Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-315/2023 13.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayıova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı nümayəndəsi X5, Cavabdeh iştirakı ilə, İddiaçı Babayev X12 Cavabdeh qarşı, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin maraqlı şəxs qismində göstərildiyi “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Babayev X17 Cavabdeh qarşı, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin maraqlı şəxs qismində göstərildiyi “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, paylı mülkiyyət hüququ ilə ona və cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylara və mövcud sərhədlərə uyğun olaraq naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi və paylı mülkiyyət hüququ ilə 47/80 hissədə ona və 33/80 hissədə cavabdeh X1ma məxsusdur. Qeyd edilən fərdi yaşayış evinə dair Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən elektron çıxarış verilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, əmlakın paylı mülkiyyətdə olması əmlakdan istifadəni və ona sərəncam verilməsini çətinləşdirir. Belə ki, əmlakla bağlı istənilən addım atılan zaman digər mülkiyyətçilərin razılığı lazım olur ki, hər dəfə də onları tapa bilmir. Bu hal isə aralarında müəyyən narazılığa səbəb olur. Hal-hazırda o, həmin fərdi yaşayış evinin naturada bölünməsini istəyir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9, iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh, məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirmişdir ki, məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə razıdır və orada göstərilən qaydada bölgünün aparılmasına etiraz etmir. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1, 33/80 hissədə Ağaverdiyeva (Babayeva) X10, 47/80 hissədə isə Babayev X14 xüsusi mülkiyyət hüququ ilə məxsusdur. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3657 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qarayev küçəsi ünvanında yerləşən 2V saylı fərdi yaşayış evinin tərəflər arasında paylardan qismən kənara çıxmaqla naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, sözügedən fərdi yaşayış evi Babayev X14 məxsus 47/80 hissədə ümumi sahəsi 60,04 m2 , Cavabdeh məxsus 33/80 hissədə ümumi sahəsi 42,15 m2 təşkil etməklə, onların üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda iddiaçı faktiki-texniki quruluşunun nəzərə alınaraq paylara mütənasib şəkildə naturada bölünməsini məhkəmədən xahiş edir, cavabdeh isə məhkəməyə təqdim edilmiş ekspert rəyi ilə razı olub, göstərilən qaydada payların naturada bölünməsinə etiraz etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş materiallarını, ekspert rəyini və mənzilin texniki pasportunu nəzərdən keçirərək hesab edir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üstüstə düşür. Bununla əlaqədar olaraq da, məhkəmə ekspert rəyini obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirmiş və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilərək, iddiaçının payının naturada ayrılması tələbi rəyin nəticə və tədqiqat hissəsində göstərilən ayrılma variantına uyğun qaydada təmin edilməlidir. Yəni daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qarayev küçəsi ünvanında yerləşən 2V saylı fərdi yaşayış evi üzrə Babayev X12 payı kimi qeydiyyata alınmış 47/80 hissə - 60,04 m2 (102.2 m2 x 47/80), Cavabdeh payı kimi qeydiyyata alınmış 33/80 hissə - 42,15 m2 (102.2 m2 x 33/80) olmaqla naturada ayrılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Eyni zamanda, iş materiallarından görünür ki, verilmiş ekspert rəyinə əsasən, ekspert tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri qismində 50 manat məbləğində məhkəmə xərci Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qarayev küçəsi ünvanında yerləşən 2V saylı fərdi yaşayış evi üzrə Babayev X12 payı kimi qeydiyyata alınmış 47/80 hissə - 60,04 m2 (102.2 m2 x 47/80), Cavabdeh payı kimi qeydiyyata alınmış 33/80 hissə - 42,15 m2 (102.2 m2 x 33/80) olmaqla naturada ayrılsın. İş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-315/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-315/2023
13.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver