Məhkəmə qərarları › İş №2(008)-3100/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3100/2025

09.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3100/2025 09.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyindən azad edilmə” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyindən azad edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladı xx.xx.2015-ci il təvəllüdlü X3 himayəsində olmasını, habelə xəstəliyi səbəbindən heç bir yerdə işləmədiyini nəzərə alaraq, Cavabdeh Knyaz qızına, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün ödəməli olduğu aliment ödənişlərinin xx.xx.2024-cü il tarixdən etibarən dayandırılması və Cavabdeh Knyaz qızının ona olan 2.898,90 manat borcunun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini, xx.xx.2015-ci il təvəllüdlü X3 onun himayəsində olmasını, habelə, xəstəliyi səbəbindən heç bir yerdə işləmədiyini nəzərə alaraq, onun Cavabdeh Knyaz qızına aliment ödəməkdən tamamilə və ya qismən azad edilməsi barədə qətnamə qəbul edilməsini, mediasiya sessiyası üçün ödənilmiş 61 manat rüsumunun Cavabdeh Knyaz qızından tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahdan xx.xx.2015-ci il tarixdə oğlu X6 və xx.xx.2017-ci il tarixdə qızı X7 dünyaya gəlmişdir. Ancaq bir müddət sonra, ailə mübahisəsi nəticəsində onunla cavabdehin bir yerdə yaşamağı baş tutmamış və aralarında olan nikah Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1758/2021 sayılı, xx.xx.2021-ci il tarixli Qətnaməsinə əsasən pozulmuşdur. Məhkəmə uşaqların Cavabdeh yanında qalmasını qət etmişdir. Bildirmək istəyir ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-1758/2021 sayılı mülki iş üzrə qətnaməyə əsasən, İddiaçı, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 xx.xx.2021ci il tarixindən başlayaraq, yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq, Cavabdeh Knyaz qızına ödənilməsinə dair qətnamə qəbul etmişdir. Lakin, hal-hazırda, xx.xx.2024-cü il tarixdən etibarən, oğlu X6 onun evindədir və onun valideynlərinin qayğısındadır. Oğlu artıq onun yanımda qalmaq istəyir. O da oğlunun yanında qalmasını istəyir, Ümumiyyətlə, o, övladlarına, uşaqları da ona bağlıdır. Oğlunun təlim-tərbiyəsi ilə özü məşğul olmağa hazırdır. Onun təhsil, səhiyyə, qidalanma və digər ehtiyaclarını öz üzərinə götürür. Uşaqların tələbinə dair Bakı Mediasiya Təşkilatına müraciət etmişdir. 6 saylı Bakı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixdə mediasiya sessiyası keçirilmişdir. Halhazırda isə xx.xx.2015-ci il təvəllüdlü oğlu X3 və xx.xx.2017-ci il təvəllüdlü qızı X4 onun himayəsinə verilməsi tələbi üzrə məhkəmə icraatı davma etməkdədir və Cavabdeh barəsində Sabunçu Rayon İcra Şöbəsi tərifindin axtarış elan olunmuşdur. Bildirir ki, oğlu X6 öz iradəsi ilə 7 aydan da artıq müddətdir ki, onun yanındadır. Hesab edir ki, oğlu X3 öz iradəsi ilə xeyli müddətdir ki, onun yanında qaldığını nəzərə alaraq, X2 üçün, Cavabdeh aliment ödəməsinə xitam verilməlidir. Habelə, Sabunçu Rayon İcra Şöbəsinin İcra Məmuru Amil Əliyevin icraatında olan onun borclu olduğu aliment işində, onun borcu yanlışlıqla, 7.240 manat olaraq bilinməkdədir. Ancaq, qeyd etmək istəyir ki, o, aliment borcundan 10.138,90 manat məbləğində aliment ödəmişdir. Hal-hazırda isə, onun heç bir aliment borcu qalmamaqdadır. Tam əksinə, Cavabdeh ona 2.898,90 (iki min səkkiz yüz doxsan səkkiz manat doxsan qəpik) borcu vardır. Hesab edir ki, ödədiyi aliment məbləğlərini nəzərə alınaraq, Cavabdeh Knyaz qızına ödənilməli olan aliment borcundan tamamilə azad edilməli və ya həmin aliment borcum azaldılmalıdır. Daha sonra İddiaçı məhkəmə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.2015-ci il təvəllüdlü X3 onun himayəsində olmasını nəzərə alaraq, onun Cavabdeh aliment ödəməkdən azad edilməsi, mediasiya sessiyası üçün ödənilmiş 61 manat xərcin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, qətnamə ilə uşaqlar onun himayəsinə verilmişdir. Amma oğlu Tunarı babası xəstə olduğu üçün atanın yanına aparmış və xx.xx.2024-cü il tarixdən onun himayəsində qalmışdır. Həmin tarixdən bügünə kimi atasının himayəsində yaşayır, odur ki, onunla bağlı aliment tələbi də yoxdur. Hazırda uşaqların atanın himayəsinə verilməsinə dair mülki iş məhkəmənin icraatındadır. Uşaqların psixoloji ekspertizasının aparılması üçün iş dayandırılmışdır. Hazırda iddiaçının aliment ödəməsindən azad edilməsinə etiraz etməsə də, ondan əvvəlki yığılmış aliment borclarının ödənilməsini tələb etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 4 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı ilə X8 xx.xx.2014-cü il tarixdə 4 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 122 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Abdullazadə soyadı verilmişdir. - AZ-T seriyalı 295969 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə doğulmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında isə Cavabdeh qeyd edilmişdir. - AZ-T seriyalı 135269 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə doğulmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında isə Cavabdeh qeyd edilmişdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞB/20/2025-00157 saylı arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, 50 manat mediasiya və 10 manat poçt-kargüzarlıq xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1758/2021 nömrəli xx.xx.2021ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi tərəfindən X5 ünvanlanmış N284928/27 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1758/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu İddiaçı aliment borcu 9250 manat təşkil etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X6 və xx.xx.2017-ci il tarixdə X7 doğulmuşlar. Tərəflərin münasibətləri pozulmuş, artıq bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar, nikah pozulmuş və birgə nikahdan olan xx.xx.2015ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 anasının himayəsinə verilmişdir. 2024-cü ilin iyun ayının sonundan xx.xx.2015-ci il təvəllüdlü X6 atasının yanında qalmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.

368. Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. 369.3. Aylarla hesablanan müddət müddətin sonuncu ayının müvafiq günündə qurtarır. Aylarla hesablanan müddətin qurtarması müvafiq günü olmayan aya düşdükdə müddət həmin ayın sonuncu günü qurtarır. 369.4. Yarım ayla müəyyənləşdirilmiş müddət günlərlə hesablanan müddət kimi qiymətləndirilir və on beş günə bərabər sayılır. 369.6. Günlərlə hesablanan müddət müddətin sonuncu gününün başa çatması ilə bir vaxtda qurtarır. 369.10. Ayın birinci günü ayın başlanğıcı, on beşinci günü ayın ortası, sonuncu günü isə ayın axırı sayılır. 371.1. Əgər müddət hər hansı hərəkətin yerinə yetirilməsi üçün təyin edilmişdirsə, həmin hərəkət müddətin sonuncu günündə saat iyirmi dördədək yerinə yetirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Yuxarıda qeyd olunduğu kimi Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1758/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2015-ci il təvəllüdlü X6 cavabdehin etirafına əsasən 2024-cü ilin iyun ayının sonundan (təxmini 22 və ya 24 iyun tarixdən) atasının yanında qaldığından, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1758/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən başlayaraq aliment tutulduğundan və ayın sonuncu günü ayın axırı sayıldığından xx.xx.2024-cü il tarixdən hesablanmaqla, iddiaçı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1758/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin uşağa görə aliment öhdəliyindən azad edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2024-cü il tarixdən hesablanmaqla Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1758/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimenti ödəməkdən azad edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh 60 manat mediasiya xərci tutularaq İddiaçı ödənilməli, 41 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən hesablanmaqla Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1758/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimenti ödəməkdən azad edilsin. Cavabdeh 60 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh 41 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar