dörd yüz) manat məbləğində sığorta ödənişi X2 ödənilmişdir. “xxxx” ASC X2 ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul vəsaitini Cavabdeh tələb edir. Göründüyü kimi, avtonəqliyyat vasitələrinin idarə edənlər mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı təqsirli sürücü Cavabdeh təqsiri üzündən yol-nəqliyyat hadisəsi nəticəsində olan sığorta hadisəsi üzrə sığorta ödənişi vermiş sığortaçı “xxxx” ASC-nin sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranmışdır. Beləliklə, “xxxx” ASC-də sığortalanmış "Chevrolet Aveo" markalı ** VP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh «Chevrolet MALİBU» markalı, ** SS *** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu 400 manat məbləğində sığorta ödənişi ziyan dəyən X2 “xxxx” ASC tərəfindən ödənilmişdir. Ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul vəsaitini Cavabdeh “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 400 (dörd yüz) manat məbləğində pul və 20 (iyirmi) manat dövlət rüsumu iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar